Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

  inkişaf və   nazirinin müavini Rəşad Həsənov Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahat...
05/09/2026

inkişaf və nazirinin müavini Rəşad Həsənov Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səfər İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Görüş zamanı Azərbaycan və Seneqal arasında rəqəmsal inkişaf və sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən ötən ilin dekabrında imzalanmış anlaşma memorandumları çərçivəsində görülmüş işlər müzakirə edilib.

Ətraflı: https://bit.ly/4d4Loe3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş...
02/09/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki:

- Əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk.

- Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur.

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik ...
02/09/2026

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

- İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur.

Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Dövlətimizin ba...
01/09/2026

Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Azərbaycan Respublikası nüfuzlu   Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub. Bu üzvlük Azərbaycana bir sıra mühüm im...
01/09/2026

Azərbaycan Respublikası nüfuzlu Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.

Bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və fondlarına çıxış imkanı qazanacaq. Gənclər və mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.

Ətraflı: https://bit.ly/3UjOfJM

  inkişaf və   naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) 4 sentyabr 2026-cı il tarixində saat 09:30-da Bərdə şəhərində yerləş...
28/08/2026

inkişaf və naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) 4 sentyabr 2026-cı il tarixində saat 09:30-da Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında , , , , rayonlarının və şəhərinin sakinlərini qəbul edəcək.

Qəbula 3 sentyabr 2026-cı il tarixinə qədər yazılmaq mümkündür.

Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil
Çağrı mərkəzi: 1655
Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290)
Elektron poçt: [email protected]

27/08/2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN və sahələrində ən vacib və aktual yenilikləri sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Metro xətlərinin ayrılması ilə bağlı AYNA-nın dəstəkləyici tədbirlər görməsi;
✅ 195E nömrəli ekspres marşrutunun fəaliyyətə başlaması;
✅ Hesabınızın təhlükəsizliyinin təmin olunması

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.Laçın şəhəri bu gün azadlığın, dirçəlişin və davamlı inkişafın yeni dövrünü...
26/08/2026

26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.

Laçın şəhəri bu gün azadlığın, dirçəlişin və davamlı inkişafın yeni dövrünü yaşayır.

25/08/2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN və sahələrində ən vacib və aktual yenilikləri sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ Daha 100 nəfərin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olması;
✅ 135 nömrəli marşrutun avtobuslarının dəyişdirilməsi

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Ş...
24/08/2026

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Dövlətimizin başçısı çıxış edərək bildirib ki:

- Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var... Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir... Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir.

Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

Address

Zərifə Əliyeva Küçəsi, 77
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125985858

Alerts

Be the first to know and let us send you an email when Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

Shortcuts

Share