Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi Facebook səhifəsi

📌Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 31 avqust saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək....
26/08/2026

📌Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 31 avqust saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə 28.08.2026-cı il tarixədək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.


➡️🔗Ətraflı:https://migration.gov.az/az/news_detail/16884

26/08/2026
25/08/2026

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub❓️

18 Avqust – Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günüdür.Bu münasibətlə Sərh...
18/08/2026

18 Avqust – Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Bu münasibətlə Sərhəd Qoşunları əməkdaşlarını təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!

17/08/2026

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub❓️

📌Dövlət Miqrasiya Xidmətinin məlumatı ‼️Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikas...
04/08/2026

📌Dövlət Miqrasiya Xidmətinin məlumatı

‼️Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur.

📄Qeyd edək ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

📢Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır.

📄Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması məqsədilə onu qəbul edən tərəf həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müvafiq ərizə-anketi və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Sənədlər
1️⃣ Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsində “Əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması” elektron xidmətindən istifadə edərərək;
2️⃣[email protected] elektron poçt ünvanına göndərilməklə elektron qaydada;
3️⃣Fiziki olaraq regional miqrasiya baş idarə və idarələrinə;
4️⃣“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən miqrasiya xidmətləri işçi pəncərələrinə
təqdim edilə bilər.

✅️“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması” elektron xidməti “mygov” rəqəmsal hökumət platforması vasitəsilə də istifadəçilərə təqdim edilir.
Qeyd edək ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda göstərilmiş qaydada müraciət edə bilərlər.

✅️Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

❗️Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsasdır.

ℹ️Əlavə məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (Facebook, Instagram), eləcə də İctimaiyyətlə əlaqələr idarəsinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

📌Bosniya və Herseqovina və Sinqapur Respublikası vətəndaşlarına vizasız rejimin tətbiq edilməsi barədə Dövlət Miqrasiya ...
01/08/2026

📌Bosniya və Herseqovina və Sinqapur Respublikası vətəndaşlarına vizasız rejimin tətbiq edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin məlumatı

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilmişdir.

Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] maili vasitəsilə müraciət edə bilərsiniz.


➡️🔗Ətraflı:https://migration.gov.az/az/news_detail/16880

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Address

202 Binagadi Highway, 3123 Block, Binagadi District
Baku
AZ1114

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti:

Shortcuts

Share