Əlilliyi olan şəxslərə sosial dəstək İB

Əlilliyi olan şəxslərə sosial dəstək İB Əlilliyi olan şəxslərə sosial dəstək İB-nin məqsədi əlilliyi olan şəxslərin cəmiyyət

Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Əlillər Təşkilatı 1989-cu ildən fəaliyyət göstərir. 22.11.1995-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 773 nömrə ilə qeydiyyata alınmışdır. 17.12.2019-cu il tarixdən İctimai Birlik statusundadır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının ərazisidir. Fəaliyyətinin əsas məqsədi əlilliyi olan şəxslərə sosial dəstək etmək və cəmiyyətə

inteqrasiyasından ibarətdir. 2021-ci ildən Əlilliyi olan şəxslərə sosial dəstək İB adı ilə fəaliyyət göstərir.

04/09/2026
31/08/2026

“Lənkəran rəngləri” – unudulmaz bir gün!

13 avqust 2026-cı il tarixində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin üzvləri üçün şəhər gəzintisi tə...
13/08/2026

13 avqust 2026-cı il tarixində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin üzvləri üçün şəhər gəzintisi təşkil edilmişdir.
Gəzinti zamanı üzvlər əvvəlcə Bakı Funikulyoru ilə tanış olmuş, funikulyorla Dənizkənarı Milli Park ərazisinə enərək Bakı bulvarında gəzintiyə çıxmışlar.
Daha sonra bulvar boyunca Park Bulvara qədər piyada gəzinti təşkil edilmişdir. Üzvlər şəhərin gözəl mənzərələrini seyr etmiş, xoş və səmimi vaxt keçirmişlər.
Gəzintinin sonunda iştirakçılar Park Bulvar ərazisində olmuş və şəhər gəzintisini burada tamamlamışlar.
Bu cür sosial və mədəni tədbirlər əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkilinə, sosial fəallıqlarının artırılmasına, ünsiyyət imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.

ŞəhərGəzintisi

13/08/2026
Azərbaycanın müxtəlif istiqamətlərdə formalaşdırdığı enerji bağlantıları regionda enerji təhlükəsizliyinin möhkəmləndiri...
13/08/2026

Azərbaycanın müxtəlif istiqamətlərdə formalaşdırdığı enerji bağlantıları regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yeni marşrutların yaradılması alternativ enerji mənbələri və təchizat imkanlarının genişlənməsinə şərait yarada bilər.

31/07/2026

Azərbaycan və Qırğızıstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təkcə siyasi və iqtisadi sahələr üçün deyil, sosial və humanitar əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıyır.
Xüsusilə təhsil, humanitar layihələr və sosial təşəbbüslər xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirir. Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına məktəbin inşası bunun ən gözəl nümunələrindən biridir. Bu layihə qardaşlığın, həmrəyliyin və gələcək nəsillərə qoyulan dəyərli mirasın rəmzidir.
İqtisadi əməkdaşlığın genişlənməsi, Azərbaycan–Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının artırılması, Orta Dəhliz üzrə əməkdaşlıq, enerji, logistika və investisiya sahələrində yeni imkanların yaradılması hər iki ölkənin dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Biz inanırıq ki, Türk dünyasının birliyi yalnız iqtisadi və siyasi əlaqələrlə deyil, həm də insan amilinə, təhsilə, inklüzivliyə və sosial həmrəyliyə verilən dəyərlə daha da güclənəcək.
"Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi olaraq Azərbaycan–Qırğızıstan dostluğunun, humanitar əməkdaşlığın və ortaq dəyərlər əsasında qurulan layihələrin cəmiyyətlərimizi daha da yaxınlaşdıracağına inanırıq. Birlikdə daha inklüziv, daha güclü və daha həmrəy Türk dünyası naminə əməkdaşlığın inkişafını dəstəkləyirik. 🇦🇿❤️🇰🇬

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Əlilliyi olan şəxslərə sosial dəstək İB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share