Jest dili

Jest dili "Sosial layihələr" müsabiqəsi çərçivəsində "Doğma jest dili" layihəsi

Texnologiya artıq sadəcə rahatlıq deyil , ünsiyyətin sərhədlərini genişləndirən gücdür Jest dili də bu inkişafdan geri q...
03/04/2026

Texnologiya artıq sadəcə rahatlıq deyil , ünsiyyətin sərhədlərini genişləndirən gücdür Jest dili də bu inkişafdan geri qalmır.

Jest dilində tam dolğun məna yalnız əl hərəkətləri ilə deyil, həm də spesifik üz mimikaları ilə formalaşır. Mimika bu di...
23/03/2026

Jest dilində tam dolğun məna yalnız əl hərəkətləri ilə deyil, həm də spesifik üz mimikaları ilə formalaşır. Mimika bu dildə qrammatik modulyasiya funksiyasını yerinə yetirərək, eyni jestə fərqli məna çalarları qazandırır. Jest dili sahəsində daha çox məlumat əldə etmək üçün səhifəmizi izləməyə davam edin.

Baharın gəlişi münasibətilə hər birinizi təbrik edir, bu əziz bayramda hamıya cansağlığı və rifah diləyirik. Novruzun bə...
20/03/2026

Baharın gəlişi münasibətilə hər birinizi təbrik edir, bu əziz bayramda hamıya cansağlığı və rifah diləyirik. Novruzun bərəkəti süfrənizdən, sevinci isə evinizdən əskik olmasın!

Bir işarə bir dünyanı dəyişə bilər.İnklüziv cəmiyyət hər kəsin səsinin eşidildiyi, hər kəsin bərabər imkanlara sahib old...
16/03/2026

Bir işarə bir dünyanı dəyişə bilər.
İnklüziv cəmiyyət hər kəsin səsinin eşidildiyi, hər kəsin bərabər imkanlara sahib olduğu bir gələcək deməkdir.
Gəlin birlikdə daha əlçatan, daha anlayışlı və daha inklüziv bir cəmiyyət qurmaq üçün addımlayaq!

Daktil əlifbasını qısa müddətdə öyrənməklə fikirlərinizi hərflərlə ifadə etmək mümkündür. Kiçik addımlarla böyük maneələ...
14/03/2026

Daktil əlifbasını qısa müddətdə öyrənməklə fikirlərinizi hərflərlə ifadə etmək mümkündür. Kiçik addımlarla böyük maneələri aşmaq olar. İzləmədə qalın, birlikdə öyrənək və ünsiyyətə yeni qapılar açaq.

Dünyada milyonlarla insanın ünsiyyət vasitəsi olan jest dili haqqında nələri bilirik? Bu dil sadəcə hərəkətlər toplusu d...
13/03/2026

Dünyada milyonlarla insanın ünsiyyət vasitəsi olan jest dili haqqında nələri bilirik? Bu dil sadəcə hərəkətlər toplusu deyil, öz qrammatikası və tarixi olan zəngin bir dildir. Gəlin bu sirli və maraqlı dilin mənşəyinə birlikdə nəzər salaq.
Jest dili ilə bağlı ən maraqlı məlumatlar və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın!

Azərbaycan işarə dilini rəsmi olaraq tanıdı və inklüziv cəmiyyətə doğru mühüm addım atdı.23 sentyabr 2021-ci ildə, Beynə...
26/04/2025

Azərbaycan işarə dilini rəsmi olaraq tanıdı və inklüziv cəmiyyətə doğru mühüm addım atdı.

23 sentyabr 2021-ci ildə, Beynəlxalq İşarə Dilləri Günü münasibətilə, Azərbaycanın ilk onlayn işarə dili lüğəti — jestdili.az təqdim olundu.

Layihə Kamran Abbasovun rəhbərliyi ilə «Karların Dəstəyi» İctimai Birliyi tərəfindən, Heydər Əliyev Fondu, «Regional İnkişaf» İctimai Birliyi və Nar mobil operatorunun dəstəyi ilə həyata keçirilib.

Lüğətin hazırlanmasında Təhsil Nazirliyi, Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində DOST Agentliyinin mütəxəssisləri iştirak ediblər.
Lüğətdə 3000-ə yaxın söz foto və video formatda azərbaycan dilində təqdim olunub.

25 aprel 2025-ci ildə Azərbaycan işarə dili qanunvericilik səviyyəsində rəsmi olaraq tanındı.
Bundan sonra dövlət büdcəsi ilə maliyyələşən və ictimai yayım statusu olan televiziya kanalları xəbərləri işarə dili tərcüməsi ilə təqdim etməyə borcludur.

Bu addımlar Azərbaycan Respublikasının 2009-cu ildə qoşulduğu BMT-nin Əlillərin Hüquqları üzrə Konvensiyasına uyğun olaraq atılır.

Bu gün Azərbaycan, hər kəsin səsinin eşidildiyi real imkanlar cəmiyyəti qurur.

Prezident İlham Əliyev eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsm...
25/04/2025

Prezident İlham Əliyev eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanınmasını nəzərdə tutan Qanunu təsdiq edib.

ℹ️ https://president.az/az/articles/view/68655

Azərbaycanda işarə dili öyrənmək üçün ilk mobil tətbiq istifadəyə verilir“Karlar Dəstək” İctimai Birliyi, "Nar", ADA Uni...
16/02/2025

Azərbaycanda işarə dili öyrənmək üçün ilk mobil tətbiq istifadəyə verilir

“Karlar Dəstək” İctimai Birliyi, "Nar", ADA Universiteti, BP və digər tərəfdaşların dəstəyi ilə ölkənin ilk işarə dili öyrənmə mobil tətbiqini təqdim etməyə hazırlaşır.

Bu layihə eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətlə ünsiyyətini asanlaşdırmaq üçün əlçatan bir təhsil platforması yaratmağı hədəfləyir.

Bundan əvvəl “Karlar Dəstək” İctimai Birliyi Azərbaycanın ilk işarə dili lüğət saytı — jestdili.az-ı yaratmışdır. Bu layihə "Regional İnkişaf" İctimai Birliyi və "Nar" şirkətinin dəstəyi ilə həyata keçirilmişdir. İndi isə birlik işarə dilini öyrənmək üçün müasir və rahat imkanlar təqdim edən mobil tətbiqin istifadəyə verilməsinə hazırlaşır.

Yeni tətbiq hansı imkanları təklif edəcək?

İnteraktiv dərslər – mövzu seçimi və əlifbanın öyrənilməsi

İşarə dili lüğəti – sözlərin işarə ekvivalentini asanlıqla tapmaq imkanı

Fərdi öyrənmə imkanı – sevimli sözlərin yadda saxlanması, profil yaradılması və öyrənmə prosesinin izlənilməsi

Müasir texnologiyalar – videonun sürətini tənzimləmə, kameradan istifadə edərək jestləri təkrarlama və irəliləyişin qiymətləndirilməsi

Bu layihə inklyuziv mühitin inkişafına və eşitmə məhdudiyyətli insanların imkanlarının genişləndirilməsinə böyük töhfə verəcəkdir. Tətbiq tamamilə pulsuz olacaq və hər kəsin işarə dilini rahat və sərbəst öyrənməsinə imkan yaradacaq.

01/10/2024
19.09.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov, "Ka...
20/09/2024

19.09.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov, "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri Cəmilə Abdulova ilə görüş keçirilib. Görüşdə jest dilinin inkişaf perspektivləri və eşitmə məhdudiyyəti olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələləri müzakirə olunub.

Xüsusi diqqət jest dilinin tanınmasının və onun eşitmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasında rolunun vacibliyinə yönəldilib. Təhsil, məşğulluq və dövlət xidmətlərinə çıxışın yaxşılaşdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.

Cəmilə Abdulova və Kamran Abasov jest dilinin rəsmi dil kimi tanınmasına və eşitmə məhdudiyyəti olan şəxslərin imkanlarının genişləndirilməsinə yönəlmiş qanunvericilik təşəbbüslərinin hazırlanmasının zəruriliyini vurğulayıblar. Tərəflər reabilitasiya sisteminin və uyğunlaşma vasitələrinin yaxşılaşdırılması yollarını da müzakirə ediblər ki, bu da eşitmə məhdudiyyəti olan şəxslərin cəmiyyət həyatında daha dolğun iştirakına imkan verəcək.

Görüşün nəticəsində jest dilinin təşviqi və Azərbaycanda eşitmə məhdudiyyəti olan şəxslərə sosial dəstəklə bağlı əlavə proqramların hazırlanması istiqamətində səylərin gücləndirilməsi qərara alınıb.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Jest dili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jest dili:

Share

Category