U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi

U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi Join us for the latest information about Embassy events, visas, education and exchange opportunities, English language tips and more!

31/08/2026

American Investment Creating Local Opportunities 🇺🇸🇦🇿

Today, Chargé d’affaires Amy Carlon toured Coca-Cola’s new facility in Ismayilli, which has created 100+ local jobs and strengthened U.S.-Azerbaijan economic ties.

********

Amerika İnvestisiyası Yerli İmkanlar Yaradır 🇺🇸🇦🇿

Bu gün Müvəqqəti İşlər Vəkili Emi Karlon İsmayıllıda yerləşən Coca-Cola yeni istehsal müəssisəsinə baş çəkdi. Müəssisə 100-dən çox yerli iş yeri yaradaraq ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllıda yerləşən Coca-Cola istehsal müəssisəsinə baş çəkib,...
31/08/2026

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllıda yerləşən Coca-Cola istehsal müəssisəsinə baş çəkib, zavodla tanış olub və əməkdaşlarla birlikdə ağacəkmə mərasimində iştirak edib. Coca-Cola 30 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və minlərlə iş yerinin yaradılmasına töhfə verir. İsmayıllıdakı yeni istehsal müəssisəsi 100-dən çox daimi yerli iş yeri təmin edir. Bu, Amerika brendlərinin və beynəlxalq investisiyaların yerli iqtisadi inkişafa töhfəsini, yeni iş imkanları yaratmasını və ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının güclənməsində oynadığı rolu nümayiş etdirir.

🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿

Chargé d’Affaires Amy Carlon visited the Coca-Cola production facility in Ismayilli, where she toured the plant and joined employees for a tree-planting ceremony. Coca-Cola has been present in Azerbaijan for more than 30 years, supporting the creation of thousands of jobs. The new Ismayilli facility provides more than 100 permanent local jobs, demonstrating how American brands and international investment contribute to local communities and strengthen U.S.-Azerbaijan economic ties.

Bu həftə Birləşmiş Ştatlar özünün ən parlaq və sevilən ulduzlarından birini itirdi.1946-cı ildə ABŞ-nin Tennessi ştatınd...
29/08/2026

Bu həftə Birləşmiş Ştatlar özünün ən parlaq və sevilən ulduzlarından birini itirdi.

1946-cı ildə ABŞ-nin Tennessi ştatında kasıb fermer ailəsində dünyaya gələn 12 uşaqdan biri olan Dolli Parton böyük zəhmət və əzmkarlıq sayəsində Amerikanın ən məşhur kantri musiqisi ulduzlarından birinə çevrildi. Onun hitləri sırasında “9 to 5”, “Jolene” və “I Will Always Love You” mahnısının orijinal versiyası var idi.

Dolli həm də uğurlu mahnı müəllifi, aktrisa, yazıçı və sahibkar idi. Lakin onun ən böyük təsirlərindən biri xeyriyyəçilik fəaliyyəti oldu. Onun yaratdığı “Imagination Library” proqramı uşaqlar arasında mütaliəni təşviq etmək üçün 100 milyondan çox kitab paylayıb. O, həmçinin Moderna COVID-19 peyvəndinin hazırlanmasına töhfə verən tədqiqatlara 1 milyon dollar ianə edib.

Prezident Tramp Dollinin xatirəsinə ABŞ hökumətinin bütün binalarında, o cümlədən ABŞ-nin Bakıdakı Səfirliyində bayraqların yarıya endirilməsi barədə sərəncam verdi.

Ruhun şad olsun, Dolli Parton!

*********

This week, the United States lost one of its brightest and most beloved stars.

One of 12 children born into a poor farming family in Tennessee in 1946, Dolly Parton worked her way up to become one of America’s most popular country music stars. Her biggest hits included “9 to 5,” “Jolene,” and the original version of “I Will Always Love You.”

Dolly was also a successful songwriter, actress, author, and entrepreneur. But some of her greatest impact came through philanthropy. Her Imagination Library has provided more than 100 million books to promote childhood literacy, and she donated $1 million to research that contributed to the development of the Moderna COVID-19 vaccine.

President Trump ordered U.S. flags at all U.S. Government buildings, including the U.S. Embassy in Baku, to be flown at half-staff in Dolly’s memory.

Rest in Peace, Dolly Parton!

Bu həftəki tarix rubrikamızda sizi ABŞ-nin Ohayo ştatının Klivlend şəhəri ilə tanış edirik! Eri gölünün sahilində yerləş...
28/08/2026

Bu həftəki tarix rubrikamızda sizi ABŞ-nin Ohayo ştatının Klivlend şəhəri ilə tanış edirik! Eri gölünün sahilində yerləşən Klivlenddə Klivlend Mədəniyyət Bağları var. Burada ABŞ-nin zəngin mədəni irsinin formalaşmasına töhfə vermiş müxtəlif xalqları təmsil edən 30-dan çox bağ yaradılıb. 2008-ci ildə burada Azərbaycan bağı da rəsmi olaraq açılıb. Bağın mərkəzində ABŞ-də yaşayan azərbaycanlı rəssam Xanlar Qasımovun yaratdığı paslanmayan poladdan hazırlanmış “Ocaq” heykəli yerləşir. Klivlend həmçinin 1983-cü ildən Rok-n-Roll Şöhrət Zalının və Muzeyinin evidir. Muzeyin binası Parisdəki Luvr Muzeyinin məşhur şüşə piramidasının da müəllifi olan tanınmış Çin əsilli amerikalı memar I. M. Pei tərəfindən layihələndirilib. ABŞ-nin Bakıdakı Səfirliyinin amerikalı əməkdaşları Azərbaycanın kiçik şəhər və rayonlarına səyahət etməyi çox sevirlər. Siz də ABŞ-yə səfər edirsinizsə, marşrutunuza daha az tanınan şəhərləri əlavə edin – bəzən ən maraqlı kəşflər məhz orada sizi gözləyir!

🇺🇸🇺🇸🇺🇸

In this week’s history post, we are featuring the city of Cleveland, Ohio!
Located on the coast of Lake Erie, Cleveland is home to the Cleveland Cultural Gardens, which features over 30 garden sites, each commemorating a different nationality that has contributed to U.S. heritage. In 2008, the Azerbaijani Garden was officially inaugurated. At its center is the stainless-steel sculpture Hearth, designed by U.S.-based Azerbaijani artist Khanlar Gasimov. Since 1983, Cleveland has also been the proud home to the Rock and Roll Hall of Fame and Museum, which was designed by famed Chinese American architect I.M. Pei, who also designed the iconic Louvre Museum pyramid in Paris. Our American staff in Baku love traveling to smaller cities and towns in Azerbaijan. If you’re visiting the United States, we encourage you to add lesser-known cities to your travel itinerary!

Növbəti kosmik teleskopumuzun orbitə buraxılmasına iki həftədən də az vaxt qalıb! NASA-nın “Curious Universe” podkastını...
27/08/2026

Növbəti kosmik teleskopumuzun orbitə buraxılmasına iki həftədən də az vaxt qalıb! NASA-nın “Curious Universe” podkastının Nancy Grace Roman Kosmik Teleskopuna həsr olunmuş ilk bölümündə teleskopun adını daşıdığı alim Nensi Qreys Romanın hekayəsi ilə tanış olur və bu yeni teleskopun kainatın hansı sirlərinə işıq salacağını öyrənirik. https://go.nasa.gov/4hz20hc

🇺🇸🛰️🇺🇸🛰️🇺🇸🛰

Our next space telescope is launching in just under two weeks! In the first ep*sode of our NASA's Curious Universe podcast series on , we get to know the telescope's namesake and what cosmic mysteries it will help us to unravel. https://go.nasa.gov/4hz20hc

Viza müraciətində konsulluq əməkdaşları saxta sənədlər və ya hər hansı şəxsin potensial təhlükə yarada biləcəyinə dair m...
26/08/2026

Viza müraciətində konsulluq əməkdaşları saxta sənədlər və ya hər hansı şəxsin potensial təhlükə yarada biləcəyinə dair məlumat əldə etdikdə, biz dərhal ABŞ hökumətinin bütün müvafiq qurumlarını məlumatlandırırıq. Milli təhlükəsizliyi qorumaq, cinayətkarların və p*s niyyətli şəxslərin ölkəyə daxil olmasının qarşısını almaq üçün fəaliyyətimizi əlaqələndiririk.

🇺🇸🇺🇸🇺🇸

When consular officers detect fraudulent documents in a visa application or uncover information suggesting an individual may be a potential threat, we immediately alert all appropriate U.S. government agencies. We are coordinating to protect national security and keep criminals and bad actors out.

ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon AzETA ilə ABŞ Səfirliyi arasında 30 illik uğurlu t...
25/08/2026

ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon AzETA ilə ABŞ Səfirliyi arasında 30 illik uğurlu tərəfdaşlığın qeyd olunduğu yubiley qəbulunda iştirak edib. Son 30 il ərzində ABŞ Səfirliyi Azərbaycanda ingilis dilinin tədrisinə, müəllimlərin peşəkar inkişafına, həmçinin azərbaycanlı müəllimlərlə amerikalı ekspertlər və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dəstək göstərib. Emi Karlon AzETA-ya və ingilis dili müəllimlərinə nəsillər boyu tələbələrə yeni təhsil və peşə imkanlarına yol açan bilik, bacarıq və özünəinam qazandırdıqlarına görə təşəkkür edib. AzETA-nı bu əlamətdar yubiley münasibətilə təbrik edir, birlikdə öyrənmə, təcrübə mübadiləsi və inkişafla zəngin 30 illik tərəfdaşlığımızı qürurla qeyd edirik!

🇺🇸🎓🇦🇿 🇺🇸🎓🇦🇿 🇺🇸🎓🇦🇿

Chargé d’Affaires Amy Carlon celebrated 30 years of partnership between Azeta Azerbaijan and the U.S. Embassy at AzETA’s anniversary reception. Over the past three decades, U.S. Embassy Baku has supported English language education, professional development, and connections between Azerbaijani educators and American experts and institutions. Chargé Carlon thanked AzETA and English teachers for their dedication to teaching generations of students the skills and confidence to pursue new educational and professional opportunities. Congratulations to AzETA on this remarkable milestone and 30 years of learning, sharing, and growing together!

Fulbright Faculty Development Programına müraciət üçün son tarix – 26 avqust❗Son müraciət tarixi sürətlə yaxınlaşır! ABŞ...
24/08/2026

Fulbright Faculty Development Programına müraciət üçün son tarix – 26 avqust❗
Son müraciət tarixi sürətlə yaxınlaşır! ABŞ-da akademik və peşəkar təcrübələrini genişləndirmək istəyən Azərbaycan universitetlərinin müəllimlərini proqrama müraciət etməyə dəvət edirik.

Fulbright Faculty Development Program Azərbaycan universitetlərinin müəllimlərinə ABŞ universitetlərindən birində akademik təcrübə keçərək tədris və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Ətraflı məlumat və müraciət üçün: https://az.usembassy.gov/fulbright-faculty-development-program/

🇺🇸🎓🇦🇿

Deadline Reminder: Fulbright Faculty Development Program – August 26❗
The deadline is approaching fast! Azerbaijani university faculty members interested in expanding their academic and professional experience in the United States are encouraged to apply.

The Fulbright Faculty Development Program offers Azerbaijani university faculty the opportunity to enhance their teaching and research skills through academic experience at a U.S. university.

Learn more and apply at the link below: https://az.usembassy.gov/fulbright-faculty-development-program/

Əksər insanlar bilir ki, ABŞ bayrağındakı 50 ulduz ölkənin 50 ştatını təmsil edir. Bəs bayraqdakı 50-ci ulduzun nə vaxt ...
21/08/2026

Əksər insanlar bilir ki, ABŞ bayrağındakı 50 ulduz ölkənin 50 ştatını təmsil edir. Bəs bayraqdakı 50-ci ulduzun nə vaxt və necə əlavə olunduğunu bilirsinizmi❓

21 avqust 1959-cu ildə Prezident Duayt D. Eyzenhauer Havayın ABŞ-ın 50-ci ştatı olduğunu rəsmən elan etdi. Bu tarixi hadisə Alyaskanın 49-cu ştat olmasından bir ildən də az müddət sonra baş verdi. Havayın ştat statusu alması ilə bu gün tanıdığımız ABŞ bayrağının formalaşması tamamlandı – 50 ştat, 50 ulduz.

ABŞ-ın ən yeni ştatı olan Havay özünəməxsus təbiəti, zəngin tarixi və mədəni ənənələri sayəsində həm amerikalı, həm də xarici turistlərin ən çox üz tutduğu istiqamətlərdən biridir. Havayın ABŞ-a qoşulması, eyni zamanda, ölkənin Sakit okean regionundakı mövqeyini və kimliyini daha da möhkəmləndirib.

🇺🇸5️⃣0️⃣🇺🇸

Most people know that the U.S. flag has 50 stars to represent the 50 U.S. states.
But do you know when and how America got its 50th star❓

On August 21, 1959, President Dwight D. Eisenhower officially welcomed Hawaii as the 50th state, less than one year after Alaska achieved statehood. Hawaiian statehood completed the America we recognize on the flag today – 50 states represented by 50 stars.

Still America’s newest state, Hawaii is one of the most popular U.S. destinations for domestic and foreign tourists due to its distinctive nature, history and cultural traditions, and makes the United States a Pacific nation.

Fulbright Faculty Development Programına müraciət üçün son tarix – 26 avqust❗Son müraciət tarixi sürətlə yaxınlaşır! ABŞ...
20/08/2026

Fulbright Faculty Development Programına müraciət üçün son tarix – 26 avqust❗

Son müraciət tarixi sürətlə yaxınlaşır! ABŞ-da akademik və peşəkar təcrübələrini genişləndirmək istəyən Azərbaycan universitetlərinin müəllimlərini proqrama müraciət etməyə dəvət edirik.

Fulbright Faculty Development Program Azərbaycan universitetlərinin müəllimlərinə ABŞ universitetlərindən birində akademik təcrübə keçərək tədris və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Ətraflı məlumat və müraciət üçün: https://az.usembassy.gov/fulbright-faculty-development-program/

🇺🇸🎓🇦🇿

Deadline Reminder: Fulbright Faculty Development Program – August 26❗

The deadline is approaching fast! Azerbaijani university faculty members interested in expanding their academic and professional experience in the United States are encouraged to apply.

The Fulbright Faculty Development Program offers Azerbaijani university faculty the opportunity to enhance their teaching and research skills through academic experience at a U.S. university.

Learn more and apply at the link below: https://az.usembassy.gov/fulbright-faculty-development-program/

Address

111 Azadliq Prospekti
Baku
AZ1007

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994124883300

Alerts

Be the first to know and let us send you an email when U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi:

Shortcuts

Share