Azərbaycan / Azerbaijan

Azərbaycan / Azerbaijan Bir kərə Yüksələn Bayraq Bir daha Enməz!!!

░░░░░░░░░░░░▄▄░░░░░░░░░░░░░░ ░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░ ░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░ ░░░░░░░░░░█░░░█░░░░░░░░░░░░░ ░░░░░░░░░█░░░░█░░░░░░░░░░░░░ ██████▄▄█░░░░░██████▄░░░░░░░ ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░ ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░ ▓▓▓▓▓▓█░░░░░░░BƏYƏN░░░█░░░░░░ ▓▓▓▓▓▓█░░░░░░░PAYLAŞ░░█░░░░░░ ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░ ▓▓▓▓▓▓█████░░░░░░░░░██░░░░░░ █████▀░░░░▀▀████████░░░░░░░░ ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░

Qurban sənə, Nəriman...Bizdə orta təbəqə yoxdur - Azərbaycanımız bir qrup acgözdən və bir ölkə acdan ibarətdir. Orta təb...
12/12/2025

Qurban sənə, Nəriman...

Bizdə orta təbəqə yoxdur - Azərbaycanımız bir qrup acgözdən və bir ölkə acdan ibarətdir. Orta təbəqə olmadığı kimi, orta mövqe də yoxdur bizdə. "Orta mövqe" deyəndə, "nə şiş yansın, nə kabab" prinsipini nəzərdə tutmuram. Ədalətli mövqedən danışıram. Ədalət - yaxşıya yaxşı, p*sə p*s qiymət verilməsidir. Ədalət - hamını bir gözdə görmək deyil, hər şeyin öz yerində olmasıdır.

Azərbaycan futbolu "Qarabağ" klubu ilə öz tarixinin ən şanlı səhifələrini yaşayır. Sözsüz ki, klubun baş məşqçisi Qurban Qurbanovun bu işdə müstəsna rolu var.

"Qarabağ" Azərbaycan xalqı üçün sadəcə bir futbol klubu deyil, həm də torpaqları uzun illər işğal altında qalmış, olmazın əzab-əziyyətlərə məhkum edilmiş bir xalqın haqsızlığa, ədalətsizliyə qarşı bir dirəniş simvoludur. Təbrizin "Traktor" klubu da belədir (yeri gəlmişkən, "Traktor"un tarixi missiyası haqqında da dəfələrlə mətbuat səhifələrində yazılarım olub). Yəni demək istəyirəm ki, "Qarabağ"ın oyunları bizim üçün bir futbol hadisəsindən daha çox milli ideoloji mücadilə anlamı daşıyıb. Məhz bu səbəbdən biz bu komandanın hər bir qələbəsini tarixi hadisə kimi qiymətləndirmiş, məğlubiyyətini isə təbii qəbul edərək təsəlli vermişik. Şəxsən mən bir söz adamı olaraq "Qarabağ"ın qələbəsinə də, məğlubiyyətinə də yazılar və şeirlər həsr etmişəm. Əlbəttə, futboldur, udmaq da var uduzmaq da...

AMMA!

Azarkeşlərin kütləvi narazılığına səbəb olan yanlış qərarları (səhvlər yox, məhz təkrarən verilən yanlış qərarlar!) səbəbi məlum olmayan inadkarlıqla təkrar etmək bağışlanılmazdır! Səbəbi nə olursa olsun, bu, azarkeşlərə və komandanın qələbəsini həyəcanla gözləyən sadə insanlara qarşı böyük hörmətsizlikdir. Bax məhz bu məqam birmənalı olaraq mütləq tənqid edilməlidir. Tənqid edilməyəcəksə, bunun adı ƏDALƏTSİZLİK olacaq.

Azərbaycan xalqının böyük əksəriyyəti də - istər azakeş olsun, istər olmasın - bu məqamdan narazıdır, sosial şəbəkələrdə haqlı olaraq məhz bu duruma etiraz edir.

Amma təəssüf ki, xalqın bu boyda haqlı iradını görməzdən gələn, özünü sanki "Qarabağ"ın müdafiəçisi rolunda hiss edənlər də tapılır. İki əsas arqumentləri var onların: 1) "Qarabağ" klubunu bu yerlərə Qurban gətirib çıxarıb; 2) Nəriman hələ uşaqdır, gələcəyi qabaqdadır...

Əlbəttə, Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun xidmətləri danılmazdır - bunu hər zaman qeyd edirik, yuxarıda da bu məsələyə toxunmuşuq. Amma bu ona əsas vermir ki, hansısa səbəblərdən eyni yanlış qərarları verərək azarkeşlərin və xalqın əsəbləri ilə oynayasan!

Nəriman Axundzadənin "hələ uşaq olduğunu" deyənlər isə unudurlar ki, böyük futbolçular elə kiçik yaşlarından ulduz olurlar. Dünyanın ən güclü iki klubunun - "Barcelona"nın və "Real Madrid"in aparıcı oyunçuları Lamin Yamal və Arda Gülər kimi. Deməyim odur ki, futbol üçün Nəriman uşaq sayılmır; o artıq öz potensialını kifayət qədər göstərib. Yəni onun gələcəkdə inkişaf edərək Yamal və ya Gülər olacağına ümid etmək sadəlövhlükdən başqa bir şey olmazdı.
Ancaq xalqı əsəbiləşdirən, Nərimanın zəif oyuncu olmasından daha çox, təmsil etdiyi komandaya, soyuq havada yağış altında qələbə gözləyən minlərlə azarkeşə, ümumilikdə isə Azərbaycan xalqına qarşı laqeydliyi və biganəliyidir! Bu saymamazlıq məğlubiyyətə səbəb olanda isə (söhbət 2:4 hesabı ilə bitən Qarabağ-Ayaks matçından gedir) emosiyaları cilovlamaq müşkül məsələyə çevrilir. Yuxarıda qeyd etdim ki, "Qarabağ"ın oyunu bizim üçün sıradan bir oyun deyil, milli mücadilədir, savaşdır. Öz missiyasını dərk edərək qeyrət və təpər göstərməyə borclu olan bir döyüşçü, komandanın ağır vəziyyətində heç nə olmamış kimi asta yürüşlə o tərəf-bu tərəfə gedir - həmişəki kimi öz ampluasındadır. "Milli qəhrəmanımız" Qurban Qurbanov da hər dəfə bunu görür, amma hər dəfə onu oyuna salır, hər məğlubiyyətdən sonra da oyundan razı qaldığını iddia edir. Məgər bunun adı xalqa hörmətsizlik deyilmi?! Təbii ki, xalq da haqlı olaraq bu hörmətsizliyə etiraz edir!

Xalq - xalqdır: istər stadionda olsun, istər küçə və meydanlarda. Bu xalq öz milli dəyərlərini və mənafeyini müdafiə etməyi yaxşı bacardığını hər zaman sübut edib. Ona görə də xalqın gözünü tərəzi hesab edirik. Bu xalq bizə müstəqillik qazandıran milli azadlıq hərəkatında Bakının küçə və meydanlarını doldurmuş həmin böyük xalqdır; yeri gələndə stadiona gəlir, tarixi zərurət yarananda isə küçə və meydanlara çıxır.

İndi sözüm "Qarabağ"ın "ştatdankənar" müdafiəçilərinədir: əgər sən fərqli fikirlərlə kimlərinsə gözünə girmək üçün adını "ziyalı" qoyub bu xalqa qarşı çıxırsansa, bunu bilməlisən ki, güclü selin qarşısında çır-çırpı kimi olacaqsan...

Əvəz Qurbanlı
şair və jurnalist

(mənbə: Sitat.İnfo)

Tanınmış şair "Qarabağ"a qəzəl yazdı****Uğurlar, Qarabağ!Arabir səndən uzaq düşsə uğurlar, Qarabağ,Qəm yemə, zirvəyə yol...
28/11/2025

Tanınmış şair "Qarabağ"a qəzəl yazdı

****

Uğurlar, Qarabağ!

Arabir səndən uzaq düşsə uğurlar, Qarabağ,
Qəm yemə, zirvəyə yoldur bu cığırlar, Qarabağ!

Hədəfi ali olan, mənzilə mütləq yetişər
Çox da ki, haqq səsi çox yerdə boğurlar, Qarabağ!

Zəfərin hərdən oğurlansa da çox dərd eləmə -
Acgöz hər yerdə qoğal görsə, oğurlar, Qarabağ!

Qoy utansın səni "yüngül çəkili" zənn eləyən,
Baş əyir çünki sənə səndən "ağır"lar, Qarabağ!

Örnək oldun "nə əkərsənsə, biçərsən" sözünə
O səbəbdən nə tökürsənsə yığırlar, Qarabağ!

Zəfərə təşnə ürəklərdə ocaq yandırdın
Sənə bənddir bu yazıqlar, bu fağırlar, Qarabağ!

Nuru köksündəki yanğından alan ulduzlar
Sən kimi tarixi anlarda doğurlar, Qarabağ!

Titrədər dağları şövq ilə, Əvəz, duyğuların
Hansı hikmətlə bu bir qəlbə sığırlar, Qarabağ?!

Evez Qurbanli

Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - Fotolar
26/10/2025

Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - Fotolar

Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub. Yenisabah.az xəbər verir ki,

İstanbulda zəlzələ - SON DƏQİQƏ
26/10/2025

İstanbulda zəlzələ - SON DƏQİQƏ

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir. İstanbul şəhərində zəlzələ baş verib. Modern.az xəbər verir ki, zəlzələ

Cabir İmanov idman zalında qəfil vəfat etdi ((
29/09/2025

Cabir İmanov idman zalında qəfil vəfat etdi ((

15/06/2025

13 yaşlı azərbaycanlı şahmat dünyasını silkələdi!

İngiltərənin paytaxtı Londonda keçirilən komandalararası rapid üzrə dünya çempionatında 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd sensasiyaya imza atıb. 2290 FIDE reytinqinə sahib olan gənc istedad, dünyanın ikinci şahmatçısı – ABŞ təmsilçisi Hikaru Nakamuranı (2804) məğlub edərək gündəmə damğa vurub.
Bu qələbə yalnız Xaqan üçün deyil, Azərbaycan şahmatı üçün də mühüm bir hadisə kimi dəyərləndirilir. Gənc yaşına baxmayaraq, dünya səviyyəli rəqiblərlə mübarizə aparmaq və onlara qalib gəlmək Xaqanın qarşıdakı illərdə böyük uğurlar qazanacağının göstəricisidir.

Azərbaycan şahmatında yeni bir ulduz doğur! Eşq olsun! Paylaşın, bütün azərbaycanlılar fəxr etsin!

10/05/2025

Bu mahnını belə ifa edən olmamışdı

SON DƏQİQƏ: Azərbaycanda RƏİS faciəvi şəkildə həlak oldu, YARALILAR var - VİDEO
16/04/2025

SON DƏQİQƏ: Azərbaycanda RƏİS faciəvi şəkildə həlak oldu, YARALILAR var - VİDEO

SON DƏQİQƏ: Azərbaycanda RƏİS faciəvi şəkildə həlak oldu, YARALILAR var - VİDEO 'Unikal' xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Y

SON DƏQİQƏ: Sabunçu tunelindən ŞOK GÖRÜNTÜLƏR yayıldı - Video
16/04/2025

SON DƏQİQƏ: Sabunçu tunelindən ŞOK GÖRÜNTÜLƏR yayıldı - Video

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli

Bəzi əraziləri su basıb, insanlar təxliyə edilib - Video
16/04/2025

Bəzi əraziləri su basıb, insanlar təxliyə edilib - Video

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol a&

Dostu ilə birgə itkin düşən azərbaycanlı idmançı görün kim imiş - FOTOLAR
13/03/2025

Dostu ilə birgə itkin düşən azərbaycanlı idmançı görün kim imiş - FOTOLAR

Dostu ilə birgə itkin düşən azərbaycanlı idmançı görün kim imiş - FOTOLAR   Azərbaycan vətəndaşları - Rəşad Əs

ÜZÜCÜ XƏBƏR gəldi: Mayorun azyaşlı övladı vəfat etdiLink şərh bölümündə  ⤵⤵⤵
02/03/2025

ÜZÜCÜ XƏBƏR gəldi: Mayorun azyaşlı övladı vəfat etdi

Link şərh bölümündə ⤵⤵⤵

Address

Azərbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan / Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share