Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi səhifəsi

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 28 fevral 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin 1339 nömrəli Sərəncamı ilə yaradılmışdır. Komitə şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitə sədri Anar Quliyev 21 avqust 2026-cı il tarixində Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinləri qəbul edəcək...
27/07/2026

Komitə sədri Anar Quliyev 21 avqust 2026-cı il tarixində Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinləri qəbul edəcək.

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Xaçmaz şəhərində baş tutacaq.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 599, 578) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin qaliblərinin təltif olunması mə...
25/07/2026

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimində iştirak edib.

Qalibləri səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, davamlı nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq.

Azərbaycan milli mətbuatı artıq bir əsr yarımdan çoxdur ki, ölkəmizin ictimai-siyasi həyatının, inkişaf yolunun və tarix...
22/07/2026

Azərbaycan milli mətbuatı artıq bir əsr yarımdan çoxdur ki, ölkəmizin ictimai-siyasi həyatının, inkişaf yolunun və tarixi hadisələrinin etibarlı salnaməsini yaradır.

Bu gün də peşəkar media cəmiyyətin obyektiv məlumatlandırılmasında, sağlam ictimai rəyin formalaşmasında və etibarlı informasiya mühitinin inkişafında mühüm rol oynayır. Rəqəmsal texnologiyaların sürətli inkişafı və yeni media platformalarının yaranması jurnalistikanın fəaliyyət üsullarını və informasiyanın təqdimat formatlarını dəyişsə də, peşənin əsas dəyərləri dəyişməz qalır – peşəkarlıq, məsuliyyət və qərəzsizlik.

münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin məlumatlandırılmasına verdikləri töhfəyə görə təşəkkürümüzü bildirir və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev’in rəhbərlik etdiyi nümayəndə he...
20/07/2026

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev’in rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunan BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında iştirakını başa çatdırıb.

Ətraflı: https://bit.ly/BMTBaşAssambleyasıİclasınınYekunu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iq...
19/07/2026

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və ekoloji risklərə dayanıqlılığına həsr olunan tematik panelində çıxış edib.

Çıxış zamanı qeyd olunub ki, Azərbaycanda COP29 və WUF13 kimi iki mühüm qlobal tədbirin keçirilməsi ölkəmizin iqlim və şəhərsalma gündəlikləri arasında əlaqənin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin və bu mövzunun beynəlxalq gündəlikdə təşviqinə verdiyi töhfənin bariz göstəricisidir.

Vurğulanıb ki, COP29-un mühüm nəticələrindən biri Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə COP prosesləri ilə WUF arasında davamlılığın təmin edilməsinə xidmət edən Bakı Davamlılıq Koalisiyasının təsis olunması, eləcə də “Dayanıqlı və sağlam şəhərlər üçün çoxsəviyyəli fəaliyyət istiqamətləri” təşəbbüsünün təqdim edilməsi olub.

Gülşən Rzayeva qeyd edib ki, Azərbaycan iqlim və şəhərsalma gündəliklərinin əlaqələndirilməsi istiqamətində əldə etdiyi təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə və bu sahədə əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.

Nyu-Yorka işgüzar səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Braziliyanın Şəhərl...
18/07/2026

Nyu-Yorka işgüzar səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb.

Görüş zamanı Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə yaradılmış Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin növbəti mərhələsi müzakirə mövzusu olub.

Anar Quliyev Braziliyanın WUF13-də geniş təmsil olunmasını, qlobal şəhərsalma dialoquna verdiyi töhfəni və Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumlarında ardıcıl iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Həmçinin Komitə sədri ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Anar Quliyev BMT-nin mənzil təminatına həsr olunan paneldə çıxış edib İyulun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT...
18/07/2026

Anar Quliyev BMT-nin mənzil təminatına həsr olunan paneldə çıxış edib

İyulun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasına dair yüksəksəviyyəli iclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “İnsanlar naminə fəaliyyət: münasibmənzil, torpaq resursları, əsas xidmətlər və inklüzivliyə çıxışın genişləndirilməsi” mövzusunda keçirilən paneldə çıxış edib.

Anar Quliyev bildirib ki, əhalinin əlçatan mənzillə təmin olunması dayanıqlı inkişaf üzrə qlobal gündəliyin əsas prioritetlərindən biridir. Bu baxımdan, cari ilin may ayında Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) mənzil məsələsi əsas müzakirə mövzularından biri olub. Qeyd edilib ki, Forum mənzilin insan ləyaqətinin, sosial inklüzivliyin və dayanıqlı inkişafın əsas təməli olduğunu bir daha təsdiqləyib.

Komitə sədri Azərbaycanın əhalinin əlverişli mənzillə təmin edilməsi sahəsində təcrübəsini təqdim edib. Vurğulayıb ki,10 il əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb və əhalinin mənzillə təmin olunmasına dair Yol Xəritəsi təsdiq edilib. Ötən dövr ərzində ölkənin 9 şəhərində 321 çoxmənzilli yaşayış binasını əhatə edən 14 layihə icra olunub və 16 000-dən çox mənzil istifadəyə verilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesinə də toxunulub. Anar Quliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər yalnız infrastrukturun yenidən qurulması deyil, qayıdan sakinlər üçün layiqli yaşayış şəraitinin yaradılması, şəhər, qəsəbə və kəndlərin uzunmüddətli inkişafının təmin edilməsini də əhatə edir.

Qeyd olunub ki, son 6 il ərzində regionda ümumi sahəsi təxminən 3 000 000 m² olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 000 ailə üçün çoxmənzilli və fərdi yaşayış evləri inşa edilib. Hazırda isə həyat 10 şəhər, 3 qəsəbə və 30 kənddə bərpa olunub, bu yaşayış məntəqələrində 90 000-dən çox insan yaşayır.

Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun fəaliyyətindən söz açılıb. Azərbaycan və Somalinin həmsədrlik etdiyi İşçi Qrupun Azərbaycanın mənzil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına bundan sonra da fəal dəstək verməyə hazır olduğu qeyd edilib.

Çıxışının sonunda Anar Quliyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) və BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının əsas nəticəsi eynidir: mənzil siyasəti kompleks yanaşmaya əsaslanmalı, görülən tədbirlər inklüziv olmalı, uzunmüddətli inkişafın təməli bərpa və ərazi planlaşdırılması prosesinin ən erkən mərhələlərində qoyulmalıdır.

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunubDövlət Şəhərsalma və Arxitektur...
18/07/2026

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin dövlət katibi Yan Şişko ilə görüşdə Katovitsedə keçirilmiş WUF11-in irsi, eləcə də Bakıda təşkil olunan WUF13-ün nəticələrinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və qlobal miqyasda dayanıqlı şəhər inkişafına töhfəsi müzakirə edilib.

Tərəflər Azərbaycan və Polşa şəhərləri arasında mövcud olan beş qardaşlaşmış şəhər əlaqəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın şəhərsalma, dayanıqlı inkişaf və yerli idarəetmə sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

Anar Quliyev bildirib ki, aparılan dialoq şəhərsalma sahəsində Azərbaycan və Polşa arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq platformalar çərçivəsində yeni birgə təşəbbüslərin irəli sürülməsinə təkan verəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi neft və neft məhsulları anbarlarının layihələndirilməsi üzrə yeni normaları tə...
17/07/2026

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi neft və neft məhsulları anbarlarının layihələndirilməsi üzrə yeni normaları təsdiq edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yeni, genişləndirilən və yenidən qurulan neft və neft məhsulları anbarlarının layihələndirilməsi üçün vahid məcburi tələbləri müəyyən edən “Neft və neft məhsulları anbarları. Layihələndirmə normaları” adlı texniki normativ hüquqi aktı təsdiq edib.

Sənəd neft və neft məhsulları anbarlarının yaşayış məntəqələri, nəqliyyat və mühəndis infrastrukturu obyektləri ilə münasibətdə təhlükəsiz yerləşdirilməsinin təmin edilməsinə, habelə bu obyektlərin ətraf mühitə mümkün təsirinin minimuma endirilməsinə xidmət edir.

Normativ sənəddə yanğın və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Layihələndirmə zamanı yanğınların baş verməsinin və yayılmasının qarşısının alınmasına yönəlmiş mühəndis həllərinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) nəticələrinin nəzərə alınması, torpağın, su obyektlərinin və atmosfer havasının mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı tələblər müəyyən edilib.

Yeni normaların qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının ərazisində əvvəllər tətbiq edilən СНиП II-106-79 “Neft və neft məhsulları anbarları” normativ sənədinin qüvvəsi dayandırılır.

Layihələndirmə normaları ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
https://bit.ly/Neftvəneftməhsullarıanbarları

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsində parklanmaya dair ...
17/07/2026

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsində parklanmaya dair yeni tələblər təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi və tikintisi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair məcburi minimum tələbləri təsdiq edib. Sənəd yaşayış, inzibati, təhsil, səhiyyə, ticarət, mehmanxana, idman, mədəniyyət, istehsalat və digər təyinatlı obyektlərin layihələndirilməsi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair vahid normativ yanaşmanı müəyyən edir.

Qərara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı bir parklanma yeri, ümumi sahəsi 180 m² və daha çox olan mənzillər üçün isə 1,3 parklanma yerinin nəzərdə tutulması tələb olunur. Eyni zamanda, parklanma yerlərinin ümumi sayının ən azı 50 % yeraltı parkinqlərdə yerləşdirilməlidir ki, bu da yerüstü parklanma sahələrinin azalmasına, ictimai məkanların keyfiyyətinin yüksəldilməsinə və daha komfortlu şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Bununla yanaşı, qərarda şəhər mobilliyinin müasir prinsipləri də nəzərə alınıb. Metro, tramvay, şəhərətrafı dəmiryolu stansiyalarının, eləcə də nəqliyyat mübadilə qovşaqlarının piyada əlçatanlığı daxilində (400 metrədək məsafədə) yerləşən qeyri-yaşayış obyektləri üçün normativ parklanma yerlərinin sayının 30 % azaldılmasına icazə verilir. Bu yanaşma ictimai nəqliyyatın və mikromobilliyin inkişafını dəstəkləməklə yanaşı, şəhər ərazilərindən daha səmərəli istifadə olunmasına şərait yaradır.

Qərarda inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə də xüsusi diqqət yetirilib. Belə ki, parklanma yerlərinin ən azı 5 % əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmalı, 50 və daha çox parklanma yeri olan obyektlərdə isə yerlərin ən azı 5 % elektrik nəqliyyat vasitələrinin enerji ilə doldurulması üçün müvafiq infrastrukturla təmin edilməlidir.

Təsdiq olunan tələblər parklanma yerlərinin səmərəli planlaşdırılmasına, eləcə də daha rahat, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Ətraflı məlumat üçün aşağıdakı keçid linkindən istifadə edə bilərsiniz:
https://bit.ly/arxkomgovaz

Address

Füzuli Küçəsi, 65, Bakı şəhəri
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:

Shortcuts

Share