Regional Su Meliorasiya Xidməti

Regional Su Meliorasiya Xidməti Regional Su Meliorasiya - Rəsmi Facebook səhifəsi

04/09/2026
04/09/2026

📹 Xırdalanın kanalizasiya infrastrukturu yenilənir

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) konsaltinq şirkətlərinin və yerli qeyri-hökumət təşkilatlarının nü...
02/09/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) konsaltinq şirkətlərinin və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə su təchizatı və tullantı suları sahəsində həyata keçirilən yeniliklər, rəqəmsal xidmətlər və vətəndaş yönümlü təşəbbüslərə həsr olunmuş seminar keçirilib.

Tədbirdə ADSEA və tabeli qurumların nümayəndələri, müstəqil ekspertlər, konsaltinq şirkətləri və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd su xidmətləri sahəsində tətbiq olunan müasir rəqəmsal həllər, elektron xidmətlər və vətəndaşların xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı rəqəmsal siması “Aysu” barədə məlumat verilib. “Aysu”nun vətəndaşların su xidmətləri ilə bağlı məlumat əldə etməsinə və rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsinə yaratdığı imkanlar təqdimat və videoçarx vasitəsilə nümayiş etdirilib.

Həmçinin “ADSEA Su Xidmətləri” QR Bələdçi Portalı barədə məlumat verilib. Qeyd olunub ki, portalın əsas məqsədi vətəndaş və sahibkarların su xidmətləri ilə bağlı zəruri məlumatlara vahid və rahat giriş imkanını təmin etməkdir. Portal vasitəsilə xidmətlər, su şəbəkəsinə qoşulma, tələb olunan sənədlər, xidmət haqları, elektron xidmətlər və ödəniş imkanları barədə məlumatların əldə edilməsi mümkündür.

Seminarda, eyni zamanda, ADSEA-nın elektron xidmətlərinin “myGov” platformasına inteqrasiyası və elektron xidmətlərdən istifadə imkanları barədə məlumat verilib.
Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi su xidmətləri sahəsində həyata keçirilən rəqəmsal yeniliklər barədə məlumatlılığın artırılması, maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və vətəndaş yönümlü xidmətlərin inkişafı baxımından əhəmiyyət daşıyır.

31/08/2026

Balakəndə selə qarşı mühafizə tədbirləri görülür.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*Su təchizatı və t...
28/08/2026

*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti üzrə xidmət haqqının ödənilməsinin əlçatanlığının və operativliyinin artırılması məqsədilə ödəniş imkanları genişləndirilib.

Belə ki, vətəndaşların xidmət haqqını daha rahat və çevik şəkildə ödəmələri üçün bütün ödəniş terminalları, eləcə də MPAY mobil tətbiqi vasitəsilə onlayn ödəniş imkanı yaradılıb.

Yeni ödəniş imkanları xidmətin əldə olunması prosesində vətəndaş rahatlığının artırılmasına, ödəniş prosedurunun sadələşdirilməsinə və xidmət üzrə proseslərin daha operativ həyata keçirilməsinə imkan yaradır.

27/08/2026

Cəbrayılda meliorativ tədbirlər su itkisinin qarşısını alır.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

25/08/2026

Bəhrəmtəpə hidroqovşağı ətraf rayonları suvarma suyu ilə təmin edir.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

25/08/2026

Salyanda çəltik əkin sahəsində birinci vegetasiya suvarması başa çatdırılıb.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

“Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respu...
24/08/2026

“Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli 1016 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 10 avqust 2026-cı il tarixli F61 nömrəli əmr imzalanmışdır.

Həmin əmrlə Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli 1016 nömrəli Sərəncamının Əlavəsində “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nın “Su və meliorasiya tədbirləri” hissəsində Xızı, Xaçmaz, Abşeron və Quba rayonları ərazilərində bir sıra işlərin icrası üçün nəzərdə tutulan vəsaitin istifadəsi üzrə sifarişçi funksiyası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir.

Bununla əlaqədar olaraq, 21 avqust 2026-cı il tarixində Regional Su Meliorasiya Xidmətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Agentliyin tabeliyində olan Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun və podratçı təşkilatın nümayəndələrinin iştirakı ilə görüş keçirilmiş, iş həcmləri və layihə-smeta sənədlərinin hazırlanması məsələləri geniş müzakirə edilmişdir. Bu işlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

Address

Baku

Opening Hours

09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Regional Su Meliorasiya Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Regional Su Meliorasiya Xidməti:

Shortcuts

Share