30/08/2026
[AZ/UKR]
🇦🇿
Bu gün, 30 avqustda dünya Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü qeyd edir. Ukrayna üçün bu tarix xüsusi və son dərəcə ağrılı əhəmiyyət daşıyır. Rusiya Federasiyasının genişmiqyaslı təcavüzü şəraitində məcburi yoxaçıxmalar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiya terrorunun alətlərindən birinə çevrilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Ukraynada 114 mindən çox insan xüsusi hallarda itkin düşmüş hesab olunur. Bu, dövlətin sistemli fəaliyyətini, səlahiyyətli qurumların səylərinin birləşdirilməsini, beynəlxalq tərəfdaşların cəlb olunmasını və ailələrə hərtərəfli dəstəyin göstərilməsini tələb edən genişmiqyaslı humanitar çağırışdır.
Eyni zamanda, beynəlxalq insan hüquqları mexanizmləri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi yoxaçıxma əlamətləri daşıyan halları sənədləşdirir. BMT-nin Ukraynada İnsan Hüquqları üzrə Monitorinq Missiyası müəyyən edib ki, Rusiya işğal hakimiyyəti tərəfindən mülki şəxslərin özbaşına saxlanılması hallarının əhəmiyyətli hissəsi insanların harada olması və taleyi barədə məlumatların gizlədilməsi ilə müşayiət olunub.
Ukrayna qeyd olunan pozuntuları cavabsız qoymur. Dövlət xüsusi hallarda itkin düşmüş şəxslərin axtarışı, identifikasiyası və geri qaytarılması üzrə kompleks sistem qurur, DNT nümunələrinin toplanmasını, müvafiq Vahid Reyestrin aparılmasını və ailələrə dəstəyin göstərilməsini təmin edir. Həmçinin Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi hallarda itkin düşmüş şəxslərlə bağlı rəsmi informasiya platforması fəaliyyət göstərir.
Bu işin mühüm tərkib hissələrindən biri beynəlxalq əməkdaşlıqdır. Ukrayna itkin düşmüş şəxslərin axtarılması, onların yerinin müəyyən edilməsi və beynəlxalq humanitar hüququn pozulması hallarının sənədləşdirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya və digər tərəfdaşlarla əməkdaşlıq edir.
2026-cı il beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır: bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi haqqında Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 20 ili tamam olur. Bu il beynəlxalq kampaniya “Victims first. Actions now” — “İlk növbədə qurbanlar. Hərəkətə keçmək vaxtıdır” şüarı altında keçirilir və hər bir insanın və onun ailəsinin həqiqəti bilmək, ədalət və kompensasiya almaq hüququnu vurğulayır.
Ukrayna Rusiya təcavüzü nəticəsində itkin düşmüş hər bir şəxsin tapılması və hər bir ailənin cavab alması üçün ardıcıl şəkildə çalışır. Biz cinayətləri sənədləşdirməyə, toplanmış materialları beynəlxalq məhkəmə və insan hüquqları mexanizmlərinə təqdim etməyə, habelə təqsirkarların məsuliyyətə cəlb olunmasına nail olmağa davam edirik.
Bu gün biz itkin düşmüş bütün şəxsləri ehtiramla yad edir və onların ailələrinə dəstəyimizi ifadə edirik. Ukrayna hər bir itkin şəxsin taleyini müəyyən etmək, onları tapmaq və ailələrinə qaytarmaq üçün mümkün olan hər şeyi etməyə davam edir.
Hər bir itkin düşmüş şəxsin xatirəsi ədalət və insan ləyaqəti uğrunda apardığımız ümumi mübarizənin bir hissəsi olaraq qalır.
🇺🇦
Сьогодні, 30 серпня, світ відзначає Міжнародний день жертв насильницьких зникнень. Для України ця дата має особливе та надзвичайно болюче значення. В умовах повномасштабної агресії Російської Федерації насильницькі зникнення стали одним з інструментів російського терору на тимчасово окупованих територіях.
За даними правоохоронних органів, понад 114 тисяч людей в Україні вважаються зниклими безвісти за особливих обставин. Це масштабний гуманітарний виклик, що вимагає системної роботи держави, консолідації зусиль компетентних органів, залучення міжнародних партнерів та всебічної підтримки родин.
Водночас міжнародні правозахисні механізми документують випадки, які мають ознаки насильницьких зникнень на тимчасово окупованих територіях України. Моніторингова місія ООН з прав людини в Україні встановила, що значна частина свавільних затримань цивільних осіб російською окупаційною владою супроводжувалася приховуванням інформації про місцеперебування та долю людей.
Україна не залишає зазначені порушення без відповіді. Держава розбудовує комплексну систему розшуку, ідентифікації та повернення людей, зниклих за особливих обставин, забезпечує збір ДНК-зразків, ведення профільного Єдиного реєстру та підтримку сімей. Також функціонує офіційна інформаційна платформа МВС щодо осіб, зниклих безвісти за особливих обставин.
Важливою складовою цієї роботи є міжнародна співпраця. Україна взаємодіє з Організацією Об’єднаних Націй, Міжнародним комітетом Червоного Хреста, Міжнародною комісією з питань зниклих безвісти та іншими партнерами для розшуку зниклих, встановлення їхнього місцеперебування та документування порушень міжнародного гуманітарного права.
2026 рік є особливим для міжнародної спільноти: виповнюється 20 років з дня ухвалення Міжнародної конвенції для захисту всіх осіб від насильницьких зникнень. Цьогорічна міжнародна кампанія проходить під гаслом “Victims first. Actions now” – “Передусім жертви. Дії – зараз”, наголошуючи на праві кожної людини та її родини на правду, справедливість і відшкодування.
Україна послідовно працює над тим, щоб кожна людина, яка зникла внаслідок російської агресії, була розшукана, а кожна родина отримала відповідь. Ми продовжуємо документувати злочини, передавати зібрані матеріали міжнародним судовим та правозахисним механізмам та домагатися притягнення винних до відповідальності.
У цей день ми вшановуємо пам’ять усіх, хто зник безвісти, та висловлюємо підтримку їхнім родинам. Україна продовжує робити все можливе, щоб встановити долю кожного зниклого, знайти та повернути їх сім’ям.
Пам’ять про кожного зниклого залишається частиною нашої спільної боротьби за справедливість і людську гідність.