26/08/2022
Bu gün Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarına xidmət edən, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat standartlarına çevirən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanmışdır.
Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, uzun və xoşbəxt ömür, müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirdiyi şərəfli fəaliyyətində daha böyük uğurlar arzulayırıq.