13/11/2020
10 Noyabr bəyannaməsinin mətnini paylaşıb şərh etməyə və beləliklə "Sülhməramlı qüvvələr tərkibində Türkiyə əsgəri olacaqmı?", "Sülhməramlıların nəzarətində qalan ərazinin idarəetməsi necə olacaq?" kimi suallara cavab verməyə çalışacam. Əvvəlcə bunu deyim ki, sülhməramlı ordunun tərkibində Türkiyə əsgərlərinin olacağını haradan əldə edilib məlum deyil. Bir halda ki, 10 Noyabr Bəyanbaməsində heç bir şəkildə sülhməramlı ordu tərkibində Türkiyə əsgərlərinin varlığı qeyd edilməyib. Burada bəyannamə mətnini olduğu kimi verirəm:
Мы, Президент Азербайджанской Республики И.Г.Алиев, Премьер-министр Республики Армения Н.В.Пашинян и Президент Российской Федерации В.В.Путин, заявили о следующем:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ. H. Əliyev, Ermənistan Respublikasının Baş naziri N. V. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V. V. Putin aşağıdakıları bəyan etdik:
1. Объявляется о полном прекращении огня и всех военных действий в зоне нагорнокарабахского конфликта с 00 часов 00 минут по московскому времени 10 ноября 2020 года. Азербайджанская Республика и Республика Армения, далее именуемые Сторонами, останавливаются на занимаемых ими позициях.
1. Dağlıq Qarabağ münaqişəsi zonasında Moskva vaxtı ilə 10 Noyabr 2020 tarixindən etibarən atəşin və bütün hərbi əməliyyatların tam şəkildə dayandırılması elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.
2. Агдамский район возвращается Азербайджанской Республике до 20 ноября 2020 года.
2. Ağdam rayonu 20 Noyabr 2020-ci ilədək Azərbaycan Respublikasına qaytarılacaqdır.
3. Вдоль линии соприкосновения в Нагорном Карабахе и вдоль Лачинского коридора развёртывается миротворческий контингент Российской Федерации в количестве 1960 военнослужащих со стрелковым оружием, 90 бронетранспортёров, 380 единиц автомобильной и специальной техники.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika və 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Миротворческий контингент Российской Федерации развёртывается параллельно с выводом армянских вооружённых сил. Срок пребывания миротворческого контингента Российской Федерации – 5 лет с автоматическим продлением на очередные 5-летние периоды, если ни одна из Сторон не заявит за 6 месяцев до истечения срока о намерении прекратить применение данного положения.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. В целях повышения эффективности контроля за выполнением Сторонами конфликта договорённостей развёртывается миротворческий центр по контролю за прекращением огня.
5. Münaqişə Tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Республика Армения до 15 ноября 2020 года возвращает Азербайджанской Республике Кельбаджарский район, а до 1 декабря 2020 года – Лачинский район. Лачинский коридор (шириной 5 км), который будет обеспечивать связь Нагорного Карабаха с Арменией и при этом не будет затрагивать г.Шушу, остаётся под контролем миротворческого контингента Российской Федерации.
6. Ermənistan Respublikası 15 Noyabr 2020-ci ilədək Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytarır, 1 Dekabr 2020-ci ilədək isə Laçın rayonunu. Dağlıq Qarabağ ilə Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km enində) Rusiya Federasiyası sülhməramlı kontingentinin nəzarətində qalacaq.
По согласованию Сторон в ближайшие три года будет определён план строительства нового маршрута движения по Лачинскому коридору, обеспечивающий связь между Нагорным Карабахом и Арменией, с последующей передислокацией российского миротворческого контингента для охраны этого маршрута.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Азербайджанская Республика гарантирует безопасность движения по Лачинскому коридору граждан, транспортных средств и грузов в обоих направлениях.
Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Внутренне перемещённые лица и беженцы возвращаются на территорию Нагорного Карабаха и прилегающие районы под контролем Управления Верховного комиссара ООН по делам беженцев.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Производится обмен военнопленными, заложниками и другими удерживаемыми лицами и телами погибших.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Разблокируются все экономические и транспортные связи в регионе. Республика Армения гарантирует безопасность транспортного сообщения между западными районами Азербайджанской Республики и Нахичеванской Автономной Республикой с целью организации беспрепятственного движения граждан, транспортных средств и грузов в обоих направлениях. Контроль за транспортным сообщением осуществляют органы Пограничной службы ФСБ России.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
По согласованию Сторон будет обеспечено строительство новых транспортных коммуникаций, связывающих Нахичеванскую Автономную Республику с западными районами Азербайджана.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Online mənbə: http://kremlin.ru/acts/news/64384
1, 2, 6, 7 və 8-ci maddələr kifayət qədər açıqdır. 1-ci maddə atəşkəsi, 2 və 6-cı maddələr müvafiq olaraq Ağdam ilə Kəlbəcər-Laçın rayonlarının Azərbaycana qaytarılmasını, 7-ci maddə məcburi köçkünlərin geri qayıtmasını, 8-ci maddə isə əsirlər, yaralılar və ölülərin dəyişdirilməsi haqqındadır. Geriyə qalır 3, 4, 5 və 9-cu maddələr.
3-cü maddədə keçmiş Ağdərə rayonu, Xocavənd və Xocalı rayonları, həmçinin Xankəndi şəhərində (mətndə Dağlıq Qarabağda), həmçinin Laçın dəhlizində yerləşəcək ordunun (mətndə sülhməramlı qüvvələrin) açıq-aşkar Rusiya Federasiya hərbi qulluqçularından ibarət olduğu deyilir. Və Rusiya hərbi qulluqçularından ibarət olan bu ordu hazırda ermənilərin tutduğu mövqelərdə (təmas xətti) duracaqdır. Ancaq bu maddədə "380 ədəd avtomobil və XÜSUSİ TEXNİKADAN ibarət" kimi bir qeyd var ki, burada xüsusi texnika qeydi ilə nəyin nəzərdə tutulduğu bildirilmir. Ruslar xüsusi texnika adı altında bura ZRK sistemləri və s. yerləşdirə bilərlər.
9-cu maddədə sə iaçıq-aşkar şəkildə Ermənistan ərazisindən keçəcək və Naxçıvan ilə əlaqəni təmin edəcək dəhlizə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nəzarət edəcəyi bildirilir.
Yuxarıdakilərə əlavə olaraq 5-ci maddədə sülhməramlı mərkəzin yaradılacağı qeyd edilmişdir. 3-cü maddəndə göstərildiyi kimi Ağdərə, Xocavənd, Xocalı və Xankəndində Rusiya ordusunun yerləşəcəyindən (Türkiyə rəsmilərinin də dediyi kimi) 5-ci maddədə yaradılması nəzərdə tutulan sülhməramlı mərkəz digər Azərbaycan torpaqlarında məsələn Şuşada, Gəncədə, Tərtərdə yaxud Azərbaycan hökumətinin müəyyən edəcəyi hansısa bir yerdə yerləşəcəkdir. Yəni xülasə şəkildə deyə bilərik ki, həm Laçın dəhlizinə nəzarət edəcək, həm də Ağdərə, Xocavənd, Xocalı rayonlarında və Xankəndi şəhərində əvvəlcə erməni ordusunun durduğu mövqelərdə Rusiya əsgərləri yerləşəcəkdir. Türkiyə əsgərləri isə həmən ərazilərə daxil olmayacaq, həmən ərazilərdən kənarda yerləşəcəkdir.
Bunlara əlavə olaraq bəyannamədəki ən böyük problem orada 3 rayon + 1 şəhərin inzibati sistemi ilə bağlı yaxud bu ərazilərin Ağdam, Kəlbəcər və Laçın kimi Azərbaycana təhvil verilib verilməyəcəyi haqqında konkret heç nə deyilmir.
İmza: