ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) rəsmi səhifəsi

🇦🇿 Ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf
idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında”
2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino A

gentliyi (ARKA) adlı publik
hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli
1880 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Kino Agentliyinin yaradılmasında əsas məqsəd ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi, milli kinematoqrafiyamızın dayanıqlılığının təmin
olunması, kino irsimizin qorunması və zənginləşdirilməsi, kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, yerli kadr potensialının inkişaf etdirilməsi, milli kino
sənayesinin beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, müştərək filmlərin istehsalının təşkil olunması və dünya kino sənayesinə inteqrasiya, xarici investisiyaların
ölkəyə cəlb edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, kino
mədəniyyətinin təşviqi, kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya
texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasından ibarətdir.


🇬🇧 Following the issuance of Decree No. 1667 on April 20, 2022, by the President of the
Republic of Azerbaijan, a public legal entity called the "Cinema Agency of the Republic
of Azerbaijan" (ARKA) was established under the authority of the Ministry of Culture of
the Republic of Azerbaijan. Subsequently, Cinema Agency of the Republic of Azerbaijan
was ratified by Decree No. 1880 on November 16, 2022, also issued by the President of
the Republic of Azerbaijan. The primary mission behind the establishment of Cinema Agency of the Republic of
Azerbaijan is to enhance the implementation of government policies in the field of cinematography and promote the application of transparent governance mechanisms. The
listing includes ensuring the sustainability of the national cinema, enriching our cinematography heritage, improving the legal framework within the film industry, the nurturing of local talent potential, maintaining the international competitiveness of the national film industry, organizing collaborative film productions, and integrating with the global film industry. Additionally, the agency aims to attract foreign investments, modernize
internal production and distribution infrastructure, promote film culture, and encourage
the new type of the medium related information as well as innovative communication
solutions in the cinema stage of Azerbaijan.

Bu gün tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,...
03/09/2026

Bu gün tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Yaşar Nurinin anadan olmasının 75 illik yubileyi tamam olur.

Yaşar Nuri 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. O, həm doğma teatrının səhnəsində, həm də televiziyada yaratdığı bənzərsiz xarakterlərlə milli aktyorluq sənətinin inkişafına böyük töhfələr verib.

Yaşar Nurinin “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yaramaz”, “Lətifə” kimi parlaq ekran əsərləri, eləcə də “Evləri köndələn yar”, “Səni axtarıram”, “Bağışla” və çoxsaylı digər televiziya tamaşalarındakı rolları Azərbaycan teatr və kinematoqrafiyasının dəyərli nailiyyətləri sırasındadır.

Onun böyük ustalıq və fitri istedadla canlandırdığı istər komik, istərsə də dramatik obrazlar milli mədəniyyətimizi uğurla təmsil edərək yaddaşlara həkk olunub və tamaşaçıların sonsuz sevgisini qazanıb.

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Yaşar Nuri 2012-ci ildə vəfat edib.

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində sonuncu təlim!​Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədən...
02/09/2026

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində sonuncu təlim!

​Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram kino sahəsində yaradıcı potensialın inkişafına yönəlib. Əsas məqsəd yaradıcı istedadların dəstəklənməsi, innovativ ideyaların inkişafı və gənclərin film sənayesinə inteqrasiyasıdır.

​Proqramın növbəti təlimi tezliklə baş tutacaq:

🗓 Tarix: 3 sentyabr

🗣 Spiker: Sabina Hasanova (BestCast şirkətinin təsisçisi və direktoru)

🎥 Mövzu: İdeyadan biznesə

​Diqqət mərkəzində yaradıcı ideyanın biznes modelinə çevrilməsi və dayanıqlı layihənin formalaşdırılması olacaq.

​📩 Qeyd edək ki, artıq bu təlim üçün qeydiyyatdan keçən iştirakçıların elektron poçt ünvanlarına təsdiq məktubları göndərilmişdir (Poçt qutunuzun "Spam" bölməsini də yoxlamağı unutmayın).

​🎓 Mühüm məlumat: İştirakçıların nəzərinə çatdırırıq ki, proqram çərçivəsində keçiriləcək təlimlərin ən azı ikisində iştirak edən şəxslərə sonda sertifikat təqdim olunacaq.

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni...
01/09/2026

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram kino sahəsində yaradıcı potensialın inkişafına yönəlib. Əsas məqsəd yaradıcı istedadların dəstəklənməsi, innovativ ideyaların inkişafı və gənclərin film sənayesinə inteqrasiyasıdır.

Proqramın ikinci təlimi önümüzdəki günlərdə baş tutacaq:

🗓 Tarix: 2 sentyabr
🗣 Spiker: Zaur Darabzadə (CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru, “Nasreddin Production” şirkətinin rəhbəri)
🎥 Mövzu: Kinoteatr pərdə arxasında

Diqqət mərkəzində kinoteatrların fəaliyyəti, idarəetmə prosesi və tamaşaçıya görünməyən pərdəarxası məqamlar olacaq.

📩 Qeyd edək ki, artıq bu təlim üçün qeydiyyatdan keçən iştirakçıların elektron poçt ünvanlarına təsdiq məktubları göndərilmişdir (Poçt qutunuzun "Spam" bölməsini də yoxlamağı unutmayın).

🎓 Mühüm məlumat: İştirakçıların nəzərinə çatdırırıq ki, proqram çərçivəsində keçiriləcək təlimlərin ən azı ikisində iştirak edən şəxslərə sonda sertifikat təqdim olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində  Kino Agentliyinin (ARKA) elan etdiyi 2026-cı il üzrə “Birgə...
31/08/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) elan etdiyi 2026-cı il üzrə “Birgə film istehsalına dəstək müsabiqəsi”nə müraciət üçün son gün!

Müsabiqə yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkil edilməsi, birgə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, növbəti müraciət dövrü 1 oktyabrdan etibarən başlayacaqdır.

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni...
31/08/2026

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram kino sahəsində yaradıcı potensialın inkişafına yönəlib. Əsas məqsəd yaradıcı istedadların dəstəklənməsi, innovativ ideyaların inkişafı və gənclərin film sənayesinə inteqrasiyasıdır.

Proqramın növbəti təlimi bu tarixdə baş tutacaq:
🗓 Tarix: 1 sentyabr
🗣 Spiker: Rəvan Muradov (Yaradıcı süni intellekt üzrə mütəxəssis)
🎥 Mövzu: Süni intellekt və kino

Diqqət mərkəzində süni intellektin kino sənayesində yaratdığı yeni imkanlar və tətbiq sahələri olacaq.

📩 Qeyd edək ki, artıq bu təlim üçün qeydiyyatdan keçən iştirakçıların elektron poçt ünvanlarına təsdiq məktubları göndərilmişdir (Poçt qutunuzun "Spam" bölməsini də yoxlamağı unutmayın).

🎓 Mühüm məlumat: İştirakçıların nəzərinə çatdırırıq ki, proqram çərçivəsində keçiriləcək təlimlərin ən azı ikisində iştirak edən şəxslərə sonda sertifikat təqdim olunacaq.

31/08/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) "Film istehsalına dəstək" şöbəsinin müdiri Orxan Əliyev Real TV-də “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi" barədə suallara cavab verib.

2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr...
28/08/2026

2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr elan edilir!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) keçirdiyi 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə təqdim olunmuş layihələrə Seçim Komissiyası tərəfindən baxış keçirilmiş, meyarlar əsasında aparılmış qiymətləndirmə nəticəsində aşağıdakı layihələr pitçinq mərhələsinə buraxılmışdır:

🎬 Qısametrajlı bədii film layihələri:

• C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası — “Qaranquş yuvası”

• Buta Film — “Velosiped sürmək üçün uğurlu gün”

• Karvan Production — “İkimiz”

• Propaganda — “Yandırmaq da sənlik”

• Devfilm — “Yaddaşın tozu”

• Navis — “Rüzgarın melodiyası”

• Cinema Art — “İlbiz”

🎥 Sənədli film layihələri:

• OD Media-Production — “Murov”

• Cultura Service — “Parisin fatehi - Zelim Kotsoyev”

• Propaganda — “Öz evimdə”

• Navis — “Yuyunma - Bu bir film deyil”

• Cinema ART — “Ömür abidəsi”

🎨 Animasiya film layihələri:

• Animafilm — “İsi, Piti və Novruz bayramı”

• Peri Film — “Səma qızı”

• Lilitopia — “Dovşan ilə canavar”

• Lilitopia — “Xalça”

• İnvico — “Şüşədəki xatirələr”

• Crombone — “Çənlibel”

• PR Agency — “Tumurcuqlar”

• Marshal — “Qəhrəman”

🎥 Bədii-sənədli film layihələri:

• OD Media-Production — “Sükutun ardınca”

• Karvan Production — “38 saniyə”

• Nova Gorcia Kino Mərkəzi — “Türkün həyat ağacı”

🎬 Tammetrajlı bədii film layihələri:

• Aydəmir Entertainment — “İsanın evi”

• Karvan Production — “İki Xaqan”

• Nova Gorcia Kino Mərkəzi — “Bir, iki, üç”

• CNF — “Meşə növbətçisi”

• Buta Film — “Yeddi məhbusə”

• Old Stone Film — “Begemot”

• Öz — “Varis”

• Seyidbəyli Film — “Mülk”

Pitçinq mərhələsinin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Pitçinq tarixləri barədə iştirakçılara əlavə məlumat təqdim olunacaq.

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni...
28/08/2026

🎬 “Yaradıcı Kino İnkubasiya Proqramı” çərçivəsində növbəti təlim!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram kino sahəsində yaradıcı potensialın inkişafına yönəlib. Əsas məqsəd yaradıcı istedadların dəstəklənməsi, innovativ ideyaların inkişafı və gənclərin film sənayesinə inteqrasiyasıdır.

Proqramın növbəti təlimi bu tarixdə baş tutacaq:
🗓 Tarix: 31 avqust
🗣 Spiker: Rüstəm Babazadə (“Əlvida, Şmidt!”, “Olimpia”, “Stadionlar səssiz olanda” tammetrajlı bədii filmlərinin ssenaristi)
🎥 Mövzu: Ssenari yazılışı

Diqqət mərkəzində film ideyasının ssenariyə çevrilməsi, süjetin qurulması və uğurlu ssenarinin əsas prinsipləri olacaq.

📩 Qeyd edək ki, artıq bu təlim üçün qeydiyyatdan keçən iştirakçıların elektron poçt ünvanlarına təsdiq məktubları göndərilmişdir (Poçt qutunuzun "Spam" bölməsini də yoxlamağı unutmayın).

🎓 Mühüm məlumat: İştirakçıların nəzərinə çatdırırıq ki, proqram çərçivəsində keçiriləcək təlimlərin ən azı ikisində iştirak edən şəxslərə sonda sertifikat təqdim olunacaq.

Laçın şəhərində 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb. Festivalın rəsmi bağlanış mərasimi Laçın Ş...
27/08/2026

Laçın şəhərində 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb. Festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.
Bağlanış mərasimi zamanı festivalın qalibləri - 5 yerli və 2 xarici rejissor "Qızıl Palıd Budağı" mükafatı ilə təltif ediliblər.
İlk mükafat Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova verilib. Mükafatı festivalın direktoru Amil Amal təqdim edib.
Cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə təltif olunan rejissor Elvin Rüstəmzadəyə mükafatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizov təqdim edib.
"Ən yaxşı bədii film" nominasiyasında İlkin Umarov (“Hasarlar arxasında”), "Ən yaxşı sənədli film" nominasiyasında Elşad Ərşadoğlu (“İşığa doğru”) qalib gəliblər.
Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Şamil Süleymanlı mükafata layiq görülüb. Mükafatı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim edib.
Fransalı rejissor Jan-Mari Vilnöv (Ən yaxşı qısa film) və qırğızıstanlı Toktobek Usonov (Münsiflərin xüsusi mükafatı) da vətənlərinə mükafatla qayıdıblar.
Qeyd edək ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, "Hoçazfilm" kinostudiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş olunub. O cümlədən, Özbəkistanda istehsal edilmiş "Əmir Teymur" filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.

27/08/2026

Avqustun 24-də Nizami Kino Mərkəzində baş tutan V SALAM Beynəlxalq Yeniyetmə Film Festivalının açılış tədbirindən olan görüntüləri təqdim edirik.

Address

Ü. Hacıbəyli Küç. 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125650147

Alerts

Be the first to know and let us send you an email when ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi:

Shortcuts

Share