Zirə Mədəniyyət Mərkəzi - EKO Park

Zirə Mədəniyyət Mərkəzi - EKO Park Zirə Mədəniyyət Mərkəzi - EKO Park Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Bina 2 və 1 mərtəbəlidir.

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən kük

nar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Ərazidə, həmçinin ərik, alma, armud, heyva, gilas, gavalı, alça, xurma, badam, əzgil, tut, qoz, əncir, nar, feyxoa, narıngi, limon, portağal və zeytun ağaclarından bağ salınıb. Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazinin düzgün suvarılması üçün 2 tip - xüsusi damla və sprint sistemləri yaradılıb. Suvarma sistemi kompüterlə avtomatik idarə olunur. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir.

Ərazidəki Fontanlar Meydançası pilləli olmaqla xüsusi su-kanal sistemi ilə yaradılıb. Fəvvarələrin xüsusi və rəngarəng işıqlanma sistemi gecə vaxtı xüsusi bir estetika yaradır. Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6000 m2-dir. Binanın I mərtəbəsi 4000m2-dir. Burada qəbul (resepşn) sahəsi, Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis,fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir. Qalereya - yaşıllıq ərazisində müxtəlif növ ekzotik bitkilər: güllər, kol və ağaclar əkilib, su-kanal sistemi yaradılıb, köşklər qurulub və onlar istirahət üçün yumşaq mebellərlə təmin olunub. Bitkilərin təbii işıqlanması üçün şüşə tavan quraşdırılıb. Iş kabinetləri - Seçicilər və qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün nəzərdə tutulub. Müvafiq avadanlıqlarla təmin olunub. Konfrans zalı - Seminar, treninq, iclas, prezentasiya, yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulmuş 60 nəfərlik zal rahat mebel, monitor, kompüter və WI-FI sistemi ilə təchiz edilib. Furşet və Təqdimat zalı - açıq havada furşetlər, təqdimatlar, görüşlər, nişan və doğum günlərinin keçirilməsi üçün hər bir şərait yaradılmış bir məkandır. Təkrarolunmaz tərtibat canlı çiçəklər və gözəl dizaynda öz əksini tapır. Həyat abidəsi - Eko-parkda təravətli yaşıllığın içərisində üç metrlik “Ürək” abidəsi qoyulub. Abidənin müəllifi Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevadır. Uzun illərdir ki, Leyla Əliyevanın vətəndaş mövqeyi nəsli kəsilməkdə olan heyvanların populyasiyasının qorunub saxlanılması və qoruqların mühafizəsi ilə bağlı fəaliyyətində aydın görünür. Leyla Əliyevanın bu məqsədlə təsis etdiyi IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) ictimai birliyi tərəfindən “Böyuk Qafqaz beşliyi” – Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan beş növü müəyyən edilib. Bu beşliyə ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri daxildir. Canlı təbiətin onun bütün müxtəlifliyi ilə qorunub saxlanması müasir dövrün ən mühüm vəzifəsidir. Canlı təbiət dünyanın ürəyidir, nə qədər ki, bu ürək döyünür, yer üzündə həyat davam edəcək. Zirə Cinema - Burada 300 nəfərlik konsert, toplantı və 3D kinozalı fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Nizami Kino Mərkəzinin nümayişində olan filmlərin paralel olaraq burada yayınlanması nəzərdə tutulub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkindür.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xa...
25/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

ℹ️ 19 avqust tarixində fəaliyyət rejimi haqqında bildiriş!Hörmətli ziyarətçilər!🌿 19 avqust 2026-cı il tarixində bina da...
18/08/2026

ℹ️ 19 avqust tarixində fəaliyyət rejimi haqqında bildiriş!

Hörmətli ziyarətçilər!

🌿 19 avqust 2026-cı il tarixində bina daxili və Eko-Park ərazisində bitkilərin dərmanlanması və aparılacaq texniki işlərlə əlaqədar Zirə Mədəniyyət Mərkəzi ziyarətçilər üçün tam qapalı olacaq.

📌 Göstərdiyiniz anlayışa görə təşəkkür edirik.

Uğurların davaml olsun.İbrahimov Murad
09/08/2026

Uğurların davaml olsun.
İbrahimov Murad

Hörmətli Zirə Eko-Park ziyarətçiləri,Məlumat üçün bildiririk ki, mexanikləşdirilmiş attraksionlar müvəqqəti olaraq qeyri...
03/08/2026

Hörmətli Zirə Eko-Park ziyarətçiləri,

Məlumat üçün bildiririk ki, mexanikləşdirilmiş attraksionlar müvəqqəti olaraq qeyri-müəyyən müddətə fəaliyyət göstərməyəcəkdir.

Anlayışınıza görə təşəkkür edirik.

15-22 İyul tarixlərində Şamaxı şəhərində ölkəmizdə şahmatın inkişafı və regionlarda idman həyatının canlanması məqsədilə...
26/07/2026

15-22 İyul tarixlərində Şamaxı şəhərində ölkəmizdə şahmatın inkişafı və regionlarda idman həyatının canlanması məqsədilə “Shamakhi Open 2026” beynəlxalq şahmat turniri təşkil olunmuşdur. Bu turnirdə müxtəlif yaş kateqoriyalarına məxsus şahmatşılar mübarizə apararaq beynəlxalq reytinq xalları və fəxri yerlər uğrunda yarışmışlar. Zirə Mədəniyyət Mərkəzinin şahmat müəllimi fide master İdrisov Təbriz klassik və blitz turnirlərində yüksək nəticə göstərərək mükafatçılar sırasına düşmüşdür. Kiçik şahmatşımız Məmmədli Mehdi 9 oyundan 5 xal toplayaraq FİDE reytinqini yüksəltmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanı, doğum günü ...
03/07/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanı, doğum günü münasibatilə təbrik edirik!

ℹ️ 29–30 iyun tarixlərində fəaliyyət rejimi haqqında bildiriş!Hörmətli ziyarətçilər!🌿 29 iyun 2026-cı il tarixində bina ...
28/06/2026

ℹ️ 29–30 iyun tarixlərində fəaliyyət rejimi haqqında bildiriş!

Hörmətli ziyarətçilər!

🌿 29 iyun 2026-cı il tarixində bina daxilində bitkilərin dərmanlanması işləri ilə əlaqədar Zirə Mədəniyyət Mərkəzi ziyarətçilər üçün qapalı olacaq. Eko park fəaliyyətini davam etdirəcək.

🔧 30 iyun 2026-cı il tarixində Eko park ərazisində aparılacaq texniki işlərlə əlaqədar Zirə Mədəniyyət Mərkəzi və Eko park ziyarətçilər üçün tamamilə qapalı olacaq.

📌 Göstərdiyiniz anlayışa görə təşəkkür edirik.

18-25 tarixlərində baş tutmuş “Sheki Open 2026” beynəlxalq festivalı başa çatıb. Yüksək səviyyədə təşkil edilmiş yarış, ...
27/06/2026

18-25 tarixlərində baş tutmuş “Sheki Open 2026” beynəlxalq festivalı başa çatıb. Yüksək səviyyədə təşkil edilmiş yarış, Azərbaycan şahmatının inkişafı və beynəlxalq əlaqələrin möhkəmlənməsinə böyük bir töhfə olmuşdur. 400-dən artıq şahmatçının iştirak etdiyi turnirdə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən olan şahmatçılar da öz güclərini sınamışlar.
Zirə Mədəniyyət Mərkəzinin gənc şahmatçılarının da iştirak etdiyi beynəlxalq turnirdə şahmatçımız Məmmədli Mehti C qrupunda 300 nəfər iştirakçı sırasında reytinqini yüksəldərək yarışı IV yerdə bitirmiş, pul nükafatına layiq görülmüşdür.
İbrahimli Murad şahmat reytinqini 1500-ə qədər qaldırmışdır.

26 iyun Azərbaycan RespublikasınınSilahlı Qüvvələri Günüdür.
25/06/2026

26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Günüdür.

Zirə Eko Parkı bəyənirsiz?🤩
25/06/2026

Zirə Eko Parkı bəyənirsiz?🤩

Address

Seyid Əzim Şirvani 40
Baku

Alerts

Be the first to know and let us send you an email when Zirə Mədəniyyət Mərkəzi - EKO Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zirə Mədəniyyət Mərkəzi - EKO Park:

Shortcuts

Share