UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi səhifəsi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi Facebook səhifəsi

📢 UNEC-ə qəbul olan I kurs tələbələr üçün nəzərdə tutulmuş fakültələr üzrə qruplara bio’dakı linkdən keçid edərək və ya ...
24/08/2026

📢 UNEC-ə qəbul olan I kurs tələbələr üçün nəzərdə tutulmuş fakültələr üzrə qruplara bio’dakı linkdən keçid edərək və ya QR kodu skan edərək daxil ola bilərsiniz!

Hər birinizə təhsil həyatınızda uğurlar arzu edirik! ✨

UNEC

📢 UNEC-ə qəbul olan I kurs tələbələr üçün nəzərdə tutulmuş fakültə üzrə qruplara bio’dakı linkdən keçid edərək və ya QR ...
24/08/2026

📢 UNEC-ə qəbul olan I kurs tələbələr üçün nəzərdə tutulmuş fakültə üzrə qruplara bio’dakı linkdən keçid edərək və ya QR kodu skan edərək daxil ola bilərsiniz!

Hər birinizə təhsil həyatınızda uğurlar arzu edirik! ✨

UNEC

📢 Hörmətli abituriyentlər, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu!Tələbə adını qazanan hər k...
24/08/2026

📢 Hörmətli abituriyentlər, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu!

Tələbə adını qazanan hər kəsi təbrik edirik. Qəbul nəticələrinizi bizimlə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi paylaşa bilərsiniz. 😊

Uğurlar arzu edirik!

📢 UNEC tələbələrinin diqqətinə!Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Abituriyentlərin Sənəd Qəbuluna Dəstək M...
20/08/2026

📢 UNEC tələbələrinin diqqətinə!

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi üzrə könüllü qeydiyyatı başladı!

Könüllülər iki növbə üzrə fakültələrdə və UNEC-in əsas tədris binasında (İçərişəhər korpusu) yerləşən qərargahda bakalavriatura səviyyəsi üzrə UNEC-ə qəbul olmuş abituriyentlərin və subbakalavrların sənədləşmə prosesinin düzgün və operativ şəkildə həyata keçirilməsinə dəstək göstərəcəklər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbələr qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🗓️ Son qeydiyyat tarixi: 22 avqust 2026-cı il, saat 12:00

🔗 Qeydiyyat linki bio-da və QR kod bölməsində yerləşdirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan “Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi” 12–1...
20/08/2026

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan “Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi” 12–19 avqust tarixlərində UNEC-in III tədris binasında fəaliyyət göstərmişdir.

Fəal könüllü tələbələrdən ibarət mərkəz tərəfindən ümumilikdə 148 onlayn və 34 əyani müraciət uğurla cavablandırılmışdır.

8 gün davam edən ixtisas seçimi prosesi müddətində fəaliyyət göstərən könüllü komandamızın hər bir üzvünə göstərdikləri əvəzolunmaz əməyə, dəstəyə və UNEC-i seçən abituriyentlərə göstərdikləri diqqətə görə təşəkkür edirik.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət “Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək...
14/08/2026

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət “Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzinin” könüllüləri tərəfindən 03–13 avqust tarixlərində keçirilən qeydiyyat prosesi zamanı 6862 onlayn və 946 əyani müraciət uğurla cavablandırılmışdır.

10 gün davam edən qeydiyyat prosesi müddətində könüllülərimiz universitetimizi seçən magistrlara sənəd qəbulu prosesində dəstək göstərmiş, onları maraqlandıran sualları cavablandırmış və qeydiyyat prosesinin uğurla həyata keçirilməsinə öz töhfələrini vermişlər.

UNEC adından bütün koordinator və könüllülərimizə göstərdikləri fəallıq, məsuliyyət və dəstəyə görə təşəkkür edirik!

UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi fəaliyyətə başlayır!UNEC-də təhsil almaq istəyən abituriyentlərə i...
11/08/2026

UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi fəaliyyətə başlayır!

UNEC-də təhsil almaq istəyən abituriyentlərə ixtisas seçimi prosesində dəstək göstərilməsi məqsədilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət “UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi” 11–19 avqust tarixlərində fəaliyyət göstərəcəkdir.

Abituriyentlər ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məqamlar, eləcə də UNEC-də kadr hazırlığı aparılan bütün ixtisaslar barədə ətraflı məlumat almaq üçün Mərkəzə müraciət edə bilərlər.

Xatırladaq ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 11–19 avqust tarixlərində həyata keçiriləcəkdir.

📌 QEYD 1: Mərkəz həftəiçi hər gün UNEC-in III tədris binasında (Nizami korpusu) saat 10:00–17:00 aralığında əyani, onlayn formada isə hər gün (qeyri-iş günləri də daxil olmaqla) fəaliyyət göstərəcəkdir.

📌 QEYD 2: Mərkəzin xidmətləri tamamilə ödənişsiz əsaslarla həyata keçirilir.

📞 Əlaqə vasitələri:
• Ümumi əlaqə: +994 55 997 28 99 (Həsən bəy)
• Azərbaycan bölməsi: +994 50 640 75 81 (Zərifə xanım)
• Türk bölməsi: +994 50 879 88 66 (Kamran bəy)
• Rus bölməsi: +994 50 975 03 19 (Aydan xanım)
• İngilis bölməsi: +994 10 416 06 16 (Şükür bəy)
• Dizayn ixtisası (V qrup): +994 50 331 09 65 (Nurcan xanım)

📲 Bizi instagramdan izləyin:
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi | UNEC

Bu gün UNEC “Türk Dünyası İqtisad” fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Kamran Nəbizadənin doğum g...
11/08/2026

Bu gün UNEC “Türk Dünyası İqtisad” fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Kamran Nəbizadənin doğum günüdür.

UNEC THİK ailəsi olaraq, Kamran bəyi doğum günü münasibətilə təbrik edir, həyatında və fəaliyyətində uğurlar arzu edirik!

UNEC Magistraturaya Dəstək Mərkəzinin 5 günlük STATİSTİKASI! UNEC Magistratura səviyyə üzrə Sənəd Qəbuluna Dəstək Mərkəz...
08/08/2026

UNEC Magistraturaya Dəstək Mərkəzinin 5 günlük STATİSTİKASI!

UNEC Magistratura səviyyə üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzinin könüllüləri tərəfindən 03–07 avqust tarixlərində daxil olmuş 4286 onlayn və 667 əyani müraciət cavablandırılmışdır.

Qeyd 1: Nəzərinizə çatdırırıq ki, sənəd qəbulu prosesi 12 avqust tarixinədək davam edəcək.
Qeyd 2: Mərkəz UNEC-in əsas tədris binasında, 320 saylı otağda fəaliyyət göstərir.

UNEC-də magistratura səviyyəsi üzrə qəbul olmuş tələbələr üçün onlayn sənəd qəbulu zamanı təqdim olunmalı sənədlərin siy...
03/08/2026

UNEC-də magistratura səviyyəsi üzrə qəbul olmuş tələbələr üçün onlayn sənəd qəbulu zamanı təqdim olunmalı sənədlərin siyahısını diqqətinizə çatdırırıq.

Nəzərinizə çatdırırıq ki, UNEC-ə qəbul olunan abituriyentlər 03–12 avqust tarixlərində mygov.az həmçinin kabinet.unec.edu.az platformasında elektron qaydada qeydiyyatdan keçməli və sənədlərini onlayn şəkildə sistemə yükləməlidirlər!

Address

Baku, . İstiqlaliyyət 6
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 13:00

Telephone

+994124928887

Alerts

Be the first to know and let us send you an email when UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi:

Shortcuts

Share