Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Nizami Rayon İcra Hakimiyyəti

05/09/2026

Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının səmərəli və maraqlı təşkili məqsədilə avqust ayı ərzində Heydər Bağı – Park Bulvarda “Musiqili axşamlar” layihəsi çərçivəsində keçirilən, gənc ifaçılar tərəfindən müxtəlif xalq, retro və estrada mahnılarının səsləndirildiyi açıq hava konsertlərindən görüntülər

https://youtu.be/f16-StNHrKk

04/09/2026
Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçıs...
03/09/2026

Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sentyabrın 2-də 229 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayon-icra-hakimiyyetinin-bascisi-sakinlerle-novbeti-seyyar-qebul-kecirib-02-09-2026.html

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5–...
02/09/2026

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5–6 sentyabr tarixlərində saat 11.00-dan 20.00-dək Heydər Bağı – Park Bulvarda IV Bilik Kitab Sərgisi keçiriləcək.
Sərgidə məktəbli ləvazimatları, test topluları, vəsaitlər, həmçinin bədii kitabların satışı olacaqdır.
30-dan çox nəşriyyat və mağazanın iştirak edəcəyi sərgidə təqdim olunan məhsulların 80 faizədək endirimlə satışı nəzərdə tutulmuşdur.
Sərginin rəsmi açılış mərasimi sentyabrın 5-də saat 17.00-da baş tutacaq. Açılış mərasiminin bədii hissəsində musiqili-əyləncəli proqram təqdim olunacaq.

Nizami rayonu, B. Nuriyev küçəsi, Heydər Bağı – Park Bulvar, “Laçın” Ticarət Mərkəzi ilə üzbəüz, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında, 5-6 sentyabr, saat 11.00-20.00

Bakı şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən açıq hava konsertləri Nizami rayonunda da ...
31/08/2026

Bakı şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən açıq hava konsertləri Nizami rayonunda da davam etdirilir.
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda keçirilən konsertdə gənc musiqiçilər xalq, retro və estrada mahnıları ifa ediblər. Canlı musiqi və rəngarəng repertuar parka gələn sakinlərə xoş əhval-ruhiyyə bəxş edib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayounda-aciq-hava-konsertleri-davam-edir.html

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 nömrəli tam orta ü...
28/08/2026

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 nömrəli tam orta ümumtəhsil məktəbində rayon sakinləri ilə görüşərək növbəti səyyar qəbul keçirib. Qəbul çərçivəsində vətəndaşların müxtəlif sahələrlə bağlı müraciət və təklifləri dinlənilib, hər bir məsələ müvafiq qaydada qeydiyyata alınıb.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, suallar ətraflı cavablandırılıb. Əlavə araşdırma tələb edən problemlərin operativ şəkildə həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

http://nizami-ih.gov.az/az/news/nizami-rayonunda-novbeti-seyyar-qebul-kecirilib.html

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 19 avqust 2026-cı il tarixində Ş.Mirzəyev küçəsi 53 ünvanında...
20/08/2026

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 19 avqust 2026-cı il tarixində Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən Kimya-Biologiya Təmayüllü Respublika Liseyində sakinlərlə növbəti səyyar qəbul keçirib.
"Açıq mikrofon" formatında təşkil olunan qəbulda RİH aparatının məsul şəxsləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, Nizami bələdiyyəsinin sədri və yerli xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Görüş zamanı vətəndaşların sosial-məişət, kommunal və digər sahələrlə bağlı müraciətləri fərdi qaydada dinlənilib. Daxil olan müraciətlərin bir qismi operativ şəkildə yerindəcə həllini tapıb, bəzi məsələlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlara ətraflı izahat verilib.
Sakinlərin sosial rifahının yaxşılaşdırılmasına yönələn görüşdə əlavə araşdırma tələb edən müraciətlərin qısa zamanda icra olunması üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayon-icra-hakimiyyetinin-bascisi-cosqun-cebrayilov-novbeti-seyyar-qebul-kecirib-19-08-2026.html

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsi şəhidi Kənan Süleymanlının ailəsini ziyarət ...
18/08/2026

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsi şəhidi Kənan Süleymanlının ailəsini ziyarət edib, şəhidin anası Səadət Şirəliyevanı doğum günü münasibətilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.
Görüş zamanı qazilərə və şəhid ailələrinə dövlət tərəfindən hər zaman həssaslıqla yanaşıldığı, onların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyi və bunun davamlı olduğu bildirilib.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət, ehtiram və sosial dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

http://nizami-ih.gov.az/az/news/veten-muharibesi-sehidi-leytenant-kenan-suleymanlinin-ailesi-ziyaret-edilib-17-08-2026.html

Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda növ...
17/08/2026

Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda növbəti canlı konsert proqramı keçirilib.
Konsertdə gənc ifaçılar və incəsənət nümayəndələri çıxış ediblər. İfaçıların təqdimatında səslənən milli retro nəğmələr, zəngin xalq mahnıları və sevilən estrada kompozisiyaları parkda toplaşanlara zövqlü anlar yaşadıb. Canlı musiqi, xoş avaz və açıq havanın gətirdiyi rahatlıq sakinlərə unudulmaz bir yay axşamı bəxş edib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayonunda-yay-konsertleri-davam-edir.html

Address

Qara Qarayev Prospekti, 65a
Baku
AZ1118

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124221001

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share