Lakin bu gün həmin güc parçalanıb, düşmənləri tərəfindən amansız təqiblərə məruz qalıb, parçalanıb yox edilməyə çalışılıb. Bu səsi, gücü bərpa etmək sənin həyat amalın olmalıdır. Çünki bu sənin gücün, sənin səsindir. Hər bir “Mən” o səsin tərkib hissəidir, güc qaynağıdır. Sənin bir hissən rus işğalı altında, bir hissən Çin zülmündə,bir hissən fars ağalığında əzilir. Bütün Türk dünyasının mərkəzi o
lan Azərbaycan parça-parça edilib. 40 milyona yaxın Azərbaycan Türkü Güneydə fars işğalı altında dili, mədəniyyəti, tarixi amansız təqiblər alında yaşayır. Dərbənd rus ağalığında, Borçalı gürcü işğalında eyni zülmü görür. Qərbi Azərbaycanda, Qarabağda bir Türk belə qalmayıb. Hələ bununla da kifayətlənməyən düşmən qüvvələr Azərbaycanın quzeyində kiçik bir ərzimizdə qurduğumuz dövlətə qarşı min cür təxribatlar edir, din, demokratiya və s. dəyərlər adı altında mahiyyətcə dövlət və milli maraqlarımızın əleyhinə yönəlik düşüncə təbliğ edir, sosial baza yaradılmasına çalışılır. Bu cür yad düşüncələrin təbliğinə düşmən qüvvələr milyonlarla pullar xərcləyir. Əsas amacları isə toplumu milli düşüncədən sapdırmaq, Azərbaycan dövlətçiliyinin əleyhinə insanlar formalaşdırmaqdır.
Əziz Soydaş! ən əsas cəhəti isə həmin qüvvələrin topla, tüfənglə deyil bizim bəzən qutsal saydığımız dəyərləri vasitə edərək bizimlə savaşır. Uzun sürən rus əsarəti Azərbaycan Türkündə bir ideoloji boşluq yaradıb. Bu boşluq milli ideologiya ilə doldurulmasa düşmən qüvvələrin milyonları hesabına təbliğ olunan yabançı, mahiyyətcə millətimizə qarşı yönəlik düşüncə ilə dolacaq.
Əziz Soydaş! Oxuduğun dərginin nəşr olunma amacı da budur. Oxuduğun dərgi sənin ideoloji biliklərinin daha da artması, düşmən qüvvələrin vətənimizə, millətimizə qarşı fəaliyyətlərinə dair bir bilgi mənbəyi olacaq. Vətənin varlığı və bütövləşməsi üçün savaşmaq lazımdır. Unutma ki, savaşda isə yalnız güclülər qalib gəlir. Güclü olmaq üçün ilk növbədə özümüz yaxşı tanımalı, milli ideyamızı tam mənimsəməliyik.Düşmənlərimiz yaxşı tanımalıyıq.Öz türklüyünü sonuna qədər dərk etdiyin zaman sənin qarşını kimsə ala bilmyəcək. Unutma ki, Bir Türk üçün edilə bilməyəcək bir iş, fəth oluna bilməyəcək bir zirvə yoxdur.