23/05/2023
PIRLS (Progress in International Reading Literacy Study) qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma və oxuduğunu anlama bacarıqlarını qiymətləndirir.
Qiymətləndirmə zamanı şagirdlərin oxu bacarıqlarını müəyyən etmək üçün koqnitiv testlər, şagirdlərin bu bacarıqlarına təsir edən amilləri müəyyən etmək üçün məktəb, müəllim, şagird və valideyn sorğuları tətbiq edilir.
Son testin nəticələrinə görə, 601-700 bal intervalı ən yüksək, 501-600 bal intervalı yüksək, 500 bal orta, 475-499 bal inetrvalı aralıq, 400-474 bal aşağı beynəlxalq bençmark kimi qəbul edilib.
Təəssüf ki, Azərbaycanlı şagirdlər bu dəfə ən aşağı nəticəni göstərib - 440 bal. 2011-ci ildə nəticə 462, 2016-da 472 olmuşdu.
Maraqlı məqamlardan biri odur ki, müqayisədə şagirdlərin sosial-iqtisadi statusu valideynlərin ali təhsili ilə yanaşı evdə olan kitabların da sayı ilə müəyyən edilib. Evdə 25-dən artıq yaşa uyğun uşaq kitabının olması vaxib göstərici kimi qəbul edilmişdir.
Bu bir daha onu göstərir ki, erkən yaşdan uşaqlara kitab oxumaq, suallar vermək, özlərini ifadə etmələrinə şərait yaratmaq onların akademik nəticələrinə də təsir edir.
Odur ki, daha çox oxuyaq, daha çox öyrədək və daha yaxşı nəticələr əldə edək.
Məlumatı bizimlə bölüşdüyü üçün iqtisadçı Rövşən Ağayevə təşəkkür edirik.