Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Government Organization, Fətəli Xan Xoyski 109, Baku.
(1)

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib🗓️ ...
04/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

📌 Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər
10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

🤝 Vakansiya seçimində uğur qazanan bütün namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməs...
03/09/2026

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır. Belə ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.📌 2026...
03/09/2026

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.

📌 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.

📌 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1

02/09/2026

☀️ Yay tətili bitir…

Dostlarla oyunlar, gəzintilər və uzun yay günləri artıq geridə qalır. 🎒

İndi isə çantaları hazırlamaq, məktəbə qayıtmaq və yeni macəralara başlamaq vaxtıdır! 📚✨

🎬 Video material uşaqlar üçün nəzərdə tutulmuş “Mən, Lalə, bir də Şerlok Holms” serialından götürülüb.

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr ...
02/09/2026

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

31/08/2026

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bu tarixdə olacaq

📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır🗓️ Təhsilverənlərin təkrar sert...
31/08/2026

📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ...
28/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivdir.

Hazırda proses 2–11-ci sinif şagirdlərini əhatə edir.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edildi...
27/08/2026

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edildi

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələrini hər bir məktəb üzrə təqdim edirik.

📊 Nəzərinizə çatdırırıq ki, yeni təmayül tədris modeli 2024–2025-ci tədris ilindən etibarən pilot qaydada tətbiq edilir. Bu məzunların ali təhsil müəssisələrinə qəbul nəticələri təmayül tədrisinin səmərəliliyini əks etdirir.

Qeyd edirik ki, 10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, onların izafi əqli yüklənmələrinin qarşısını almaqdır.

📚 Yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

📌 Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:
* Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti
* Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili
* Səriştəli müəllim kollektivi
* Aylıq sınaq imtahanlarının təşkili
* Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər

📍 Ətraflı məlumat üçün aidiyyəti regional təhsil idarəsinə müraciət edə bilərsiniz.


26/08/2026

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Address

Fətəli Xan Xoyski 109
Baku

Alerts

Be the first to know and let us send you an email when Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi:

Shortcuts

Share