Suraxanı rayon Heydər Əliyev Mərkəzi

Suraxanı rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Government Organization, suraxanihaydaraliyevmerkezi@gmail. com, Baku.

31/08/2026

Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Suraxanı abidələri” adlı layihənin növbəti ünvanı haqqında məlumatı təqdim edir.

Layihənin əsas məqsədi Suraxanı rayonunun zəngin tarixi-mədəni irsini, memarlıq abidələrini və onların Azərbaycan tarixində tutduğu mühüm yeri daha geniş auditoriyaya tanıtmaqdır.

Bakı şəhərinin qədim yaşayış məskənlərindən biri olan Suraxanı əsrlər boyu öz tarixi, təbii sərvətləri və mədəni abidələri ilə seçilib. Rayon xüsusilə odlar yurdu Azərbaycan anlayışını özündə əks etdirən nadir tarixi məkanları ilə tanınır.

Bu layihə çərçivəsində Suraxanının ən önəmli tarixi və memarlıq abidələrinə səyahət edəcək, onların keçmişi və bu günü ilə yaxından tanış olacağıq.

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Vüsalə Qurbanovanın...
29/08/2026

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Vüsalə Qurbanovanın “Prezident İlham Əliyevin müsahibəsi: Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, mədəni və mənəvi bağlar” mövzusunda məqaləsi

Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, mədəni və mənəvi bağların iki ölkə arasında münasibətlərin mühüm dayaqlarından biri olduğunu qeyd edib. Dövlət başçısı ortaq türk irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının Azərbaycan və Özbəkistan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan və Özbəkistanın bu istiqamətdə həyata keçirdiyi layihə və təşəbbüslər yalnız iki ölkənin milli-mədəni irsinin təbliğinə deyil, bütövlükdə Türk dünyasının ortaq dəyərlərinin yaşadılmasına xidmət edir. Onun sözlərinə görə, tarix boyu formalaşmış ümumi mədəni köklərin qorunması xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm zəmin yaradır.

Dövlət başçısı müsahibəsində Azərbaycanın və Özbəkistanın digər türk dövlətləri ilə əməkdaşlığının da ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Bu baxımdan Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsini mühüm hadisə kimi qiymətləndirmək olar.

Prezident qeyd edib ki, Özbəkistan kimi zəngin tarixi-mədəni irsə malik ölkənin Fondun fəaliyyətinə qoşulması ortaq irsin araşdırılması, qorunması və beynəlxalq səviyyədə təbliği üçün yeni imkanlar açır.Bu üzvlük həm də Türk dünyasının mədəni əməkdaşlığının coğrafi və institusional baxımdan genişləndiyini göstərən mühüm addımdır.

Özbəkistanın qədim dövlətçilik ənənələri, zəngin ədəbiyyatı, incəsənəti və maddi-mədəni irsi Türk dünyasının ümumi mədəni xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu irsin Azərbaycanla birgə layihələr vasitəsilə təbliği qarşılıqlı mədəni əlaqələrin daha da dərinləşməsinə imkan verir.Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, Azərbaycan və Özbəkistanın bu platformada fəal iştirak etdiyini bildirib.

Dövlət başçısının fikirlərindən göründüyü kimi, TDT və digər türk təşkilatları çərçivəsində əməkdaşlıq təkcə siyasi və iqtisadi əlaqələrin inkişafına deyil, həm də Türk dünyasının ortaq mədəni və mənəvi dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət edir.

Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarix və mədəniyyət üzərində qurulan strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin mədəni-humanitar istiqamətdə daha da genişləndirilməsi Türk dünyasının vahid mədəni məkan kimi formalaşmasına və beynəlxalq səviyyədə ortaq mövqeyinin güclənməsinə mühüm töhfə verir.

Nəticə etibarilə, Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunması və təbliği istiqamətində həyata keçirdikləri tədbirlər iki xalqın tarixi-mədəni bağlarının daha da möhkəmlənməsinə şərait yaradır. Bu əməkdaşlıq ortaq mənəvi dəyərlərin yaşadılması, zəngin irsin gələcək nəsillərə ötürülməsi və Türk dünyasında mədəni həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam...
26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Bu gün Laçın Şəhəri Günüdür
26/08/2026

Bu gün Laçın Şəhəri Günüdür

Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünyada ucalan lider” adlı layihənin növ...
25/08/2026

Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünyada ucalan lider” adlı layihənin növbəti hissəsini təqdim edir.

Layihə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyasında yer alan fotoşəkillər əsasında Ulu Öndərin müxtəlif ölkələrdə ucaldılan heykəlləri, büstləri, barelyefləri və onun adını daşıyan parklar haqqında məlumatları əhatə edir.

Layihənin əsas məqsədi dahi şəxsiyyətin memarlıq və monumental sənətdə əks olunan irsinin araşdırılaraq toplanan materiallar əsasında geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırmaqdır.

Suraxanı rayon Heydər Əliyev Mərkəzini “İsti Ocaq” uşaq mərkəzinin uşaqları ziyarət ediblər.Ziyarət zamanı qonaqlar Ümum...
07/08/2026

Suraxanı rayon Heydər Əliyev Mərkəzini “İsti Ocaq” uşaq mərkəzinin uşaqları ziyarət ediblər.

Ziyarət zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Suraxanı rayon Heydər Əliyev Mərkəzini YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə fəal üzvləri ziyarət ediblə...
04/08/2026

Suraxanı rayon Heydər Əliyev Mərkəzini YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə fəal üzvləri ziyarət ediblər.

Ziyarət zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

03/08/2026

❇️2 avqust – Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan Kinosu Günüdür. 🎥

Milli kino ənənələrinin yaşadılması və ölkəmizdə kino istehsalının inkişafı naminə zəhmətini, biliyini və istedadını əsirgəməyən bütün kino xadimlərini ürəkdən təbrik edir, bu yolda əməyi olan hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Azərbaycan kinematoqrafiyasının tərəqqisi naminə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Bu əlamətdar gündə ümumi işə öz töhfəmizi verməkdən qürur duyur və payızda premyerası nəzərdə tutulan “44” bədii filminin treylerini diqqətinizə təqdim edirik. 🇦🇿🙏

#44

“44” bədii filmi üzərində iş yekunlaşıb. 🎬Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.P...
03/08/2026

“44” bədii filmi üzərində iş yekunlaşıb. 🎬

Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.

Premyera bu ilin payızında nəzərdə tutulub. Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq.

Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri və gəncləri ziyarət ediblər.Ziyarət zamanı qonaqlar Ümummilli Lid...
01/08/2026

Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri və gəncləri ziyarət ediblər.

Ziyarət zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Address

Suraxanihaydaraliyevmerkezi@gmail. Com
Baku

Alerts

Be the first to know and let us send you an email when Suraxanı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Suraxanı rayon Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share