Azərbaycan Xalq Cəbhəsi Hərəkatı 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cumhuriyyətindən sonra Azərbaycan xalqının ilk təşkilatlanmış azadlıq hərəkatı idi. SSRİ-nin davam etməkdə olan anti Azərbaycan fəaliyyəti və Qarabağın bütövlüyünün təhlükə altına alınması Azərbaycanın mütərəqqi ziyalılarını bu hərəkatda birləşdirdi. İlk dəfə olaraq müstəqil təşkilatlanma yarandı. Azərbaycan Xalq Cəbhəsi hərəka
tı Azərbaycanda demokratik hərəkatı yenidən dirçəltdi. AXC 1989-cu ilin əvvəllərində əsasəsən Elmlər Akademiyasının və yaradıcı ziyalıların nümayədələrindən ibarət demokratik və vətənpərvər ruhlu bir neçə müstəqil intellektual qrupun birləşməsindən yarandı. 16 iyul 1989-cu ildə yarıleqal vəziyyətdə olan AXC öz təsis konfransını keçirdi və proqramını qəbul etdi. Bu proqram Azərbaycan Xalq Cumhuriyyətinin “İstiqlal bəyannaməsi”ndən sonra ilk ümümmilli demokratik sənəd idi. Təşkilatın liderliyini demokratik hərəkat uğrunda mübariz Əbülfəz Elçibəy öz üzərinə götürdü. İki ay ərzində AXC ümummilli hərəkata çevrildi. Kremlin diktatura mövqelərini sarsıdacaq bu hərəkatın yaradılması Azərbaycan Respublikasının müstəqilliyə yolunu açdı. 1990-cı ildə Bakıya yeridilmiş Sovet qoşunları da bu hərəkatı boğa bilmədi. Yarım ildən sonra gücünü tam bərpa etmiş AXC 1990-cı il sentyabrın 2-nə təyin olunmuş ilk parlament seçkilərində Kommunit partiyası ilə mübarizə apardı. O zaman xalqin AXC-ye ciddi destek vermesinə baxmayaraq demokratik qüvvələrə parlamentdə yalniz 10% yer tutmağa imkan verildi. Məhz bu demokratik qüvvələrin təzyiqi altında parlament 1991-ci ilin oktyabrın 18-də “Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı” qəbul etdi. Dövlət müstəqilliyimiz bərpa olundu. AXC 1992-ci ilin iyun ayının 7-də keçirilmiş ilk demokratik seçkidə qalib gələrək siyasi hakimiyyətə gəldi.Hakimiyyətdə oldugu 1 il ərzində AXC çox ciddi siyasi,iqtisadi,hüquqi islahatlara başladı .Azərbaycanda çoxpartiyalılığın əsası qoyuldu.. 1995-ci il sentyabrın 1-də AXC bazasında AXCP partiyası yarandı. Azərbaycan Xalq Cəbhəsinin üzvləri bugün də demokratikləşmə uğrunda mübarizə aparırlar. AXC yarandığı gündən onun fəaliyyətində gənclər mühüm rol oynamışdır.Təsadüfi deyil ki,AXC-nin rəhbərliyi ilə baş vermiş Milli Azadlıq Hərakatında ölkə gəncliyi,xüsusilə tələbələr müstəsna rola malik olumuşdur.AXC hərakatı dövründə gənclər qolu kimi fəaliyyət göstərmiş və 1995-ci ilin sentyabrından(AXC partiyaya çevrildikdən sonra) Azərabycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi(GK) kimi fəaliyyətə başlamışdır.Partiyanın müxtəlif fəaliyyət sahələrində gənclər mühüm vəzifələrə malikdir və bu vəzifəni AXCP GK –si həyata keçirdir.Cəbhəçi gənclər ölkənin demokratikləşməsi uğrunda mübarizədə fəal iştirak etmiş və onlarla üzvü təzyiqlərə,həbslərə məruz qalmışdır.Ağır şərtlərə və represiyalara rəğmən GK-si öz işini uğurla davam etdirir və fəaliyyətini reallıqlara uyğun uzlaşdırır. AXCP GK-nin əsas fəaliyyət istiqamətləri:
AXCP-nin ölkədə köklü islahatlar-dəyişikliklər uğrunda apardığı mübarizənin gənclər tərəfindən müdafiə olunmasına,daha çox gəncin bu mübarizəyə qoşulmasına nail olmaq
Gənclər arasında siyasi-ideolji iş aparmaq,onların siyasi səviyyəsinin və fəallığının yüksəldilməsi yönündə ardıcıl tədbirlər hazırlayb həyata keçirmək
Ölkədə və dünyada mövcud olan gənclər qurumları ilə əməkdaşlıq etmək
Öz işini elmi əsaslar üzərində qurmaq və bu məqsədlə elmi-nəzəri konfranslar,seminarlar,forumlar,disputlar təşkil etmək,gənclərin problemləri ilə bağlı müzakirələr açmaq və uyğun təkliflərlə çıxış etmək
AXCP GK AXCP sədr aparatının tərkib hissəsidir və öz fəaliyyətini AXCP GK-nin Əsasnaməsinə uyğun həyata keçirdir.