Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi Facebook səhifəsi
(1424)

04/09/2026

💬 "İnsanın özünə yazığı gələndə çox ağır vəziyyətə düşə bilər".

I dərəcə əlilliyi olan yazıçı Orxan Adıgözəl fiziki məhdudiyyətin yaratdığı əngəlləri yaradıcılıqla dəf edib. ✍️

📚 Uşaq ədəbiyyatına aid bir neçə kitabın müəllifi olan həmsöhbətimizin günə əsas başlanğıc fəaliyyətlərindən biri kompüterdə yazı yazmaqdır. O, yaxşı yazmaq üçün çox oxumağın vacib olduğunu deyir.

💬 "Çalışıram hər gün yazım, az da olsa yazım".

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icr...
04/09/2026

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun növbəti iclası keçirilib.

ℹ️ Videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/inkluziv-sosial-inkisaf-ve-sosial-teminat-uzre-isci-qrupunun-novbeti-iclasi-kecirilib-9711

03/09/2026

✅ DOST konsepsiyası ölkəmizdə sosial xidmətlərin şəffaf və operativ təqdim olunması baxımından özünü doğrultmuş modeldir.

Artıq 📍 Naxçıvanda da tətbiq olunan bu model muxtar respublika sakinləri üçün sosial xidmətləri daha əlçatan edir, həssas qruplara sosial dəstəyin sistemli şəkildə göstərilməsinə imkan yaradır.✨

🎥 Mövzunu REAL TV-nin "Obyektiv" verilişində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi (Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) naziri Fərid Bağırzadə ilə müzakirə edirik.

Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində 📍 Şəki və Lənkəran rayonlarında maarifləndirmə tədbirləri tə...
03/09/2026

Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində 📍 Şəki və Lənkəran rayonlarında maarifləndirmə tədbirləri təşkil edib.

ℹ️ Tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi bildirilib.

Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

➡️ https://sosial.gov.az/az/media/xeberler/sulh-ayligi-cercivesinde-maariflendirme-tedbirleri-kecirilib-9710

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə...
03/09/2026

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Nazir Anar Əliyev konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib.

ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709

03/09/2026

📢 REAL TV-nin "Obyektiv" verilişinin bu axşam ⏰ saat 19:30-da efirə gedəcək buraxılışında bu yaxınlarda Naxçıvan Regional DOST Mərkəzinin açılışının muxtar respublikanın əhalisi üçün yaratdığı yeni imkanlar haqqında danışacağıq.

ℹ️ Verilişin qonağı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadədir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

03/09/2026

🔹 İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən necə istifadə etmək olar❓

🔹 Xidmətlər Zərfinə hansı tibbi xidmətlər daxildir❓

🔹Özəl tibb müəssisələrində necə ödənişsiz tibbi xidmət almaq olar ❓

✅ Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib:📌 Valideyn-namizədlər üçün təlimlərin onlayn formatda ...
03/09/2026

✅ Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib:

📌 Valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq;

📌 Uyğun uşağın seçilməsi müddəti 5 iş gününə endirilib;

📌 Prosesin mərhələləri üzrə qərarların qəbul edilməsi müddəti 3 iş günü müəyyən edilib;

📌 Dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesi üçün minimal müddətin 2 həftəyə enməsinə imkan yaradır.

➡️ https://sosial.gov.az/az/media/xeberler/himayedar-aile-modelinin-tetbiqi-prosesi-daha-da-sadelesdirilib-9708

💬 "Mina qurbanlarının cəmiyyətə tam inteqrasiyası üçün kompleks mexanizmlər yaradılmalıdır".Bunu nazir müavini Hidayət A...
02/09/2026

💬 "Mina qurbanlarının cəmiyyətə tam inteqrasiyası üçün kompleks mexanizmlər yaradılmalıdır".

Bunu nazir müavini Hidayət Abdullayev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" panel sessiyasında deyib.

➡️ https://report.az/daxili-siyaset/nazir-muavini-mina-qurbanlarinin-cemiyyete-tam-inteqrasiyasi-ucun-kompleks-mexanizmler-yaradilmalidir

Address

Salatın Əsgərova 85
Baku
1009

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30

Telephone

+994125260101

Alerts

Be the first to know and let us send you an email when Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Shortcuts

Share