Babək Rayon Gənclər və İdman İdarəsi

Babək Rayon Gənclər və İdman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Babək Rayon Gənclər və İdman İdarəsi, Government Organization, Babək şəhəri, Baku.

🗓 12 avqust 2026-cı il tarixində Naxçıvan Regional Mədəniyyət İdarəsinin Babək rayon sektorunda Babək Rayon Gənclər və İ...
13/08/2026

🗓 12 avqust 2026-cı il tarixində Naxçıvan Regional Mədəniyyət İdarəsinin Babək rayon sektorunda Babək Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 12 Avqust-Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

📌 Çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirilib ki, gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

📍 Tədbirin əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, onların asudə vaxtının səmərəli təşkili, istedad və bacarıqlarının üzə çıxarılması, eləcə də gənclərin cəmiyyətin inkişafında rolunun və əhəmiyyətinin vurğulanması olmuşdur.

🗓 12 avqust 2026-cı il tarixində "Sağlam gənclik naminə" devizi altında yeniyetmələr arasında minifutbol üzrə yoldaşlıq ...
13/08/2026

🗓 12 avqust 2026-cı il tarixində "Sağlam gənclik naminə" devizi altında yeniyetmələr arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.

⚽️ Babək şəhər minifutbol meydançasında reallaşan oyunda "Ulduz" və "Babək" komandaları qələbə uğrunda mübarizə aparıb. Oyun "Ulduz" komandasının qələbəsi ilə başa çatıb.

✅️ Komandalara və komanda üzvlərinə diplomlar təqdim edilib.

12 avqust bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1998-ci ildə Lissabonda keçir...
12/08/2026

12 avqust bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1998-ci ildə Lissabonda keçirilən Dünya Gənclər Nazirlər Konfransında qoyulub, 1999-cu ildə isə BMT Baş Assambleyası tərəfindən rəsmən təsdiqlənib.

Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyətin inkişafındakı rolunu vurğulamaq, onların təşəbbüslərini, potensialını və qarşılaşdıqları məsələləri diqqətə çatdırmaq məqsədi daşıyır.

🌟 Beynəlxalq Gənclər Günü münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm iradə, yeni uğurlar, böyük hədəflər və parlaq gələcək arzulayırıq!

🗓 7 avqust 2026-cı il tarixində Babək şəhərində "İdman və sağlamlıq" devizi altında stolüstü tennis üzrə birincilik keçi...
07/08/2026

🗓 7 avqust 2026-cı il tarixində Babək şəhərində "İdman və sağlamlıq" devizi altında stolüstü tennis üzrə birincilik keçirilib.

🏓 Şəxsi birincilik əsasında keçirilən görüşlərdə iştirakçılar arasında maraqlı oyunlar baş tutub. Birincilikdə 12 yeniyetmə iştirak edib. Yekun nəticələrə əsasən,
🥇Hüseyn Əlizadə
🥈Hüseyn Babazadə
🥉Rizvan Əlizadə

✅️ Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

🔶️ Birincilik stolüstü tennis idman növünə marağın artırılması, yeniyetmələrin sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması günü münasibətilə qurumun bütün kollektivini səmimi-qə...
26/07/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması günü münasibətilə qurumun bütün kollektivini səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq! 🇦🇿

Milli Mətbuat Günü 🇦🇿 münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. Bayram...
22/07/2026

Milli Mətbuat Günü 🇦🇿 münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. Bayramınız mübarək!

Naxçıvanda nailiyyətli idmançılar və klublar mükafatlandırılıblarNaxçıvan şəhərində 2026-cı ilin birinci yarısında ölkə ...
18/07/2026

Naxçıvanda nailiyyətli idmançılar və klublar mükafatlandırılıblar

Naxçıvan şəhərində 2026-cı ilin birinci yarısında ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılar və klub nümayəndələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmiz nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrilib, idmançılar isə müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək dövlətimizin idman nüfuzunu daha da yüksəldirlər.

Nazir müavini qeyd edib ki, dövlətin idman siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə təşviqi, idmançı, məşqçi və hakimlərin peşəkar inkişafı, idman infrastrukturunun gücləndirilməsi, idmanın kütləviliyinin artırılması və digər istiqamətlərdə ardıcıl tədbirlər görülür. Vurğulanıb ki, göstərilən dövlət qayğısının nəticəsi olaraq idmançılar yüksək nailiyyətlər əldə edirlər. Belə ki, 2026-cı ilin müvafiq dövrü ərzində Naxçıvan idmançıları 122-si qızıl, 83-ü gümüş, 73-ü bürünc olmaqla, ümumilikdə 278 medal qazanıblar. Medalların 189-u ölkə səviyyəli, 68-i beynəlxalq səviyyəli, 11-i dünya səviyyəli yarışlarda, 10-u isə Avrasiya çempionatında qazanılıb.

Sonra tədbir mükafatlandırma ilə davam edib. Ölkə və beynəlxalq arenalarda uğurlu nəticələr göstərmiş idmançılar, o cümlədən səmərəli fəaliyyətinə və nailiyyətlərinə görə oğlanlardan ibarət "Naxçıvan – U14", qızlardan ibarət "Möminə Xatun - U14” voleybol komandaları, "Naxçıvan", "Naxçıvan-Şərur" bədii gimnastika komandaları, "Turan", "Levent Bulut - Naxçıvan” döyüş klubları, "Naxçıvan Araz" kikboksinq klubu, "Qapıcıq", "Naxçıvan" karate klubları və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinə Məcid Seyidov tərəfindən nazirliyin fəxri fərmanı təqdim olunub.

Sonda nazir müavini Məcid Seyidov təltif olunanları təbrik edərək gələcək fəaliyyətlərində də yüksək nəticələr qazanacaqlarına əminliyini ifadə edib və onlara uğurlar arzulayıb.

🗓 17 iyul 2026-cı il tarixində Babək Rayon Mədəniyyət Sarayında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclər arasın...
17/07/2026

🗓 17 iyul 2026-cı il tarixində Babək Rayon Mədəniyyət Sarayında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

📝 İki mərhələdən ibarət olan oyunda tarixi və memarlıq abidələrindən bəhs edən 24 sual səsləndirilib. Yekun nəticələrə əsasən, "Uğur" komandası yarışın qalibi elan olunub. "Sirab" və "Zəfər" komandaları isə II və III yeri bölüşüblər.

💫 Oyunda hər komandada 4 nəfər olmaqla, 6 komanda (24 iştirakçı) mübarizə aparıb.

✅️ Qalib komanda və komanda üzvlərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

🗓 15 iyul 2026-cı il tarixində Qahab kənd tam orta məktəbin idman zalında "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam o...
15/07/2026

🗓 15 iyul 2026-cı il tarixində Qahab kənd tam orta məktəbin idman zalında "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında kikboksinq üzrə rayon birinciliyi keçirilib.

🥊 Birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.

✅️ İdmançılar müvafiq yaş kateqoriyaları və çəki dərəcələrində olimpiya sistemi əsasında yarışıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

14 iyul 1969-cu il – Azərbaycanın inkişaf və tərəqqi yolunda yeni mərhələnin başlanğıcı 🇦🇿
14/07/2026

14 iyul 1969-cu il – Azərbaycanın inkişaf və tərəqqi yolunda yeni mərhələnin başlanğıcı 🇦🇿

Address

Babək şəhəri
Baku
AZ6700

Website

Alerts

Be the first to know and let us send you an email when Babək Rayon Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share