Tarix və Etnologiya İnstitutu

Tarix və Etnologiya İnstitutu Tarix İnstitutunun rəsmi facebook səhifəsi

Tarix İnstitutunda Azərbaycan tarixi və dövlətçiliyi üçün böyük siyasi prinsipiallıq və elmi aktuallıq kəsb edən istiqamətlərdə araşdırmalar aparılır.

İnstituta professor Kərim Şükürov rəhbərlik edir.

Özbəkistan-Azərbaycan dostluğunun yeni mərhələsi: Gənc tarixçilərin V yay məktəbiMərkəzi Asiya və Azərbaycanın tarixi, m...
29/08/2026

Özbəkistan-Azərbaycan dostluğunun yeni mərhələsi: Gənc tarixçilərin V yay məktəbi

Mərkəzi Asiya və Azərbaycanın tarixi, mədəni və mənəvi birliyi bu gün dövlət başçılarımız, xüsusən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və qardaş ölkələrin rəhbərləri tərəfindən həyata keçirilən açıq, səmimi və müdrik qonşuluq, qarşılıqlı etimad və həmrəylik siyasətində öz əksini tapır. Xalqlarımız arasındakı dostluq tellərinin möhkəmlənməsi və həmrəyliyin artması elm və təhsil sahəsindəki əməkdaşlığı da yeni mərhələyə yüksəldir.

Bu ali məqsəd və yüksək etimadın praktiki təzahürü olaraq Özbəkistan Respublikası Elmlər Akademiyası Tarix İnstitutu və Gənclərlə İş üzrə Agentlik tərəfindən Daşkənd vilayətinin Bustanlıq rayonu, Çimyon kəndində yerləşən Gənclər düşərgəsində «Gənc tarixçilərin V yay məktəbi» təşkil olunub.

Layihənin ildən-ilə genişlənən miqyası

Qədim və zəngin tariximizi, milli dəyərlərimizi, özlüyümüzü dərindən dərk etmək və istedadlı gənc tarixçiləri üzə çıxararaq onlar arasında elmi əməkdaşlıq qurmaq məqsədi daşıyan bu layihənin miqyası ildən-ilə genişlənir. Əvvəlki illərdə yalnız ölkəmiz və qonşu dövlətlərin nümayəndələri iştirak edirdisə, buillik yay məktəbində özbəkistanlı gənclərlə yanaşı Azərbaycan, Tacikistan, Qırğızıstan və Qazaxıstandan gələn gənc alimlər bir araya gəlib. Bu isə regionumuzun gənc tarixçilərini birləşdirərək ortaq tariximizi qərəzsiz və yeni yanaşmalar əsasında öyrənməkdə mühüm addımdır.

Elm müstəvisində Azərbaycan-Özbəkistan qardaşlığı

Buillik tədbirdə Azərbaycandan 9 istedadlı gənc alimin fəal iştirak etməsi iki ölkə arasındakı dostluq və elmi əlaqələrin ardıcıl inkişaf etdiyini göstərir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutu və Bakı Dövlət Universitetinin nümayəndələri iştirak edirlər.

05/08/2026

GƏNC TARİX – 5 | "AZƏRBAYCAN TARİXŞÜNASLIĞI: KEÇMİŞİN İRSİ VƏ YENİ YANAŞMALAR"

GƏNC TARİX layihəsinin növbəti – 5-ci buraxılışı "Azərbaycan Tarixşünaslığı: Keçmişin İrsi və Yeni Yanaşmalar" mövzusuna həsr olunub.

Bu buraxılışın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Vaqif Abışovdur.

Verilişdə Azərbaycan tarixşünaslığının formalaşma mərhələləri, bu sahənin zəngin elmi irsi, müasir tarixşünaslıqda yeni metodoloji yanaşmalar və perspektiv istiqamətlər ətrafında geniş müzakirələr aparılacaq.

Veriliş 7 avqust 2026-cı il tarixində saat 20:00-da İnstitutun rəsmi YouTube kanalında yayımlanacaq. İzləmədə qalın

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsidə müka...
23/07/2026

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsidə mükafatlandırılıb

İyulun 22-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə bir qrup media və ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaş mükafatlandırılıb.

Təltif olunanlar arasında AMEA Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ağayeva Nərminə Yelmar qızı da yer alıb. O, elm və ictimaiyyət arasında əlaqələrin qurulması, elmi fəaliyyətin geniş ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyətinə görə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
📞0702537593
📩 [email protected]
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

11/07/2026
QAX RAYONUNA TARİXİ-ETNOQRAFİK EKSPEDİSİYA ...2026-cı il 16 iyun–7 iyul tarixlərində AMEA-nın A.A. Bakıxanov adına Tarix...
11/07/2026

QAX RAYONUNA TARİXİ-ETNOQRAFİK EKSPEDİSİYA ...

2026-cı il 16 iyun–7 iyul tarixlərində AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsi tərəfindən Qax rayonuna tarixi-etnoqrafik ekspedisiya təşkil olunmuşdur. Ekspedisiyanın rəhbəri tarix elmləri doktoru Güllü Yoloğlu, ekspedisiyanın üzvü isə elmi işçi Fidan Şahmalıyeva olmuşdur.
Ekspedisiyanın əsas məqsədi Qax rayonunda yaşayan əhalinin etnik-mədəni xüsusiyyətlərini, məişət və təsərrüfat ənənələrini, xalq memarlığı nümunələrini, maddi və qeyri-maddi mədəni irs elementlərini, eləcə də bölgədə yaşayan müxtəlif etnik qrupların tarixi-etnoqrafik xüsusiyyətlərini yerində öyrənməkdən ibarət olmuşdur.
Tədqiqat çərçivəsində rayonun İcra başçısı Elvin Paşayevlə görüşmüş, Qax şəhəri, İlisu, Güllük, Sarıbaş, Qaxbaş, Qax İngiloy, Qum, Ləkit, Qıpçaq, Çinarlı, Ağçay və digər yaşayış məntəqələrində sahə materialları toplanmış, yaşlı sakinlərlə müsahibələr aparılmış, ailə-məişət münasibətləri, ənənəvi təsərrüfat sahələri, sənətkarlıq, xalq təbabəti, mərasim və inanclar, milli mətbəx, geyim mədəniyyəti, həmçinin bölgənin tarixi abidələri və müqəddəs ziyarət yerləri haqqında zəngin məlumatlar qeydə alınmışdır.

Ekspedisiya zamanı foto və video çəkilişlər aparılmış, maddi mədəniyyət nümunələri sənədləşdirilmiş, yaşayış evlərinin memarlıq xüsusiyyətləri, qəbiristanlıqlar, epiqrafik abidələr və digər tarixi-etnoqrafik obyektlər tədqiq edilmişdir. Toplanmış sahə materiallarının gələcək elmi araşdırmalarda, monoqrafiya və məqalələrin hazırlanmasında, eləcə də Azərbaycanın etnoqrafik irsinin öyrənilməsi və təbliğində mühüm mənbə kimi istifadə olunması nəzərdə tutulur.

Ekspedisiyanın rəhbəri t.e.d. Güllü Yoloğlu Çinarlı kəndinin füsunkar guşəsində təşkil olunmuş Kamp Festivalında Öztürk TV-yə müsahibə vermişdir.

_________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
📞0702537593
📩 [email protected]
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Tarix və Etnologiya İnstitutunun dosenti Varşava Universitetində elmi stajkeçmədə olubAzərbaycan Milli Elmlər Akademiyas...
08/07/2026

Tarix və Etnologiya İnstitutunun dosenti
Varşava Universitetində elmi stajkeçmədə olub

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Lamiyə Qafar-zadə Varşava Universitetinin Şərqi Avropa Mərkəzi və Polşanın bir sıra universitetləri tərəfindən Polşa və Qafqaz dövlətlərinin müstəqilliyinin bərpasının 100 illiyi münasibəti ilə təsis edilmiş nüfuzlu Titus Filipoviç mükafatının laureatı olub.
Mükafat proqramı çərçivəsində L. Qafar-zadə 2026-cı il 1 fevral – 15 aprel tarixlərində Varşava Universitetində, 15 aprel – 30 iyun tarixlərində isə Vrotslav şəhərində yerləşən Ossolinski adına Milli İnstitutda və Şərqi Avropa Kollecində elmi tədqiqat stajkeçmədə olub.
Stajkeçmə çərçivəsində alim “Səfəvi imperiyasının İngiltərə ilə qarşılıqlı əlaqələri” mövzusu ilə əlaqədar Polşa kitabxanalarının fondlarında elmi materialları araşdırıb.
Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin dəvəti ilə Lamiyə Qafar-zadə universitetin Asiya və Afrika Mədəniyyətləri fakültəsinin tələbələri üçün “İngilis Moskva şirkətinin agentlərinin hesabatlarına əsasən Səfəvilər sülaləsinin etnolinqvistik mənşəyi” mövzusunda mühazirə oxuyub.
Stajkeçmə müddətində tədqiqatçı Varşava Universitetinin Vrotslav şəhərində yerləşən Ossolinski adına Milli İnstitutun və Şərqi Avropa Kollecinin fəaliyyəti ilə yaxından tanış olub, elmi tədbirlərdə iştirak edib, doktorluq dissertasiyasının müdafiəsi prosesini izləyib.
Dosent Lamiyə Qafar-zadə müəllifi olduğu monoqrafiyanı Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinə, Varşava, Vrotslav universitetlərinin kitabxanalarına və Xalq Kitabxanasına hədiyyə edib.

___________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
📞0702537593
📩 [email protected]
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

“Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” - elmi seminar3 iyul 2026-cı il
07/07/2026

“Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” - elmi seminar
3 iyul 2026-cı il

Address

Bakı şəhəri, Hüseyn Cavid Prospekti, 115
Baku
AZ1143

Alerts

Be the first to know and let us send you an email when Tarix və Etnologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tarix və Etnologiya İnstitutu:

Shortcuts

Share