Bakı-Abşeron Regional Turizm İdarəsi

Bakı-Abşeron Regional Turizm İdarəsi İdarənin fəaliyyəti Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı və Hacıqabul rayonlarını əhatə edir. 1.1.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

in Bakı-Abşeron Regional Turizm İdarəsi yaradılımışdır. (https://e-qanun.az/framework/53461) İdarə fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Agentliyin yerli struktur qurumudur. Bakı-Abşeron Regional Turizm İdarəsi Bakı və Sumaqyıt şəhərlərini həmçinin, Abşeron, Hacıqabul və Xızı rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-...
20/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;

2.1.2. üç ay müddətində:

2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;

2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

6. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2026-cı il"

Mənbə: president.az

Bakı parça bozbaşı – Ənənələrin süfrədə yaşatdığı dadBakı-Abşeronun Mətbəxi rubrikası çərçivəsində növbəti postu təqdim ...
17/08/2026

Bakı parça bozbaşı – Ənənələrin süfrədə yaşatdığı dad

Bakı-Abşeronun Mətbəxi rubrikası çərçivəsində növbəti postu təqdim edirik. Azərbaycan milli mətbəxinin ən məşhur və sevilən yeməklərindən biri olan Bakı parça bozbaşı zəngin dadı, qidalandırıcı xüsusiyyətləri və əsrlər boyu qorunub saxlanılan hazırlanma ənənəsi ilə seçilir. Bu təam quzu ətinin iri tikələri, noxud, kartof və müxtəlif ədviyyatların ahəngdar vəhdəti ilə hazırlanaraq Azərbaycan mətbəxinin klassik nümunələrindən biri hesab olunur. Xüsusilə Bakı ailələrinin gündəlik və bayram süfrələrində parça bozbaş uzun illərdir özünəməxsus yer tutur.
Parça bozbaşın əsas xüsusiyyətlərindən biri onun zəngin və ətirli bulyonudur. Ənənəvi reseptlərdə yeməyə mövsümdən asılı olaraq şabalıd, alça, bəzən isə heyva əlavə edilir ki, bu da ona özünəməxsus turşməzə dad və fərqli aroma bəxş edir. Yavaş odda uzun müddət bişirilən yemək istifadə olunan ərzaqların dadını bir-birinə harmonik şəkildə hopduraraq parça bozbaşı həm ləzzətli, həm də qidalı milli təama çevirir.
Bakı şəhərində fəaliyyət göstərən milli mətbəx restoranları bu yeməyi ənənəvi resept əsasında hazırlayaraq yerli və xarici qonaqlara təqdim edirlər. Parça bozbaşın dadına baxmaq turistlər üçün yalnız milli yeməyi sınamaq deyil, həm də Azərbaycan ailə mətbəxinin, qonaqpərvərlik ənənələrinin və kulinariya mədəniyyətinin ayrılmaz hissəsini yaxından tanımaq imkanı yaradır.
Qastronomiya turizmi çərçivəsində Bakı parça bozbaşı regionun ən çox maraq doğuran milli təamlarından biridir. Yerli məhsulların istifadəsi, nəsildən-nəslə ötürülən reseptlər və hazırlanma üsulları bu yeməyi Bakı-Abşeronun kulinariya irsinin mühüm nümunəsinə çevirir. Milli mətbəxi kəşf etmək istəyən hər bir qonaq üçün parça bozbaş Azərbaycanın zəngin dad ənənələrini hiss etdirən unudulmaz kulinariya təcrübəsidir.

Sumqayıt sahili – Xəzərin sahilində təbii irs Xəzər dənizinin sahilində yerləşən Sumqayıt şəhəri müasir şəhər infrastruk...
17/08/2026

Sumqayıt sahili – Xəzərin sahilində təbii irs

Xəzər dənizinin sahilində yerləşən Sumqayıt şəhəri müasir şəhər infrastrukturu ilə təbii sahil landşaftını bir araya gətirən və sahil turizmi baxımından mühüm potensiala malik məkanlardan biridir. Şəhərin uzun sahilboyu gəzinti zolaqları, dəniz mənzərəsi, istirahət və əyləncə imkanları həm yerli sakinlər, həm də şəhərə gələn turistlər üçün cəlbedici mühit yaradır.

Xəzər dənizi Sumqayıtın təbii simasının ayrılmaz hissəsi olmaqla yanaşı, şəhərin turizm məhsulunun formalaşmasında mühüm rol oynayan əsas təbii resurslardan biridir. Sahil boyunca açılan panoramik mənzərələr, dəniz ekosistemi, müxtəlif quş növləri və günbatımı görüntüləri ziyarətçilərə fərqli təbiət və istirahət təcrübəsi yaşadır. Bu xüsusiyyətlər Sumqayıt sahilini şəhər turizmi ilə təbiət turizminin birləşdiyi məkan kimi ön plana çıxarır.

Sumqayıt sahili günün müxtəlif saatlarında fərqli turistik atmosfer təqdim edir. Səhər saatlarında Xəzərin sakitliyi və dəniz havası rahat istirahət üçün əlverişli şərait yaradır, günün ikinci yarısında isə sahilboyu gəzinti, velosiped sürmək və dəniz mənzərəsindən zövq almaq mümkündür. Axşam saatlarında Xəzərin üzərində günəşin batması isə sahili fotoqrafiya və estetik təəssürat baxımından xüsusi cəlbedici məkana çevirir.

Müasir gəzinti və velosiped yolları, açıq hava istirahət imkanları və sahilboyu abadlaşdırılmış məkanlar Sumqayıtın şəhər və sahil turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Buraya gələn ziyarətçilər dəniz mənzərəsini seyr etməklə yanaşı, gəzinti, istirahət, fotoqrafiya və açıq havada vaxt keçirmək imkanlarından yararlana bilirlər. Xəzərin sahilində yerləşməsi Sumqayıtı Bakı-Abşeron turizm məkanlarının davamı və regionun sahil turizmi potensialının mühüm hissələrindən biri kimi fərqləndirir.

Xızıda arıçılıq ənənələri – Təbiətlə harmoniyada yaranan nemət“Bakı-Abşeronun Təbii İrsi” rubrikası çərçivəsində növbəti...
12/08/2026

Xızıda arıçılıq ənənələri – Təbiətlə harmoniyada yaranan nemət

“Bakı-Abşeronun Təbii İrsi” rubrikası çərçivəsində növbəti paylaşımı təqdim edirik. Xızı rayonu zəngin dağ florası, təmiz havası və müxtəlif nektarlı bitkiləri ilə arıçılığın inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Rayonun dağlıq və dağətəyi ərazilərində yerləşən arıçılıq təsərrüfatları uzun illərdir bu qədim peşəni yaşadır və yerli kənd təsərrüfatının mühüm sahələrindən biri hesab olunur.

Arıçılıq yalnız bal istehsalı demək deyil. Arılar bitkilərin tozlanmasını təmin etməklə biomüxtəlifliyin qorunmasına və kənd təsərrüfatı məhsuldarlığının artmasına mühüm töhfə verirlər. Yaz aylarında çiçəklənən dağ bitkiləri arılar üçün zəngin nektar mənbəyi yaradır və bu da bölgədə istehsal olunan balın təbii keyfiyyətinə öz təsirini göstərir.

Son illərdə arıçılıq təsərrüfatları aqroturizm baxımından da maraq doğurur. Ziyarətçilər arı ailələrinin quruluşu, balın istehsal mərhələləri və ənənəvi arıçılıq üsulları ilə yaxından tanış ola, yerli istehsal prosesini müşahidə edərək kənd həyatını daha yaxından kəşf edə bilərlər.

Bu ənənənin qorunması həm kənd təsərrüfatının inkişafına, həm də dayanıqlı turizmin təşviqinə töhfə verir.

Sumqayıt şəhərinin qədim yaşayış məntəqələrindən biri olan Corat qəsəbəsi zəngin tarixi, qədim yaşayış ənənələri və özün...
10/08/2026

Sumqayıt şəhərinin qədim yaşayış məntəqələrindən biri olan Corat qəsəbəsi zəngin tarixi, qədim yaşayış ənənələri və özünəməxsus mətbəxi ilə seçilir. Bölgənin
kulinariya irsinin ən məşhur nümunələrindən biri isə Corat qutabıdır. Nəsildən-nəslə ötürülən hazırlanma üsulu və özünəməxsus resepti bu təamı Azərbaycan
mətbəxində fərqləndirən ləzzətlərdən birinə çevirib.
Corat qutabı digər qutab növlərindən ilk növbədə kiçik ölçüsü və nazik xəmiri ilə seçilir. Yerli kulinariya ənənələrinə əsasən, bu qutab tarixən əsasən dəvə əti ilə hazırlanıb. Dəvə ətinin bölgədə geniş istifadə olunduğu dövrlərdə bu təam Corat sakinlərinin gündəlik və bayram süfrələrinin əsas yeməklərindən biri hesab olunurdu.
Zaman keçdikcə dəvə ətinin yerini əsasən mal və qoyun əti tutsa da, qutabın hazırlanma üsulu və ənənəvi dadı bu günə qədər qorunub saxlanılıb.
Ənənəvi olaraq sac üzərində bişirilən Corat qutabı kərə yağı ilə yağlanaraq sumaq, qatıq və mövsümi göyərtilərlə birlikdə süfrəyə təqdim olunur. Nazik xəmiri və şirəli içliyi ona fərqli ləzzət bəxş edir və bu xüsusiyyətləri Corat qutabını digər bölgələrdə
hazırlanan qutablardan fərqləndirir.
Bu gün Corat qutabı Sumqayıtın qastronomik simvollarından biri hesab olunur. Corat
qəsəbəsində fəaliyyət göstərən ailəvi qutab evləri və milli mətbəx məkanları bu ənənəni yaşadaraq yerli və xarici qonaqlara təqdim edirlər. Turistlər burada qutabın hazırlanma prosesini yaxından izləyə, ənənəvi üsulla bişirilən təamın dadına baxa və bölgənin kulinariya mədəniyyəti ilə tanış ola bilərlər.
Qastronomiya turizmi baxımından Corat qutabı yalnız milli yemək deyil, həm də Sumqayıtın tarixi və mədəni kimliyini əks etdirən dəyərli kulinariya irsidir. Bu təamın
tanıdılması regionun qastronomik turizm potensialının inkişafına töhfə verməklə yanaşı, yerli kulinariya ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə də xidmət edir.

Azərbaycan mətbəxi dünyanın ən zəngin kulinariya ənənələrindən biri kimi tanınır. Bu zəngin irsin ən incə və ustalıq təl...
07/08/2026

Azərbaycan mətbəxi dünyanın ən zəngin kulinariya ənənələrindən biri kimi tanınır. Bu zəngin irsin ən incə və ustalıq tələb edən nümunələrindən biri də Bakı düşbərəsidir. Xırda xəmir bükümlərinin ət içliyi ilə hazırlanaraq zəngin ət bulyonunda bişirilməsi əsrlər boyu qorunub saxlanılan kulinariya ənənəsinin və Azərbaycan aşpazlıq sənətinin parlaq nümunəsidir.
Bakı düşbərəsini digər oxşar yeməklərdən fərqləndirən əsas xüsusiyyət onun hazırlanma texnikasıdır. Ənənəyə görə, bir qaşığa bir neçə düşbərənin sığacaq qədər kiçik hazırlanması aşpazın məharətinin göstəricisi hesab olunur. Bu incə sənət uzun illər ərzində ailələrdə nəsildən-nəslə ötürülərək günümüzədək yaşadılıb. Düşbərə adətən zəngin ət bulyonunda bişirilir, süfrəyə isə sarımsaq, sirkə və quru nanə ilə təqdim olunur ki, bu da yeməyə özünəməxsus ətir və dad bəxş edir.
Bakı düşbərəsi təkcə gündəlik ailə süfrələrinin deyil, həm də qonaq qəbulunun və xüsusi məclislərin sevilən təamlarından biridir. Onun hazırlanması ailə üzvlərinin bir araya gəldiyi, əmək bölgüsünün və milli mətbəx ənənələrinin yaşadıldığı maraqlı kulinariya prosesidir. Məhz bu xüsusiyyətləri düşbərəni sadəcə yemək deyil, həm də Azərbaycan ailə dəyərlərinin və qonaqpərvərlik mədəniyyətinin bir hissəsinə çevirir.
Bu gün Bakı şəhərində fəaliyyət göstərən milli mətbəx restoranları və ənənəvi restoranlar yerli və xarici qonaqlara düşbərəni klassik resept əsasında təqdim edirlər. Turistlər üçün bu təamın dadına baxmaq Azərbaycanın zəngin kulinariya irsini tanımaq, yerli mətbəxin incəliklərini kəşf etmək və paytaxtın qastronomik marşrutlarının ayrılmaz hissəsinə çevrilmiş milli restoranlarla tanış olmaq baxımından unudulmaz təcrübə yaradır.
Bakı düşbərəsi bu gün Azərbaycan mətbəxinin ən tanınan simvollarından biri olmaqla yanaşı, Bakı-Abşeron regionunun qastronomiya turizmini zənginləşdirən, milli kulinariya irsini və ənənəvi aşpazlıq mədəniyyətini dünyaya tanıdan dəyərli təamlardan biridir.

Bakı-Abşeronun MətbəxiBakı-Abşeron Regional Turizm İdarəsi olaraq yeni "Bakı-Abşeronun Mətbəxi" rubrikasına start veriri...
06/08/2026

Bakı-Abşeronun Mətbəxi
Bakı-Abşeron Regional Turizm İdarəsi olaraq yeni "Bakı-Abşeronun Mətbəxi" rubrikasına start veririk!
Bu rubrika vasitəsilə fəaliyyət dairəmizə daxil olan Bakı, Abşeron, Sumqayıt, Xızı və Hacıqabul bölgələrinin zəngin kulinariya irsini, əsrlər boyu formalaşmış milli mətbəx ənənələrini, yerli məhsullarını və qastronomiya turizmi potensialını daha yaxından tanıyacağıq.
Bakı-Abşeron regionu yalnız tarixi, memarlıq və mədəni irsi ilə deyil, həm də özünəməxsus mətbəxi, yerli məhsulları və zəngin qastronomik ənənələri ilə seçilir. Xəzər dənizinin təqdim etdiyi dəniz nemətləri, Abşeronun kənd təsərrüfatı məhsulları, milli şirniyyatları və nəsildən-nəslə ötürülən reseptlər bölgənin turizm potensialının ayrılmaz hissəsini təşkil edir. Bu zəngin kulinariya irsi həm yerli sakinlər, həm də Azərbaycana səfər edən qonaqlar üçün unudulmaz dad təcrübələri yaradır.
Rubrikamızın əsas məqsədi regionun qastronomik irsini daha geniş auditoriyaya tanıtmaq, ənənəvi təamlarımızın və yerli məhsullarımızın turizm baxımından əhəmiyyətini ön plana çıxarmaq, qastronomiya turizminin inkişafına töhfə vermək və milli kulinariya dəyərlərinin qorunaraq gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.
Bununla yanaşı, rubrika çərçivəsində yalnız yeməklər deyil, onların hazırlanma ənənələri, istifadə olunan yerli məhsullar, çay mədəniyyəti, qonaqpərvərlik ənənələri, qastronomik marşrutlar və bölgənin kulinariya kimliyini formalaşdıran digər dəyərlər haqqında da maraqlı məlumatlar veriləcək.

Hacıqabul gölü – Köçəri quşların mühüm dayanacağıBakı-Abşeron Regional Turizm İdarəsinin "Bakı-Abşeronun Təbii İrsi" rub...
03/08/2026

Hacıqabul gölü – Köçəri quşların mühüm dayanacağı

Bakı-Abşeron Regional Turizm İdarəsinin "Bakı-Abşeronun Təbii İrsi" rubrikası çərçivəsində regionumuzun təbii irsini, biomüxtəlifliyini və turizm potensialını tanıtmağa davam edirik. Azərbaycanın mərkəzi hissəsində yerləşən Hacıqabul gölü ölkənin ən əhəmiyyətli təbii su hövzələrindən biridir. Zəngin biomüxtəlifliyi və əlverişli coğrafi mövqeyi sayəsində göl Avropa ilə Asiya arasında hərəkət edən köçəri quşlar üçün mühüm dayanacaq rolunu oynayır.
Yaz və payız miqrasiyası dövründə göl ətrafında müxtəlif ördək, qaz, qağayı və digər su quşlarını müşahidə etmək mümkündür. Sakit təbii mühit və geniş su səthi burada yaşayan canlıların qorunması üçün əlverişli şərait yaradır.
Hacıqabul gölü yalnız ekoloji baxımdan deyil, həm də ekoturizm potensialı ilə diqqət çəkir. Quş müşahidəsi, təbiət fotoqrafiyası və açıq hava gəzintilərinə maraq göstərən ziyarətçilər üçün bu ərazi maraqlı istiqamətlərdən biridir. Xüsusilə günəşin doğuşu və qürubu zamanı gölün təqdim etdiyi mənzərələr fotoqraflar üçün unikal kadrlar yaradır.
Təbiətin qorunması və biomüxtəlifliyin gələcək nəsillərə ötürülməsi baxımından Hacıqabul gölü mühüm təbii irs nümunələrindən hesab olunur.

Abşeronun zeytun bağları – Minillik ənənədən dayanıqlı turizməAbşeron yarımadası qədim dövrlərdən bəri əlverişli iqlimi ...
27/07/2026

Abşeronun zeytun bağları – Minillik ənənədən dayanıqlı turizmə

Abşeron yarımadası qədim dövrlərdən bəri əlverişli iqlimi və münbit torpaqları ilə müxtəlif kənd təsərrüfatı bitkilərinin becərildiyi bölgələrdən biri olub. Bu ənənələr arasında zeytunçuluq xüsusi yer tutur. Günəşli iqlim, mülayim qış və quraq yay mövsümü zeytun ağaclarının inkişafı üçün əlverişli şərait yaradır və Abşeronu ölkənin əsas zeytunçuluq bölgələrindən birinə çevirir.
Payız aylarında zeytun yığımı kənd təsərrüfatının ən maraqlı mərhələlərindən biridir. Toplanan məhsuldan süfrəlik zeytun və yüksək keyfiyyətli zeytun yağı hazırlanır. Bu proses həm zəhmət, həm də uzun illər formalaşmış kənd təsərrüfatı ənənələrinin qorunmasının göstəricisidir.
Son illərdə zeytun bağları aqroturizm baxımından da maraq doğurur. Ziyarətçilər zeytun bağlarında gəzə, məhsul yığımı prosesi ilə tanış ola, zeytun və zeytun yağının hazırlanma mərhələlərini izləyə, həmçinin yerli məhsulları dadaraq kənd təsərrüfatı ənənələrini yaxından öyrənə bilərlər. Bu cür təcrübələr kənd turizminin inkişafına və yerli istehsalın tanıdılmasına töhfə verir.
Abşeronun zeytun bağları təkcə iqtisadi əhəmiyyət daşımır, həm də bölgənin təbii və mədəni irsinin ayrılmaz hissəsidir. Bu ənənənin yaşadılması həm yerli kənd təsərrüfatının inkişafına, həm də dayanıqlı turizmin təşviqinə xidmət edir.
Zeytun bağları xüsusilə payız mövsümündə aqroturizm marşrutlarının maraqlı dayanacaqlarından biri ola bilər. Məhsul yığımı, ənənəvi emal üsulları ilə tanışlıq və yerli məhsulların dequstasiyası ziyarətçilərə fərqli və yaddaqalan təcrübə təqdim edir. Maraqlı fakt
Zeytun ağacları yüz illərlə yaşaya bilir. Düzgün qulluq göstərildikdə bəzi zeytun ağacları bir neçə əsr ərzində məhsul verməyə davam edir və bu xüsusiyyətinə görə uzunömürlülüyün və bərəkətin simvolu hesab olunur.

23 iyul 2026-cı il tarixində Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarə...
23/07/2026

23 iyul 2026-cı il tarixində Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Xəzər Gənclər Evində təsərrüfat subyektləri və gənclər üçün aqroturizm mövzusunda maarifləndirmə sessiyası keçirilmişdir.

Sessiyanın əsas məqsədi iştirakçıları aqroturizmin yaratdığı imkanlar, bu sahənin inkişaf perspektivləri və kənd təsərrüfatı fəaliyyətinin turizm xidmətləri ilə inteqrasiyası barədə məlumatlandırmaqdan ibarət olmuşdur. Tədbir çərçivəsində iştirakçılara turizm sahəsi üzrə ümumi məlumat verilmiş, Azərbaycanda aqroturizmin mövcud inkişaf istiqamətləri, kənd təsərrüfatı subyektlərinin aqroturizm fəaliyyətinə başlaması üçün zəruri addımlar, eləcə də bu istiqamətdə tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə təqdimatlar keçirilmişdir. Sessiya zamanı iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Address

Bülbül Prospekti 14, AZ 1000
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124981244

Alerts

Be the first to know and let us send you an email when Bakı-Abşeron Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı-Abşeron Regional Turizm İdarəsi:

Shortcuts

Share