02/09/2026
Dövlət Dəniz Liman Agentliyində kibertəhlükəsizlik mövzusuna həsr olunan təlim keçirilib.
İki gün davam edən təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibergigiyena qaydaları” mövzularına həsr olunub.
Məqsəd rəqəmsal risklər barədə məlumatlılığı artırmaq, kibertəhdidlərin vaxtında müəyyən olunmasına və qarşısının alınmasına dəstək göstərməkdir.
Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisləri müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat verib.
Qeyd olunub ki, informasiya təhlükəsizliyi yalnız texniki vasitələrlə deyil, həm də hər bir əməkdaşın məsuliyyətli davranışı ilə təmin olunur. Bu baxımdan rəqəmsal gigiyena qaydalarına əməl etmək xüsusi əhəmiyyət daşıyır.
İnteraktiv formada keçən sessiyalarda iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və risklərdən qorunma yolları izah edilib.
Təlim zamanı keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.