UNEC LİC Library No 1

UNEC LİC Library No 1 UNEC LİC Library No 1

02/09/2026

UNEC-də 2026/2027-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulunun qeydiyyat müddəti sentyabrın 4-dək uzadıldı.

Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/http://www.kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

•Rektorun adına ərizə;
•Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
•3x4 sm ölçüdə fotoşəkil;
•Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Telefon: (012) 564-38-92.
Mobil: (070) 578-08-59 (WhatsApp); (055) 875-04-33

Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/
Instaqram hesabı: https://www.instagram.com/sabuhitanriverdi/

Ətraflı: https://news.unec.edu.az/elan/138-gebul/15207-azerbaycan-respublikasi-elm-ve-tehsil-nazirliyi-azerbaycan-dovlet-i-gtisad-universiteti-unec-sened-gebulu-elan-edir

01/09/2026

UNEC-də bakalavr səviyyəsində sənəd qəbulu 28 avqust 2026-cı il tarixindən 08 sentyabr 2026-cı il tarixinədək elektron qaydada aparılacaq.

Bakalavra qəbul olanlar sənədlərini elektron formada UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid etməklə (kabinet.unec.edu.az) sistemə yükləməlidir.

Sənədlərin elektron yüklənməsi barədə videotəlimat aşağıda təqdim olunur:

https://www.youtube.com/watch?v=LhtVllbcPM8

Bundan əlavə, abituriyent mütləq https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

Qeyd: https://my.gov.az/ platformasında qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Ətraflı: https://news.unec.edu.az/elan/138-gebul/15392-bold-red-unec-de-bakalavriat-seviyyesi-uzre-sened-gebulu-onlayn-aparilacag-bold-red-2

01/09/2026
01/09/2026

UNEC-ə onlayn sənəd qəbulu | kabinet.unec.edu.az saytında qeydiyyat...

01/09/2026

Növbəti məzuniyyətim də bitdi. UNEC-ə kənardan baxmaq, əldə olunmuş nəticələri təhlil etmək, gələcək addımları sistemləşdirmək imkanım oldu!
Müəllimlərimizin biliyi və peşəkarlığı, əməkdaşlarımızın əzmi və fədakarlığı, tələbələrimizin enerjisi və arzuları ilə, yeni ideyalar, yeni təşəbbüslər, yeni layihələr reallaşdırmaqla yeni uğurlara doğru birlikdə addımlamağa davam!
Uğurlar, UNEC!
Hər şey daha da yaxşı olacaq!

24/08/2026

Tələbə adını qazanmış olan hər kəsi ürəkdən təbrik edirik!

24/08/2026

UNEC ailəsinə yeni qoşulan əziz tələbələr,

Sizi tələbə adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirik!

Siz UNEC tələbəsi adını qazanmaqla uğurlu gələcəyinizə doğru ilk addımınızı atdınız və böyük ailəmizin bir üzvü oldunuz.

UNEC-də sizləri yüksək təhsil imkanları, peşəkar və gülərüz müəllim heyəti, səmimi dost mühiti və hərtərəfli dəstək gözləyir. Burada əldə etdiyiniz bilik və bacarıqlarla gələcək karyeranız üçün möhkəm təməl quracaqsınız. İnanırıq ki, sizlər bu yolda uğurla irəliləyərək, ölkəmizə və dünyamıza dəyərli töhfələr qazandıracaqsınız.

Bir daha hər birinizi təbrik edirik və sizləri universitetimizdə görməkdən böyük məmnunluq duyuruq!

Bu gün Kitabxana İnformasiya Mərkəzi 1 Saylı Kitabxananın müdiri Mətanət Abbaovanın doğum günüdür(yubileyi). Onu bütün k...
17/08/2026

Bu gün Kitabxana İnformasiya Mərkəzi 1 Saylı Kitabxananın müdiri Mətanət Abbaovanın doğum günüdür(yubileyi). Onu bütün kollektiv adından ürəkdən təbrik edir, şəxsi və iş həyatında böyük nailiyyətlər arzulayırıq!

11/08/2026

UNEC TƏLƏBƏSİ ROBOTOTEXNİKA ÜZRƏ DÜNYA ÇEMPİONU OLDU! 🥇

Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadə Böyük Britaniyada keçirilən International World Innovative Student Exhibition - iWISE 2026 Dünya Finalında möhtəşəm qələbə qazanıb! 🇬🇧✨

25 ölkədən nümayəndələrin qatıldığı yarışmanın “Robotics – Maze Solving Robot” kateqoriyasında Aşurbəyin təmsil olunduğu JoshuaTech komandası 18 rəqibini geridə qoyaraq I yerə layiq görülüb və DÜNYA ÇEMPİONU adını qazanıb! 🏆

Bu kateqoriyada iştirakçılar labirint daxilində tam avtonom hərəkət edən, sensor məlumatlarını real vaxt rejimində emal edərək optimal marşrutu təyin edən mürəkkəb robot sistemləri hazırlayırlar.

IWISE yarışmasında Azərbaycan heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.

Aşurbəyi dünya çempionu adı qazanması münasibətilə təbrik edirik, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq! 👏🎉

UNEC yalnız iqtisadiyyat deyil, robototexnika və İT sahəsinin də gələcək liderlərini və çempionlarını yetişdirir!

Ətraflı: https://news.unec.edu.az/xeber/105-telebe/15376-bold-red-unec-telebesi-boyuk-britaniyada-kechirilen-international-world-innovative-student-exhibition-2026-finalinda-dunya-chempionu-olub-bold-red

Address

İSTİQLALİYYƏT KÜÇƏSİ 6 (İÇƏRİŞƏHƏR Metrosuna Yaxın)
Baku

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when UNEC LİC Library No 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNEC LİC Library No 1:

Shortcuts

Share