Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təbiəti dəyişmə, özünü dəyiş ! Change yourself, not nature !
Çağrı Mərkəzi 168

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır. Nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatla

rından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gün...
04/09/2026

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir ...
04/09/2026

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Ayıların kəndlərə yaxınlaşması və təsərrüfatlara ziyan vurması hallarının qarşısının alınması müzakirə edilibSon dövrlər...
04/09/2026

Ayıların kəndlərə yaxınlaşması və təsərrüfatlara ziyan vurması hallarının qarşısının alınması müzakirə edilib

Son dövrlər ölkənin müxtəlif bölgələrində, meşə massivləri ətrafında yerləşən yaşayış məntəqələrində ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması, təsərrüfatlara və heyvanlara ziyan vurması ilə bağlı müraciətlər daxil olur. Mövcud vəziyyətin səbəblərinin araşdırılması və belə halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Görüşdə ETSN əməkdaşları ilə yanaşı, Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Bakı Dövlət Universitetinin mütəxəssisləri, həmçinin müstəqil yerli və xarici ekoloji təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd meşəətrafı ərazilərdə ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması ilə bağlı yaranan halları müzakirə etmək, insanların və təsərrüfatların təhlükəsizliyinin təmin olunması üçün görüləcək tədbirləri müəyyənləşdirmək, eyni zamanda qonur ayıların mühafizəsini təmin etməkdir.

Görüşdə ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşmasının səbəbləri, bu halların qarşısının alınması yolları və müxtəlif ölkələrdə tətbiq olunan təcrübələr müzakirə edilib. Həmçinin ölkəmizdə hürküdücü vasitələrdən və digər qabaqlayıcı tədbirlərdən istifadə imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, əhali arasında təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə işlərinin aparılması, həmçinin aidiyyəti üzrə rayon icra hakimiyyətlərinə müraciət olunması məsələləri də müzakirə edilib.
Qeyd olunub ki, tədbirlər müəyyənləşdirilərkən həm insanların təhlükəsizliyi, həm də “Qırmızı Kitab”a daxil edilmiş qonur ayıların mühafizəsi əsas götürüləcək.

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ekoloji maarifləndirici görüşlər davam edir “Səyyar Gənclər Xidməti” layi...
04/09/2026

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ekoloji maarifləndirici görüşlər davam edir

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Lerik şəhər A.Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseydə keçirilib.

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən görüşdə gənclərə ətraf mühitin qorunması, gündəlik davranışların təbiətə təsiri və ekoloji məsuliyyətin əhəmiyyəti barədə məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Şirvan Milli Parkı     #НациональныепаркиАзербайджана
04/09/2026

Şirvan Milli Parkı




#НациональныепаркиАзербайджана

🌊 “Xəzəri Qoruyaq!” təmizlik aksiyasına start verilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloj...
03/09/2026

🌊 “Xəzəri Qoruyaq!” təmizlik aksiyasına start verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl təşkilatların tərəfdaşlığı ilə ilin ilk “Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyası Xəzər dənizinin Xaçmaz sahilində keçirilib.

Aksiya çərçivəsində könüllülərin iştirakı ilə 3 hektar sahil ərazisi tullantılardan təmizlənib. Ümumilikdə 400 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

“Xəzəri Qoruyaq!” aksiyası ənənəvi olaraq hər il keçirilir və Xəzər sahillərinin tullantılardan təmizlənməsi ilə yanaşı, ətraf mühitin qorunmasına diqqətin artırılmasını və vətəndaşlar arasında ekoloji məsuliyyətin təşviqini hədəfləyir.

Dayanıqlı şəhər hər kəs üçün təhlükəsiz, əlçatan və inklüziv imkanlar yaradan mühitdir. Gender bərabərliyinin şəhərsalma...
03/09/2026

Dayanıqlı şəhər hər kəs üçün təhlükəsiz, əlçatan və inklüziv imkanlar yaradan mühitdir. Gender bərabərliyinin şəhərsalma və inkişaf siyasətinə inteqrasiyası təhlükəsiz ictimai məkanların, keyfiyyətli infrastrukturun və əlçatan xidmətlərin formalaşdırılmasına, eləcə də sakinlərin gündəlik ehtiyaclarına cavab verən yaşayış mühitinin yaradılmasına imkan verir.

Qadınların şəhərsalma və qərar qəbuletmə proseslərində fəal iştirakının təşviqi, onların təhsil, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, eləcə də torpaq və mənzil hüquqlarından bərabər istifadəsinin dəstəklənməsi daha inklüziv və ədalətli şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.

Gender bərabərliyinin təşviqi sosial ədalətin gücləndirilməsi ilə yanaşı, şəhərlərin iqtisadi və sosial dayanıqlığının artırılmasına, əhalinin rifahının yüksəldilməsinə və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Bərabər imkanların təmin olunduğu şəhərlər daha inklüziv, təhlükəsiz və dayanıqlı gələcəyin əsasını formalaşdırır.

Şahdağ Milli Parkı, İsmayıllı bölməsi     #НациональныепаркиАзербайджана
03/09/2026

Şahdağ Milli Parkı, İsmayıllı bölməsi




#НациональныепаркиАзербайджана

Torpaq yalnız ərzaq istehsalının mənbəyi deyil, həm də ekosistemlərin davamlılığını, təbii tarazlığı və insanların rifah...
02/09/2026

Torpaq yalnız ərzaq istehsalının mənbəyi deyil, həm də ekosistemlərin davamlılığını, təbii tarazlığı və insanların rifahını təmin edən həyati resursdur. Bitkilərin böyüməsi, su dövranının tənzimlənməsi, karbonun saxlanılması və biomüxtəlifliyin qorunması torpağın sağlamlığından birbaşa asılıdır.

Dünyada istehsal olunan ərzağın 95 faizindən çoxu birbaşa və ya dolayı yolla torpaqla əlaqəlidir. Bu gün antropogen fəaliyyət və iqlim dəyişikliyi torpaq ehtiyatlarına təzyiq göstərir. Eroziya, çirklənmə, düzgün olmayan istifadə torpağın strukturunu və münbitliyini zəiflədir. Nəticədə torpağın su saxlama və infiltrasiya qabiliyyətini azaldır, bitkilərin qida elementlərini mənimsəməsini zəiflədir.

Səmərəli torpaq idarəetməsi eroziyaya və çirklənməyə qarşı mübarizə aparır, torpağın bioloji müxtəlifliyini qoruyur, münbitliyi artırır, iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Torpağın qorunması yalnız mütəxəssislərin və fermerlərin deyil, hər birimizin məsuliyyətidir. Torpağa münasibətdə bu gün atdığımız addımlar sabahın ekoloji və sosial rifahını müəyyən edir.

02/09/2026

Address

Kazım Kazımzadə Küç. , 100 (A)
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125388508

Alerts

Be the first to know and let us send you an email when Ekologiya və Təbii Sərvətlər Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

Shortcuts

Share