Azercosmos

Azercosmos Welcome to the official Facebook account of the Space Agency of the Republic of Azerbaijan

Founded in 2010 as the first and only satellite operator in the region, Azercosmos currently operates two telecommunication (Azerspace-1 and Azerspace-2) and one Earth Observation (Azersky) satellites, successfully providing high quality and reliable services to partners across the globe. Being committed to creating a better connected, developed and secure world for future generations, we aim to emerge as one of the driving forces in the global space industry.

🇦🇿Azərkosmos tərəfindən may ayında start verilən və hazırda davam edən ilk “Milli Kosmik İnkubasiya” layihəsinin iştirak...
03/09/2026

🇦🇿
Azərkosmos tərəfindən may ayında start verilən və hazırda davam edən ilk “Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan “Agro AI” startapı, “Microsoft for Startups” proqramına qəbul olunub. 🚀✨

“Agro AI”ın “Microsoft for Startups” proqramına qəbul olunması “Milli Kosmik İnkubasiya” çərçivəsində kosmik sahədə innovativ ideyaların və startapların inkişaf etdirilməsinin nəticələrindən biridir. “Agro AI” radar peyk təsvirləri vasitəsilə torpağın rütubətini analiz edən və fermerlər üçün suvarma həlləri təklif edən platformadır.

💻 Təqdim olunan imkanlar startapın məhsulunun inkişafı və miqyaslandırılması üçün server və hostinq resursları, GPU hesablama gücü, eləcə də “Microsoft Copilot” süni intellekt modelinin imkanlarına çıxışı əhatə edir. Bu imkanlar startapın texnoloji infrastrukturunu gücləndirməklə yanaşı, məhsulun daha sürətli inkişaf etdirilməsinə və bazara çıxış prosesinin sürətləndirilməsinə şərait yaradacaq.

***

🇬🇧
The “Agro AI” startup, a participant in the first “National Space Incubation” project launched by Azercosmos in May and currently underway, has been accepted into the “Microsoft for Startups” program. 🚀✨

“Agro AI"'s acceptance into the “Microsoft for Startups” program is one outcome of supporting the development of innovative ideas and startups in the space sector within the framework of the “National Space Incubation” project. “Agro AI” is a platform that analyses soil moisture using radar satellite imagery and provides irrigation solutions for farmers.

💻 The opportunities provided through the program include server and hosting resources, GPU computing power, and access to the capabilities of the “Microsoft Copilot” AI model to support the development and scaling of the startup’s product. These resources will not only strengthen the startup’s technological infrastructure but also enable faster product development and accelerate its path to market.

🇦🇿Azərkosmos qeyri-geostasionar peyk sistemləri arasında interferensiyanın (müdaxilənin) analizini həyata keçirən proqra...
03/09/2026

🇦🇿
Azərkosmos qeyri-geostasionar peyk sistemləri arasında interferensiyanın (müdaxilənin) analizini həyata keçirən proqram təminatı hazırlayıb. 💻🌐

Bu proqram təminatı mühəndislərə əsas bir suala cavab verməyə imkan verir: iki peyk sisteminin bir-birinə təsiri beynəlxalq qaydalara əsaslanan koordinasiya tələb edirmi?

Bunun üçün proqram:
✔️ müxtəlif orbitlərdə hərəkət edən qeyri-geostasionar peyklərin bir-birinə nisbətən hərəkətini izləyir və simulyasiya edir;
✔️ peyklərin mövqeləri dəyişdikcə sistemlərin bir-birinin qəbuledicilərinə yaratdığı təsiri hesablayır;
✔️əldə olunan nəticəni koordinasiyanın zəruri olub-olmadığını müəyyən edən beynəlxalq səviyyədə razılaşdırılmış qaydalara uyğun müqayisə edir.
✔️ koordinasiyanın tələb olunub-olunmadığını, limitin nə qədər aşıldığını və ya nəticənin limitə nə qədər yaxın olduğu barədə aydın təsəvvür yaradır.

***

🇬🇧
Azercosmos has developed software for analysing interference between non-geostationary satellite systems. 💻🌐

This software enables engineers to answer a key question: does the impact of two satellite systems on each other require coordination based on international regulations?

To do this, the software:
✔️ tracks and simulates the relative movement of non-geostationary satellites operating in different orbits;
✔️ calculates the impact that the systems have on each other’s receivers as the satellites’ positions change;
✔️ compares the results against internationally agreed rules that determine whether coordination is required;
✔️ provides a clear understanding of whether coordination is required, how much the limit is exceeded, or how close the result is to the limit.

🇦🇿Azərkosmosun İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Radio Monitorinq və ...
02/09/2026

🇦🇿
Azərkosmosun İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Radio Monitorinq və Ölçmələr üzrə 27-ci Beynəlxalq Simpoziumda (ISRMM 2026) “Azərkosmos qlobal kosmik ekosistemdə” mövzusunda təqdimatla çıxış edib. 🇦🇿🇷🇴

Tədbir Rumıniyanın Rabitənin İdarə Edilməsi və Tənzimlənməsi üzrə Milli Qurumunun (ANCOM) ev sahibliyi ilə təşkil olunub.

🛰️ Təqdimatda Azərbaycanın qlobal kosmik sektorda artan rolu, Azərkosmosun genişlənən beynəlxalq tərəfdaşlıqları, eləcə də qlobal kosmik ekosistemin inkişafına verdiyi töhfə diqqətə çatdırılıb.

***

🇬🇧
Azercosmos at ISRMM 2026 🇦🇿🇷🇴

Azercosmos Vice-Chair Fuad Aslanov delivered a presentation titled “Azercosmos in the Global Space Ecosystem” at the 27th International Symposium on Radio Monitoring and Measurements (ISRMM 2026) in Bucharest, Romania. The event was hosted by Romania’s National Authority for Management and Regulation in Communications (ANCOM).

🛰️ The presentation highlighted Azerbaijan’s growing role in the global space sector, Azercosmos’ expanding international partnerships, and its contribution to a more connected and collaborative global space ecosystem.

🇦🇿Növbəti tədbir - Bakı İqlim Fəaliyyəti Həftəsi 2026! 🚀🌍Ekspertlərimiz “Dəyirmi masa: İqlimə Dayanıqlılıq Texnologiyala...
02/09/2026

🇦🇿
Növbəti tədbir - Bakı İqlim Fəaliyyəti Həftəsi 2026! 🚀🌍

Ekspertlərimiz “Dəyirmi masa: İqlimə Dayanıqlılıq Texnologiyaları – İqlim Dayanıqlı Gələcək üçün İnnovasiyaların Sürətləndirilməsi” və "Şəbəkə üzvlərinin dəyirmi masası" sessiyalarında iştirak edəcək.

🗓️ 11 sentyabr | 14:00 - 15:30
7 sentyabr | 14:00 - 15:15
📍 Bakı Konqres Mərkəzi

***

🇬🇧
On to the next event - Baku Climate Action Week 2026!

Our experts will participate in “Roundtable: Climate Resilience Technologies: Accelerating Innovation for a Climate-Resilient Future” and Network Member Roundtable sessions.

🗓️ September 11 | 14:00 - 15:30
September 7 | 14:00 - 15:15
📍 Baku Convention Center

🇦🇿Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi Azerspace-2 peyki vasitəsilə c...
01/09/2026

🇦🇿
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi Azerspace-2 peyki vasitəsilə canlı yayımlanıb. 🛰️

Tədbir region ölkələri və digər ölkələrdən olan geniş izləyici auditoriyasına təqdim edilib.

***

🇬🇧
The opening ceremony of the 6th World Nomad Games, held in Bishkek, the capital of Kyrgyzstan, was broadcast live via the Azerspace-2 satellite. 🛰️

The event was brought to a wide audience across the region and beyond.

Sentyabr ayını yeni hədəflər və nailiyyətlərlə qarşılayırıq ✨
01/09/2026

Sentyabr ayını yeni hədəflər və nailiyyətlərlə qarşılayırıq ✨

🇦🇿AZCON Holding  şirkətlərindən olan Azərkosmosun təşəbbüsü nəticəsində beynəlxalq peyk məlumatları və analitika şirkəti...
31/08/2026

🇦🇿
AZCON Holding şirkətlərindən olan Azərkosmosun təşəbbüsü nəticəsində beynəlxalq peyk məlumatları və analitika şirkəti “EOS Data Analytics”in təqdim etdiyi Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib. 🌏

Azərkosmos komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək “EOS Data Analytics” komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc olunan məlumatlar, eləcə də yaşayış məntəqələrinin rəsmi adlarını təsdiqləyən müvafiq məlumat bazası qarşı tərəfə təqdim olunub.

Təxminən 11 ay davam edən əməkdaşlıq və məlumat mübadiləsi nəticəsində “EOS Data Analytics”in məhsul komandası təqdim olunan rəsmi məlumatları nəzərdən keçirərək Qarabağ ərazisini əhatə edən xəritədə müvafiq yenilənmələri həyata keçirib.

Nəticədə, Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağ bölgəsində yerləşən digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub.
Bu təşəbbüs Azərbaycanın rəsmi coğrafi adlarının beynəlxalq rəqəmsal xəritələrdə düzgün təqdim edilməsinə və qlobal istifadəçilərin ölkəmiz haqqında aktual, etibarlı məkan məlumatları əldə etməsinə töhfə verir.

***

🇬🇧
Following an initiative by the Azercosmos team, the map covering Azerbaijan on the EOSDA platform has been successfully updated. 🌏

During our review of the platform’s basemap, we identified outdated settlement names, particularly across the region. To support the update, our team shared relevant information published through Azerbaijan’s official Open Data Portal, providing an authoritative reference for the country’s official geographical names.

Following a detailed review by the EOS product team, the relevant map data was updated. As a result, the official names of settlements including , , , and others are now accurately reflected on the platform.

This update demonstrates how cooperation, authoritative open data and attention to geographical accuracy can improve the quality of information available to users of international digital platforms.

We sincerely thank the EOSDA team, for their constructive cooperation, careful consideration of the official data provided and successful implementation of the update.

🇦🇿🛰️ Azərkosmos ADEX 2026 sərgisində!Stendimizi ziyarət edərək Yerin müşahidəsi, bağlantı, peyk rabitəsi və geospatial x...
28/08/2026

🇦🇿
🛰️ Azərkosmos ADEX 2026 sərgisində!

Stendimizi ziyarət edərək Yerin müşahidəsi, bağlantı, peyk rabitəsi və geospatial xidmətlər üzrə peyk əsaslı həllərimizlə tanış olun.

Xidmətlərimizin müxtəlif sahələrdə etibarlı bağlantı, dəyərli peyk məlumatları və kosmik texnologiyalara əsaslanan qabaqcıl həllər təqdim etməklə necə dəstək göstərə biləcəyini kəşf edin.

Mütəxəssislərimizlə görüşün, imkanlarımız haqqında daha ətraflı məlumat əldə edin və əməkdaşlıq imkanlarını müzakirə edək.

📍 Stend № 4A030, 4-cü zal, Bakı Ekspo Mərkəzi
🗓️ 30 sentyabr - 2 oktyabr

***

🇬🇧
🛰️ Meet us at ADEX 2026!

Visit our booth to explore our satellite-based solutions across Earth observation, connectivity, satellite communications and geospatial services.
Discover how our services can support industries with reliable connectivity, actionable satellite data and advanced solutions powered by space technology.

Meet our experts, learn more about our capabilities and explore opportunities for collaboration.

📍 Booth no. 4A030, Hall 4, Baku Expo Center
🗓️ September 30 - 2 October

🇬🇧Our next stop is   ! 🚀Come and meet us at the world’s most inspiring content and technology event, where our cosmic te...
24/08/2026

🇬🇧
Our next stop is ! 🚀

Come and meet us at the world’s most inspiring content and technology event, where our cosmic team is ready to consult you on every step of your journey.
📅 September 11-14
📍 RAI Amsterdam

***

🇦🇿
Növbəti dayanacağımız -dır! 🚀

Dünyanın ən ilhamverici kontent və texnologiya tədbirində kosmik komandamızla görüşün. Sizin bütün suallarınızı cavablandırmağa və müraciətlərinizi müzarikə etməyə hazırıq.

📅 12–15 Sentyabr
📍 RAI Amsterdam

Address

72, Uzeyir Hajibeyli Street
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azercosmos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azercosmos:

Shortcuts

Share