25/03/2026
Müşfiqin həbs edildiyi günün canlı şahidi, əslən Ukraynadan olan Styoşa xala müşfiqsevərlərə kədərli tarixçənin acı xatirələrini daddırır:
“Gələnlər üç nəfər idi. Rus, latış və erməni. Mən o zaman ”upravdomun" öz binamız üzrə köməkçisi idim. Əvvəlcə bizim qapımızı döydülər. Müşfiqin ünvanını soruşdular. Aparıb göstərdim.
Müşfiqin yaşadığı evdən gülüş səsləri gəlirdi...
Latış qapını döyəndə gülüş, söhbət xırp kəsildi... Müşfiq bircə kəlmə “ax!” deyə bildi. Dilbər danışa bilmirdi. Elə bil lal olmuşdu...
Onu aparanlardan soruşdum:
— Qayıtmayacaq?
Rus dedi:
— Ondan ötrü aparmırıq ki, qayıda bilsin.