Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, Government Organization, Nəsib bəy Yusifbəyli küç. 107, G blok, 8. mərtəbə, Baku.

21/08/2026

Dünyada hər il minlərlə uşaq transplantasiya ümidi ilə yaşayır. Azərbaycanda da bu ümidlə gözləyən uşaqlar var. Onlar arzularına qovuşmaq üçün orqan ianəsi gözləyirlər.

Orqan ianəsi ilə yenidən başlayan həyatDünyada hər il minlərlə insan böyrək, qaraciyər, ürək və digər həyati orqanların ...
20/08/2026

Orqan ianəsi ilə yenidən başlayan həyat

Dünyada hər il minlərlə insan böyrək, qaraciyər, ürək və digər həyati orqanların çatışmazlığı səbəbindən yaşamaq uğrunda mübarizə aparır. Onların əksəriyyəti üçün yeganə xilas yolu orqan ianəsidir. Bir insanın vəfatından sonra orqanlarını bağışlayaraq başqa bir insana ikinci həyat bəxş etməsi bəşəriyyətin ən ali, ən nəcib mənəvi dəyərlərindəndir.

Orqan ianəsi ilə ikinci həyat şansı qazanan soydaşlarımızdan biri Bəhruz Hüseynovdur. Bəhruzun xəstəliyi 6 il əvvəl, 2020-ci ildə başlayıb. Əvvəlcə sadəcə ağrılar hiss edib, sonra isə ona böyrək çatışmazlığı diaqnozu qoyulub.

Zamanla vəziyyəti ağırlaşıb: ayaqlarında şişkinlik yaranıb, qanında zülal səviyyəsi yüksəlib, kreatinin göstəriciləri qalxıb, nəfəs darlığı baş verib. Qida qəbul etməkdə belə çətinlik çəkib, ən sadə hərəkətləri etmək ona ağır gəlib.

Tibb mərkəzində müntəzəm dializ prosedurlarına gedib, lakin hər dializdən sonra ağrıları daha da artıb, təzyiqi tez-tez yüksəlib, özünü zəif və taqətsiz hiss edib.

Canlı donoru olmadığı üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində gözləmə siyahısına daxil edilib.
"Uyğun donor tapıldığı xəbəri həyatımın ən sevincli anlarından oldu. Noyabrın 28-də zəng gəldi və elə həmin gün əməliyyat oldum,"— deyə Bəhruz xatırlayır.

Hazırda sağlamlığına qovuşan Bəhruz ailəsi, qızı ilə xoşbəxt günlər yaşayır. Onu həyata, ailəsinə yenidən bəxş edən donor ailəsinin xeyirxahlığını böyük minnətdarlıqla xatırlayır:

"Donora və onun ailəsinə ömrümün sonuna qədər minnətdar olacağam. Bu, sözlə ifadə olunmayacaq qədər böyük bir insanlıqdır. Onlar ən ağır itki anında belə başqasının həyatını düşünə biliblər".

Orqan ianəsi haqqında düşünmək, bu mövzunu ailədə müzakirə etmək və qərar vermək cəmiyyət olaraq hər birimizin mənəvi məsuliyyətidir. Bir qərar başqa bir insan üçün həyatın yenidən başlaması deməkdir. Orqan ianəsi ilə bağlı məlumatlı və şüurlu seçim edərək, gələcəyə ümid bəxş edə bilərik.

18/08/2026

18/08/2026

Orqan ianəsi bir şəxsin həyatını itirdikdən sonra belə başqalarının yaşamasına imkan verən ən böyük humanist addımlardan biridir. Bir qərar gözləmə siyahısında olan bir neçə xəstəyə yeni həyat bəxş edə bilər.
Bəs bir şəxsin orqan bağışlamaq qərarı neçə insanın həyatını dəyişə bilər?

Bu gün dünyada minlərlə insan ürək transplantasiyasına ehtiyac duyur. Orqan çatışmazlığı isə transplantasiyanın qarşısın...
17/08/2026

Bu gün dünyada minlərlə insan ürək transplantasiyasına ehtiyac duyur. Orqan çatışmazlığı isə transplantasiyanın qarşısındakı ən böyük problemlərdən biridir.

Ürək transplantasiyası ağır ürək çatışmazlığının son mərhələsində olan və digər müalicə üsullarından kifayət qədər fayda görməyən pasiyentlər üçün həyat qurtaran müalicə seçimlərindən biridir.

Transplantasiya zamanı tibbi meyarlara uyğun sağlam donor ürəyi seçilmiş pasiyentə köçürülür. Bu mürəkkəb prosesin uğuru donorun vaxtında müəyyənləşdirilməsindən, orqanın düzgün qorunmasından və bütün transplantasiya prosesinin dəqiq koordinasiyasından asılıdır.

2025-ci ilin oktyabrında Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası uğurla həyata keçirilib. Bu əməliyyat həm ölkəmizin səhiyyəsi, həm də bütün Qafqaz regionu üçün tarixi hadisə kimi qiymətləndirilib.

Bir donor ürəyi bir insana yeni həyat şansı verə bilər.
Orqan donorluğu — həyata verilən ən böyük şanslardan biridir.

14/08/2026






2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Beyin ölümü tə...
13/08/2026

2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Beyin ölümü təsdiqlənmiş şəxsin ailəsinin orqanların bağışlanmasına razılıq verməsi ilə donorun qaraciyəri bir xəstəyə, buynuz qişaları isə iki xəstəyə köçürülüb.
Bu, yalnız Azərbaycan üçün deyil, Qafqaz regionu üçün də ilk meyit donorundan orqan transplantasiyası olub. Prosesin təşkil və koordinasiyası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilib.

10/08/2026

Beyin ölümü zamanı ürək niyə döyünməyə davam edir?

07/08/2026

Address

Nəsib Bəy Yusifbəyli Küç. 107, G Blok, 8. Mərtəbə
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi:

Shortcuts

Share