Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası Milli Kitabxana Azərbaycan Respublikasında "Kitabxana İşi" sahəsində dövlət siyasətini həyata keçirir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illiyinə həsr olunmuş tədbir keçiril...
28/04/2026

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illik yubileyi ilə əlaqədar ənənəvi kitab sərgisinin təqdimatı olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayıb, Seyran Səxavətin yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin geniş oxucu auditoriyası qazandığını söyləyərək Seyran Səxavətin həm də gənclər tərəfindən rəğbətlə qarşılanan şeirlər müəllifi olduğunu bildirib, bədii publisistika və bədii tərcümə sahəsində də xidmətlərinin oxucuların yaddaşında dərin izlər buraxdığını diqqətə çatdırıb.

“Bizimyol.info” saytının təsisçisi, “Bizim Yol” qəzetinin baş redaktoru, yazıçı, publisist, jurnalist Bahəddin Həzi Seyran Səxavətin çoxşaxəli fəaliyyəti haqqında danışıb, onu ədəbiyyatımızın layiqli nümayəndələrindən, dil təfəkkürümüzün fövqündə dayanan yazıçılardan biri olduğunu diqqətə çatdırıb.

Jurnalist Pərvanə İsgəndərova çıxış edərək Seyran Səxavəti yubileyi münasibətilə təbrik edib, ona can sağlığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirin sonunda Seyran Səxavət şeirlərini səsləndirib.

Sərgidə şairin şeirləri, romanları, povestləri, müxtəlif hekayələri, pyesləri, tərcümələri, ön söz yazdığı, redaktor olduğu kitablar, həmçinin həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.

Sonda görüş iştirakçıları sərgi ilə tanış olublar və xatirə şəkili çəkdiriblər.
https://www.millikitabxana.az/news/milli-kitabxanada-azerbaycan-edebiyyatinin-gorkemli-numayendesi-seyran-sexavetin-80-illiyine-hesr-olunmush-tedbir-kechirilib

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günü münas...
28/04/2026

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Azərbaycan Milli Kitabxanasında alimin həyat və yaradıcılığını əks etdirən “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Akademik_Zerife_Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açıb. Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr veribdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülübdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılıbdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməyib, respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıbdır.

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum gün...
28/04/2026

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” http://anl.az/el/emb/ZE/index.html adlı Elektron məlumat bazası alimin həyat və fəaliyyətinə həsr olunmuşdur. Məlumat bazasında alimin həyat və fəaliyyətinə dair sənədlər, kitabları, elmi məqalələri, haqqında yazılan kitab və məqalələr, akademikin dünya kitabxanalarındakı əsərləri, Zərifə xanım Əliyeva surəti bədii ədəbiyyatda, Zərifə Əliyevanın adının əbədiləşdirilməsi haqqında sənədlər, fotoalbomlar, videoqalereya və digər sənədlər təqdim olunur.
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun özündən sonra qoyduğu ənənələr bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.

Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun qüvvəli normativ hüquqi sən...
28/04/2026

Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun qüvvəli normativ hüquqi sənədlər toplusu)” adlı kitab işıq üzü görüb

Məlumdur ki, 30 ildən artıq bir müddət ərzində müstəqillik şəraitində yaşayan Azərbaycan Respublikası qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atmaqdadır. Bu şəraitdə bütün sahələrdə olduğu kimi, kitabxana işi sahəsində də müasir dövrlə səsləşən, kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmiş qanunların, dövlət proqramlarının, fərman və sərəncamların və digər rəsmi sənədlərin qəbul edilməsi, onlardan irəli gələn tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə Ulu Öndər Heydər Əliyevin imzaladığı 12 mart 1999-cu il tarixli Fərmana əsasən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr, 1998) qüvvəyə minmişdir.

Ulu Öndərin işinin və ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında tamamilə yeni bir mərhələnin əsasını qoymuş bir sıra fərman və sərəncamlar imzalamışdır: 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 27 dekabr 2004-cü il tarixli “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, 24 avqust 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamlar və s.

Qeyd edək ki, rəsmi sənədlər toplusunun 4-cü təkmilləşdirilmiş nəşrində kitabxana işinə və əlaqədar sahələrə dair rəsmi sənədlər - qanunlar, Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, Mədəniyyət Nazirliyinin əmrləri öz əksini tapmışdır.

Kitab iləhttps://anl.az/down/nesrler2026/04/Kit.isi.dair.senedler2026.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

https://www.millikitabxana.az/news/milli-kitabxana-terefinden-hazirlanmish-kitabxana-ishine-dair-resmi-senedler-qanun-ve-qanun-quvveli-normativ-huquqi-senedler-toplusu-adli-kitab-ishiq-uzu-gorub

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı...
24/04/2026

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı olub

24 aprel tarixində Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon və Kolumbiyanın Azərbaycandakı konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Azərbaycan Milli Kitabxanasının qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirərək, Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 65 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında memorandum imzaladığını, 90-dan artıq ölkə ilə kitab mübadiləsi apardığını, Kolumbiya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2023-cü ildə imzalandığını bildirib.

Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında milli Ədəbiyyat bölmələrinin açılmasının vacibliyi məsələsini xüsusi vurğulayaraq bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab sərgisi zamanı Azərbaycan Milli Kitabxanasında Kolumbiya ədəbiyyatı guşəsinin təşkilini məqsədəmüvafiq hesab edib.

Səfir Nelsi Rakel Munar Xaramiyon səmimi qəbula görə təşəkkür edərək Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirərək gələn ilin aprelində Kolumbiya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılmasına lazımi dəstək verəcəyini söyləmişdir.

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.

Direktor prof. Kərim Tahirov qonağa “İrs” nəşriyyat evinin çap etdiyi “Tükənməz xəzinə” kitabını və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və Azərbaycanın xəritəsini hədiyyə edib.

Sonda xatirə şəkli çəkilib.

Məktəblilərin dünyagörüşünü artırmaq, onların kitaba, mütaliəyə marağını formalaşdırmaq  məqsədilə 16 aprel tarixində İd...
24/04/2026

Məktəblilərin dünyagörüşünü artırmaq, onların kitaba, mütaliəyə marağını formalaşdırmaq məqsədilə 16 aprel tarixində İdrak Liseyinin 3-cü sinif şagirdlərinin Milli Kitabxanaya ekskursiyası təşkil edilib.

Aprelin 23-də Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin tələbələri kollecin tədris hissə müdiri H...
23/04/2026

Aprelin 23-də Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin tələbələri kollecin tədris hissə müdiri Hilalə İbadovanın rəhbərliyi ilə Milli Kitabxanada ekskursiyada olublar.

Tələbələr Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən ədəbiyyatın, fotoşəkillərin, eləcə də şəxsi kolleksiyasından hədiyyə etdiyi kitabların nümayiş olunduğu Heydər Əliyev guşəsini ziyarət ediblər.

Ekskursiya çərçivəsində tələbələr kitabxananın Sərgi zalında nümayiş olunan “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür” mövzusunda ənənəvi və virtual sərgi ilə tanış olub, onlara bu günün tarixi və əhəmiyyəti haqqında geniş məlumat verilib.

Tələbələr kitabxananın fəaliyyəti ilə yaxından tanış olub, onlara kitabxanadan istifadə qaydaları izah olunub, eyni zamanda istifadəçilər üçün təqdim edilən xidmətlər, mütaliə zalları, nadir kitablar və kitabxana muzeyində qorunan kitablar, elektron kitabxana, elektron kataloq nümayiş etdirilib.

22 aprel tarixində Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən “Atamnın amanatı-atalar əhdi" İctimai Birliyinin...
23/04/2026

22 aprel tarixində Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən “Atamnın amanatı-atalar əhdi" İctimai Birliyinin nümayəndəsi Aliyə Sagimbayeva Milli Kitabxananın qonağı olub.

Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb. Qazaxıstan Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edən direktor kitabxanalar arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmasından, "Ədəbiyyat guşə"lərinin açılışından söhbət açıb.

“Atamnın amanatı-atalar əhdi" İctimai Birliyinin nümayəndəsi Aliyə Sagimbayeva “Хикметы” Часть I: 1-85 хикметы, Приключения Бату и его друзей в поисках Золотой чаши, Приключения Бату и его друзей в звездной стране Айдала, Приключения Бату и его друзей в стране Барсакелмес adlı kitabları Milli Kitabxananın fonduna bağışlamışdır.

https://www.millikitabxana.az/news/atamnin-amanati-atalar-ehdi

Aprelin 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri Milli ...
23/04/2026

Aprelin 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb, bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün təsis olunması barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib, 1996-cı ildən etibarən bu əlamətdar gün bütün dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur.

Professor ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini, Azərbaycan Respublikasının Konstitusiyasında müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqlarının təsbit olunduğunu diqqətə çatdırıb.

Direktor Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında əsas məqsədin kitabların keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü rolu oynamasını bir daha ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb, kitab və mütaliənin insanın şəxsiyyət kimi formalaşmasında, mənəvi dünyasının zənginləşməsində, təfəkkür və idrak bacarıqlarının inkişafında mühüm rol oynadığını söyləyib.

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Təranə Əliyeva çıxışında bu günün əsas mesajının sadəcə kitabları sevmək yox, həm də onları qorumaq, müəlliflərin əməyinə hörmət etmək və oxuma mədəniyyətini gələcək nəsillərə ötürmək olduğunu söyləyib, Hüquq və İnsan Haqları İnstitutunun nəşrlərini iştirakçılara təqdim edib və tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür” mövzusunda ənənəvi və virtual sərgi (https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm) iştirakçılara təqdim olunub.

Sonda Hüquq və İnsan Haqları İnstitutunun nəşrləri iştirakçılara hədiyyə edilib.

https://www.millikitabxana.az/news/umumdunya-kitab-ve-muelliflik-huququ-gunu-2026

23/04/2026

Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”

Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müza...
22/04/2026

Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib

22 aprel 2026-cı il tarixində Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayıb, akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən, Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında tutduğu mühüm yerdən danışıb, müzakirə və təqdimatı keçirilən kitabın Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edildiyini diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının "ana kitabı" və milli kimlik rəmzi kimi dəyərləndirərək, onun öyrənilməsi və təbliğinə böyük önəm verdiyini vurğulayan direktor kitabın 1991-ci ildə ilk dəfə Bakıda, 1994-cü ildə Türkiyənin Bursa va İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəșr edildiyini, 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşrinin “Sirriçində dastan va yaxud gizli Dədə Qorqud-2” adı ilə, 2009-cu ildə isə yenidən işlənmiş və təkmilləşdirilmiş nəșrinin rus dilində çap olunduğunu, yeni bölmələrin əlavə olunduğu “Mifdən Yazıya va yaxud Gizli Dədə Qorqud” adlı tədqiqatın yenə də 2009-cu ildə Bakıda işıq üzü gördüyünü vurğulayaraq hazırda təqdim edilən kitabın bütün əvvəlki nəşrlərin labüd ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr, əlavələrlə təkmilləşdirildiyini, əsər vasitəsilə oxucunun “Kitabi-Dədə Qorqud” mətninin dərin və gizli qatlarına nüfuz etmək, bu qatlardakı mənaların aşkar qata təsir və əlaqəsini müşahidə etmək imkanına malik olduğunu diqqətə çatdırıb.

Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim, böyük yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, Dədə Qorqud aliliyinə veriləcəyini bildirib.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparmış akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi dövlət mükafatına tam layiq olduğunu bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdıraraq akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının Dövlət mükafatına təqdim olunmasını alqışladığını diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Kamal Abdullanı unikal və ensiklopedik zəkaya malik alim və yazıçı adlandırıb, onun “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabından qaynaqlanan həm bədii, həm də elmi yaradıcılığı haqqında danışıb.

Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayıldığını söyləyib, təqdim edilən əsərin dövlət mükafatına tamamilə layiq olduğunu vurğulayıb.

Xalq şairi Vahid Əziz Kamal Abdullanın yaradıcılığında Azərbaycan ədəbi varlığının mükəmməl təhlil edildiyini, bu fundamental tədqiqatın müxtəlif rakurslardan öyrənilməsinin vacibliyini bildirib, kitabın Dövlət mükafatına tamamilə layiq olduğunu xüsusilə qeyd edib.

Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş", "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı", "Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb. Natiq alim və yazıçının əsərləri ilə Dədə Qorqudun fəlsəfəsini açdığını, Azərbaycan və yunan mifologiyalarını müqayisəli tədqiq və təhlil etdiyini, aparılan müqayisələrin oğuzların ana kitabının dünya mədəniyyət inciləri sırasında necə bir mötəbər yer tutduğunu ortaya qoyduğunu qeyd edib və kitabın Dövlət mükafatına layiq olduğunu söyləyib.

Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid, ADPU-nin Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, ADPU-nin professoru Təyyar Cavadov, ADPU Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri prof. Elman Quliyev, ADU-nin prorektoru prof. Həmidə Əliyeva akademik Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi çoxsaylı sanballı əsərləri haqqında, həmçinin müzakirə və təqdimatı keçirilən kitabın orijinallığı barədə danışaraq həmin əsərin Dövlət mükafatı almağa ən layiqli əsər olduğunu bildiriblər.
https://www.millikitabxana.az/news/gizli-dede-qorqud-yeni-menalar-axtarishinda

Address

Xaqani Küçəsi 57
Baku
AZ1000

Opening Hours

Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+994124934003

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli Kitabxanası:

Share