Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqrar Tədarük və Təchizat, Government Building, 1/3, Ahmad Radjabli, Baku.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanına əsasən yaradılmışdır. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsu

s rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.

25/08/2026

📢 Hörmətli fermerlər, satıcılar və istehsalçılar,
2027-ci il üçün ərzaq məhsulları təkliflərinin yerləşdirilməsinə son 7 gün qaldı!

Siz də satmaq istədiyiniz ərzaq məhsullarınızı tedaruk.az portalında qeydiyyatdan keçirərək təklifinizi yerləşdirin və dövlət satınalan təşkilatlarına satış fürsətindən yararlanın.

20/08/2026

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC olaraq, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində İsmayıllıda yerləşən “Kandora” təsərrüfatının açılışını həyata keçirdik.

Layihə çərçivəsində təsərrüfatın göl kənarında kamp zonası yaradılıb, konteyner və çadır yerləşdirilib, ocaq zonası qurulub.

“Kandora”da təbiətlə iç-içə istirahət sizi gözləyir!

Əziz istehsalçı, satıcı və fermerlər! Əgər siz də kənd təsərrüfatı məhsulu istehsal edir və satış zəncirində yer almaq, ...
18/08/2026

Əziz istehsalçı, satıcı və fermerlər!

Əgər siz də kənd təsərrüfatı məhsulu istehsal edir və satış zəncirində yer almaq, satış prosesində iştirak etmək istəyirsinizsə bu platformada sizə də yer var. Elə indi qeydiyyatdan keçərək dövlət satınalan təşkilatlarının 2027-ci il üzrə tələbatına uyğun məhsul təkliflərini yerləşdirə bilərsiz.

Qeyd edək ki, portala giriş ASAN LOGIN üzərindən ASAN İmza vasitəsilə həyata keçirilir. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.

12/08/2026

✅ Tedaruk.az elektron portalının üstünlükləri nələrdir?
✅ Portal hansı imkanları təqdim edir?
Ətraflı məlumatı videomuzdan izləyək!

11/08/2026

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Qax rayonunun Zəyəm kəndində yerləşən “Turangöl” təsərrüfatında fermerlər üçün “Aqroturizmə hazırlıq” mövzusunda nəzəri-praktik təlim keçirilib.

Təlimdə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarından 31 təsərrüfat sahibi iştirak edib. Təlimin əsas məqsədi aqroturizm fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən təsərrüfat sahiblərinin bilik və bacarıqlarının artırılması, eləcə də nəzəri biliklərin praktik təcrübə ilə möhkəmləndirilməsi olub.

Təlim çərçivəsində iştirakçılara aqroturizm təsərrüfatının təşkili, turistlərin qarşılanması və xidmətlərin düzgün qurulması ilə bağlı praktiki məlumatlar təqdim edilib.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə aqroturizmin inkişafı məqsədilə həyata keçirilən sosial layihədir.

✅ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Telegram kanalına qoşulun: https://t.me/agro_gov_az✅ Aq...
08/08/2026

✅ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Telegram kanalına qoşulun: https://t.me/agro_gov_az
✅ Aqrar sahədə ən son yenilikləri ilk siz öyrənin!

06/08/2026

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalının funksiyası nədir və onun istifadəsi kimlər üçün nəzərdə tutulub?

Ətraflı izahı videomuzda birlikdə izləyək.

2027-ci il üçün təkliflərin yerləşdirilməsi qeydiyyatı başladı! Avqustun 1-dən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfat...
01/08/2026

2027-ci il üçün təkliflərin yerləşdirilməsi qeydiyyatı başladı!

Avqustun 1-dən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq istəyən fermerlər, istehsalçılar və satıcılar “tedaruk.az” portalında qeydiyyatdan keçərək dövlət satınalan təşkilatlarının 2027-ci il üzrə tələbatına uyğun məhsul təkliflərini yerləşdirə bilərlər.

Portala giriş ASAN LOGIN üzərindən ASAN İmza vasitəsilə həyata keçirilir. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.

Qeyd olunan tarixədək tələb olunan sənədləri sistemə düzgün şəkildə daxil etməyən, təkliflərini yerləşdirməyən satıcı və istehsalçılar 2027-ci ildə dövlət müəssisələrinə ərzaq məhsullarının satınalınması prosesində iştirak edə bilməyəcəklər.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkli...
30/07/2026

Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq.
DAHA ƏTRAFLI:https://www.att.gov.az/az/updates/news/403

Address

1/3, Ahmad Radjabli
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Aqrar Tədarük və Təchizat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqrar Tədarük və Təchizat:

Shortcuts

Share