Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Əqli mülkiyyəti qoruyaq!

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
Intellectual Property Agency of the Republic of Azerbaijan
Агентство по Интеллектуальной Собственности Азербайджанской Республики

Müasir Azərbaycan mətbuatının tanınmış nümayəndəsi Ədalət Mədət oğlu İsmayılov (Ədalət Mədətoğlu) 2026-cı il avqustun 17...
17/08/2026

Müasir Azərbaycan mətbuatının tanınmış nümayəndəsi Ədalət Mədət oğlu İsmayılov (Ədalət Mədətoğlu) 2026-cı il avqustun 17-də ömrünün 58-cı ilində vəfat etmişdir.

Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində ziyalı ailəsində doğulmuşdur. O, 1990-1996-cı illərdə A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Hələ tələbəlik dövründən jurnalistikaya həvəs göstərmiş, “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışmışdır. O, bədii yaradıcılıqla da məşğul olmuşdur, bir neçə kitabın müəllifidir.

Ədalət İsmayılov 2019-cu ildən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru vəzifəsində çalışırdı.

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ədalət İsmayılovun (Ədalət Mədətoğlunun) vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessi...
08/07/2026

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyasında çıxış edib

2026-cı il 7–15 iyul tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edir.

Tədbirin açılışında ÜƏMT-nin Baş direktoru Daren Tanq çıxış edərək COVID-19 pandemiyası dövründən sonra təşkilatın fəaliyyəti barədə məlumat verib. O, müasir dövrdə əqli mülkiyyətin əhəmiyyətinin daha da artdığını vurğulayıb, ÜƏMT-nın beynəlxalq qeydiyyat sistemlərinin müasirləşdirilməsi sahəsində görülən işlərə, ÜƏMT Akademiyası tərəfindən üzv dövlətlərin nümayəndələri üçün müxtəlif təlim proqramlarının keçirilməsinə və digər məsələlərə toxunub.

Assambleyanın iclasında onlayn rejimdə iştirak edən K.İmanov tədbirin ilk günündə ingilis dilində çıxış edib. O, ÜƏMT-nın Baş direktoru cənab Daren Tanqı yenidən bu vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

K.İmanov çıxışında Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının ölkənin sosial-iqtisadi İnkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçirildiyini bildirib. Qeyd olunub ki, əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması və innovasiya ekosisteminin inkişafına töhfə verməsi, ölkə Prezidenti tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirmişdir.

Agentliyin rəhbəri vurğulayıb ki, diqqət mərkəzində əqli fəaliyyət nəticələrinin, süni intellektin və əqli mülkiyyətin fəlsəfəsi dayanır: riyazi əsaslardan fəlsəfi-hüquqi aspektlərə, innovasiya potensialından istifadənin səviyyəsinə və aparıcı ali təhsil müəssisələrində yaratdığımız əqli mülkiyyət kafedraları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər fənlərarası tədqiqatlara qədər geniş bir istiqaməti əhatə edir. Bu siyasətin əsasını əqli mülkiyyətin yalnız müstəsna hüquqlar sistemi kimi deyil, həm də həmin hüquqlarla qorunan obyektlər baxımından yenidən dərk edilməsi təşkil edir.

K.İmanov Agentliyin strukturunu və fəaliyyətini seçilmiş 15 əqli mülkiyyət idarəsi sırasında təqdim etdiyinə və bunu “Gələcəyə baxan liderlərin Hesabatı”nda əks etdirdiyinə görə ÜƏMT Katibliyinə təşəkkürünü bildirib. Hazırda Agentlikdə ÜƏMT-nın IPAS sistemi ilə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, açıq reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir.

K.İmanov diqqətə çatdırıb ki, Agentlikdə məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılıb, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıbdır.

K.İmanov çıxışının sonunda ÜƏMT çərçivəsində təcrübə mübadiləsinin milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək2026-cı il 7–15 iyul tarixlərində İsveçrənin Cen...
06/07/2026

ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək

2026-cı il 7–15 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək.

Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edəcək.

Assambleyanın ümumi müzakirələri çərçivəsində Kamran İmanovun onlayn formatda çıxışı nəzərdə tutulur.

26/06/2026
26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Əqli Mülkiyyət Agentliyində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilibƏqli Mülkiyyət Agentli...
24/06/2026

Əqli Mülkiyyət Agentliyində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Agentliyin Aparat rəhbəri Xudayət Həsənli dövlət qulluğunun cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəli təşkilində və həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi yeganə publik hüquqi şəxsdir ki, onun aparatının əməkdaşları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə görə “Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən dövlət qulluqçularına bərabər tutulurlar.

Aparat rəhbəri X.Həsənli hazırda ölkədə fəaliyyət göstərən 27,3 min dövlət qulluqçuları sırasında Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının da yer aldığını xüsusi vurğulayıb. O, dövlət qulluqçusu statusu daşımağın şərəfli, eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdıraraq İdarə Heyətinin sədri Kamran İmanovun adından bir daha Agentliyin aparatında çalışan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür.Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil...
23/06/2026

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür.

Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Əqli Mülkiyyət Agentliyində 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilibAzərbaycan Respublikasının İnsan Hüqu...
19/06/2026

Əqli Mülkiyyət Agentliyində 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib.

Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli insan hüquq və azadlıqlarının cəmiyyətin inkişafı, insan ləyaqətinin qorunması və hüquqi dövlət quruculuğu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bildirib ki, insan hüquqlarının etibarlı şəkildə qorunması və təmin edilməsi hər bir demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. M.Məmmədli qeyd edib ki, sürətlə inkişaf edən texnologiyalar və xüsusilə süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyası insan hüquqlarının müdafiəsini daha da aktual edir. Süni intellektdən istifadə prosesində şəxsi məlumatların qorunması, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, şəffaflıq və insan ləyaqətinə hörmət prinsiplərinin gözlənilməsi mühüm məsələlərdəndir. Bu səbəbdən süni intellekt dövründə insan hüquqlarının qorunması istiqamətində hüquqi və etik yanaşmaların gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi və təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. O, bu mühüm qərarın dövlətimizin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi yüksək dəyərin, eləcə də bu sahədə həyata keçirilən ardıcıl siyasətin bariz ifadəsi olduğunu vurğulayıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

̇nsanhüquqlarıaylığı

15 iyun - Milli Qurtuluş Günü
15/06/2026

15 iyun - Milli Qurtuluş Günü

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

Address

Government House
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124933944

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi:

Shortcuts

Share