Institute of Molecular Biology and Biotechnology

Institute of Molecular Biology and Biotechnology AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu 2016-cı ildən fəaliyyət göstərir.

Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək doktorantların və gənc tədqiqatçıların...
08/08/2026

Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29) sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir. Konfransda iştirak həm əyani, həm də distant formatda nəzərdə tutulur. Hər bir elm və təhsil müəssisəsi üzrə iştirakçıların 30 faizinin distant (onlayn videokonfrans vasitəsilə) formatda iştirakı mümkündür. Distant iştirakla bağlı müraciətlərə baxılarkən məqalələrin tədqiqat istiqamətləri nəzərə alınacaqdır

29/07/2026
Molekulyar Biologiya İnstitutunun elmi jurnalı SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunubAR ETN Molekulyar Biolo...
25/07/2026

Molekulyar Biologiya İnstitutunun elmi jurnalı SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunub

AR ETN Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr olunan "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" (TIMBB) jurnalı (ISSN: çap -2709-0744; onlayn - 2709-0752) beynəlxalq nüfuzlu SCOPUS elmi indeksləmə bazasına qəbul edilib. Molekulyar biologiya, genetika, biokimya, biotexnologiya, bioinformatika, aqrar və tibb elmləri üzrə multidissiplinar tədqiqatların dərc olunduğu beynəlxalq resenziyalı açıq girişli jurnal Azərbaycanın biologiya istiqaməti üzrə SCOPUS-da təmsil olunan ilk milli elmi nəşrlərindən biridir.

Bu mühüm nailiyyət jurnalın beynəlxalq elmi nəşrlər sistemində mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanda aparılan fundamental və tətbiqi elmi tədqiqatların qlobal elmi ictimaiyyətə daha geniş çatdırılmasına, alimlərin tanıdılmasına və sitatgətirmə potensialının artmasına, eləcə də ölkəmizin elmi nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Son illər ərzində jurnalın beynəlxalq elmi nəşr standartlarına tam uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib. İlk növbədə jurnalın rəsmi internet səhifəsi (www.timbb.az) müasir beynəlxalq tələblərə uyğun şəkildə tam yenilənərək funksional və istifadəçi yönümlü platformaya çevrilib. Saytda açıq elmin prinsiplərinə uyğun Open Access siyasəti, COPE nəşr etikası prinsipləri, Creative Commons (CC BY 4.0) lisenziyası, DOI sistemi, ORCID inteqrasiyası, müəllif və rəyçi təlimatları, plagiat siyasəti, müəllif hüquqları, məqalələrin elektron idarəetmə sistemi və digər mühüm beynəlxalq standartlar tətbiq olunub.

Jurnalın beynəlxalq nüfuzunun formalaşmasında onun yüksək səviyyəli redaksiya heyəti də xüsusi rol oynayır. Burada ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Türkiyə, Çin, Cənubi Koreya, Macarıstan, Rumıniya, Pakistan, Hindistan, Ukrayna, Özbəkistan və digər ölkələrin tanınmış alimləri təmsil olunurlar. Xüsusilə vurğulanmalıdır ki, Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Sancar jurnalın Redaksiya Heyətinin fəxri üzvüdür.

Jurnal ildə iki dəfə nəşr olunur və bütün məqalələr müstəqil ekspertlər tərəfindən ciddi rəy prosesindən keçirilir. Xarici ölkələrdən olan nüfuzlu mütəxəssislərin rəylərinin alınması redaksiya siyasətinin əsas istiqamətlərindən biridir və elmi məqalələrin obyektiv qiymətləndirilməsini təmin edir.

SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunmaq "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" jurnalının inkişaf tarixində mühüm mərhələdir və Azərbaycan elminin beynəlxalq elmi informasiya məkanına inteqrasiyası istiqamətində də əhəmiyyətli nailiyyətdir.

Bu uğur AR Elm və Təhsil Nazirliyinin, o cümlədən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə aparılan məqsədyönlü fəaliyyətin, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin və redaksiya heyətinin uzunmüddətli, sistemli zəhmətinin nəticəsidir.

Akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub İyunun 30-da görkəmli alim və ictimai-siyasi xadim, akad...
30/06/2026

Akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub

İyunun 30-da görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasından 98-ci il keçir. Bu münasibətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun kollektivi, AR Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi -Tədqiqat İnstitutunun əməkdaşları alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü İbrahim Əzizov Cəlal Əliyevin Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açaraq bildiriblər ki, alimin zəngin elmi irsi və onun yaratdığı elmi məktəb, yetişdirdiyi kadrlar bu gün də Azərbaycan elminin inkişafına xidmət edir və gələcək nəsillər üçün mühüm örnəkdir. Akademik Cəlal Əliyevin adı Azərbaycan elm tarixində həmişə böyük ehtiamla xatırlanacaqdır.

30/06/2026

İyunun 30-da görkəmli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Görkəmli alimin fundamental və tətbiqi tədqiqatları fotosintez prosesinin dərin mexanizmlərinin öyrənilməsinə, bitkilərin molekulyar səviyyədən bütöv aqroekosist...

Qobustan Bölgə Təcrübə Stansiyasında tarla seminarı keçirilib AR ETN Molekulyar Biologiya İnstitutunun və AR KTN Əkinçil...
29/06/2026

Qobustan Bölgə Təcrübə Stansiyasında tarla seminarı keçirilib

AR ETN Molekulyar Biologiya İnstitutunun və AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Qobustan Bölgə Təcrübə Stansiyasında “Quraq ərazilərdə buğdanın seleksiyası üçün süni intellekt və yüksək fenotipləmə platformaları” mövzusunda tarla seminarı keçirilib.

Tədbirdə həmin institutların, Qobustan Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Seminarda müasir yanaşmalar əsasında quraqlığa davamlılığın və məhsuldarlığın artırılması, buğda seleksiyasında rəqəmsal texnologiyaların tətbiqi, müasir seleksiya üsulları, süni intellektin seleksiya prosesində rolu, quraqlığa davamlı və yüksək məhsuldar buğda sortlarının yaradılması istiqamətində aparılan tədqiqatlar və digər aktual məsələlər müzakirə olunub.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. akademik İradə Hüseynova, Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Strateji Təşəbbüsün baş katibi Dr. Conrad Rein, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sevinc Məmmədova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının müdiri Atabəy Cahangirov, Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, fermer Ruslan Əhmədov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatı qarşısında ciddi çağırışlar yaradır. Xüsusilə, buğda istehsalında quraqlığa davamlı və yüksək məhsuldar sortların yaradılması strateji əhəmiyyət daşıyır. Azərbaycanda da quraq dəmyə şəraitinə uyğun yeni buğda sortlarının yaradılması istiqamətində geniş tədqiqatlar aparılır. Qobustan Bölgə Təcrübə Stansiyasında minlərlə buğda və arpa genotipi üzərində seleksiya işləri həyata keçirilir.

Bildirilib ki, quraq ərazilərdə buğdanın seleksiyası üçün süni intellekt və yüksək fenotipləmə platformalarının tətbiqi son illərdə kənd təsərrüfatı elminin əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Bu texnologiyalar böyük həcmli məlumatların emalına və təhlilinə imkan verir, minlərlə bitki nümunəsinin qiymətləndirilməsi əsasında quraqlığa davamlı genotiplərin daha dəqiq müəyyənləşdirilməsini və seleksiya prosesinin sürətləndirilməsini təmin edir.

Vurğulanıb ki, bu ərazilərdə seleksiya işlərinin əsas məqsədi məhdud su təminatı şəraitində yüksək məhsul verə bilən sortların yaradılmasıdır. Süni intellekt və yüksək fenotipləmə platformaları seleksiya prosesinin səmərəliliyini artırır, yeni və iqlim dəyişikliklərinə uyğun buğda sortlarının yaradılmasına geniş imkanlar yaradır.

Qeyd edilib ki, dünyada FAO və digər beynəlxalq təşkilatlar tərəfindən quraqlığa davamlı buğda sortlarının yaradılması istiqamətində süni intellekt və yüksək fenotipləmə texnologiyalarından geniş istifadə olunur. Bu texnologiyalar gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Tədbir iştirakçıları bildiriblər ki, bu cür tarla seminarları alimlər, mütəxəssislər və fermerlər arasında bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Belə tədbirlərdə yeni buğda sortları nümayiş etdirilir, seleksiya nailiyyətləri təqdim olunur, müasir texnologiyalar tanıdılır, fermerlərin praktiki bilikləri artırılır və elmi nəticələrin istehsalata tətbiqi sürətləndirilir. Həmçinin, bu seminarlar kənd təsərrüfatında innovativ yanaşmaların yayılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Daha sonra seminar iştirakçıları Molekulyar Biologiya İnstitutunun və Qobustan Bölgə Təcrübə Stansiyasının təcrübə sahələrinə baxış keçirib, rəqəmsal fenotipləmə və analiz prosesləri ilə tanış olub, sort və hibridlərin fenotipik qiymətləndirilməsində iştirak ediblər.

Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda seminar keçirilib ...
29/06/2026

Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda seminar keçirilib

İyunun 17-də Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz AR ETN Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda çıxış edib. Seminar zamanı alim qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində fenotip–genotip əlaqələrinin mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu istiqamət müasir kənd təsərrüfatı və bitki seleksiyasının əsas elmi sahələrindən biri olmaqla, genetik məlumatın bitkilərin müşahidə olunan əlamətlərində necə təzahür etdiyini öyrənir. Professor Ali Naz bildirib ki, fenotip–genotip əlaqələrinin tədqiqi qida dəyəri və məhsuldarlığı yüksək olan, iqlim dəyişikliklərinə, xəstəlik və zərərvericilərə davamlı bitki sortlarının yaradılmasına imkan verir. Bu baxımdan, sözügedən sahə dünya əhalisinin artan ərzaq tələbatının ödənilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və qlobal ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Seminar çərçivəsində fenotipik və genotipik məlumatların inteqrasiyası, müasir seleksiya metodları və kənd təsərrüfatında genomik yanaşmaların tətbiqi ilə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda professor seminar iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

MBI əməkdaşlarının həmmüəllifi olduqları məqalə Q1 kvartilli jurnalda dərc olunubAR ETN Molekulyar Biologiya İnstitutunu...
29/06/2026

MBI əməkdaşlarının həmmüəllifi olduqları məqalə Q1 kvartilli jurnalda dərc olunub

AR ETN Molekulyar Biologiya İnstitutunun elmi işçisi Səidə Zülfüqarova, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova və Aynurə Paşayeva, akademik İradə Hüseynova, həmçinin Azərbaycan Tibb Universitetinin əməkdaşlarının həmmüəllifi olduqları “Buğdada istilik stresinə qarşı fizioloji, molekulyar və ultrastruktur reaksiyaların kompleks qiymətləndirilməsi” adlı məqalə nüfuzlu “Plants” jurnalında dərc olunub. Bitki elmləri sahəsində tanınmış beynəlxalq elmi nəşrlərdən biri olan “Plants” jurnalı Journal Citation Reports (JCR) təsnifatında Q1 kvartilinə daxildir. Jurnalın impact faktoru 4,7-dir. Tədqiqat işində istilik stresinin buğdanın məhsuldarlığına ciddi təsir göstərdiyi, lakin istiliyədavamlılığın əsas mexanizmlərinin hələ də tam aydınlaşdırılmadığı qeyd olunur. Aparılan tədqiqat istilik stresinə qarşı davamlılığın formalaşmasında iştirak edən mexanizmlərin daha dərindən anlaşılmasına, eləcə də gələcəkdə iqlim dəyişikliklərinə daha davamlı buğda sortlarının yaradılması üçün elmi əsasların formalaşdırılmasına töhfə verir.

14/06/2026

İyunun 12-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Address

2a Matbuat Avenue
Baku

Alerts

Be the first to know and let us send you an email when Institute of Molecular Biology and Biotechnology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Institute of Molecular Biology and Biotechnology:

Shortcuts

Share