Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

“Mənə elə gəlir ki, Çində tələbə olmaq çox gözəl hissdir. Orada təhlükəsiz, əyləncəli və maraqlı fəaliyyətlərlə dolu təl...
21/08/2026

“Mənə elə gəlir ki, Çində tələbə olmaq çox gözəl hissdir. Orada təhlükəsiz, əyləncəli və maraqlı fəaliyyətlərlə dolu tələbə həyatı yaşamaq mümkündür” – HTP çərçivəsində təqaüd qazanan Aytac Səfərli

https://azertag.az/xeber/htp_qalibi_chin_diline_maragim_meni_yeniden_sanxaya_aparir-4376441

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026–2027-ci tədris ilindən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında Çində təhsil alacaq gənclərdən biri də...

Agentliyin direktoru vətəndaşları qəbul edibAvqustun 20-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Sə...
21/08/2026

Agentliyin direktoru vətəndaşları qəbul edib

Avqustun 20-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib. Qəbul zamanı tələbələrin yerdəyişməsi, işlə təmin olunma və digər mövzularla bağlı vətəndaş müraciətləri dinlənilib.

Müraciətlər, o cümlədən şikayət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib, bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!
17/08/2026

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!

📢 Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!

❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.
▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.

15/08/2026

“Məqsədim Çində əldə edəcəyim bilik və təcrübəni Azərbaycanda tətbiq edərək daha təhlükəsiz rəqəmsal sistemlərin qurulma...
13/08/2026

“Məqsədim Çində əldə edəcəyim bilik və təcrübəni Azərbaycanda tətbiq edərək daha təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına töhfə verməkdir” – HTP çərçivəsində təqaüd qazanan Rəvan Mehralıyev

https://azertag.az/xeber/htp_cherchivesinde_chinde_tehsil_alacaq_telebe_azerbaycana_mutexessis_kimi_qayitmagi_planlasdiriram-4359969

Bu il ADA Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavriat təhsilini ümumi orta müvəffəqiyyət göstəricisi 90 bal olmaqla başa vuran Rəvan Mehralıyev Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çinin Çjetszyan Universitetində kiberməkan təhl...

Çində HTP çərçivəsində təhsil almaq imkanı qazanan Rəvan Əlizadə: “Fərqli sosial və mədəni mühitdə psixologiyanı öyrənmə...
12/08/2026

Çində HTP çərçivəsində təhsil almaq imkanı qazanan Rəvan Əlizadə: “Fərqli sosial və mədəni mühitdə psixologiyanı öyrənmək mənə insan davranışına daha geniş və beynəlxalq baxış bucağından yanaşmağa imkan verəcək”.

https://azertag.az/xeber/chinde_tehsil_alacaq_bdu_mezunu_bu_teqaud_menim_uchun_sadece_tehsil_imkani_deyil-4359025

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çinin nüfuzlu ali təhsil müəssisələri...

Şəhid və qazi övladları üçün Pakistanda təqaüdlə təhsil imkanıPakistan İslam Respublikasının İqra Universiteti tərəfində...
12/08/2026

Şəhid və qazi övladları üçün Pakistanda təqaüdlə təhsil imkanı

Pakistan İslam Respublikasının İqra Universiteti tərəfindən 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının şəhid və qazi övladları üçün “İlyas Hüseynov adına Qəhrəmanların Övladları üçün Təqaüd Proqramı” elan edilir.

Təqaüd proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrində kompüter elmləri, proqram mühəndisliyi, süni intellekt, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, ingilis dili, media, səhiyyə elmləri, əczaçılıq, moda və dizayn istiqamətləri üzrə təhsil almaq imkanı yaradılır.

Təqaüd proqramına müraciət üçün son tarix 31 avqust 2026-cı il müəyyən edilib.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz:
https://htp.edu.az/uploads/fileuploads/2026/08/55c045a666264724916d7d8e4e617d13.pdf

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.
11/08/2026

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil alacaq2026/2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çər...
07/08/2026

7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil alacaq

2026/2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Rumıniyanın ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin yekun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, 7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil almaq hüququ qazanıb. Qəbul olunan namizədlərdən 2 nəfər bakalavriat, 4 nəfər magistratura, 1 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.

Təqaüdçülər mexanika mühəndisliyi, sənaye mühəndisliyi, neft və qaz mədənləri mühəndisliyi, elektrik mühəndisliyi, jurnalistika və kommunikasiya elmləri, eləcə də biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alacaqlar.

Seçilmiş namizədlər University of Bucharest, National University of Science and Technology Politehnica Bucharest, “Gheorghe Asachi” Technical University of Iași və University of Petroșani kimi ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.

Təqaüd proqramının şərtlərinə əsasən, tələbələr bir il müddətində ödənişsiz rumın dili hazırlığı keçəcəklər. Onların təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüdü və tibbi sığorta xərcləri Rumıniya tərəfi, beynəlxalq nəqliyyat xərcləri isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə müraciətlərin qəbuluna 13 fevral 2026-cı il tarixində başlanılıb.

Address

45, Ashig Ali Küçəsi Street
Baku
AZ1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125991155

Alerts

Be the first to know and let us send you an email when Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi:

Shortcuts

Share