Baku Zoo

Baku Zoo Baku Zoo (Bakı Zooloji Parkı)
🕒 Hər gün saat 10:00-dan 19:00-dək , şənbə/bazar 09:00-dan 19:00-dək.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İ...
01/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında “Gələcək uşaqlara məxsusdur” adlı ənənəvi bayram şənliyi keçirilib.

Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil olunan şənlikdə 1, 2 və 3 saylı uşaq evlərindən, eləcə də müxtəlif uşaq inkişaf mərkəzləri və bağçalardan ümumilikdə 250-dən çox uşaq iştirak edib.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici proqram təqdim olunub. Zooloji Parkın müxtəlif guşələrində təşkil edilən müsabiqələr və oyunlar balacaların böyük marağına səbəb olub. Sehrbazların çıxışları və cizgi film qəhrəmanlarının iştirakı isə şənliyə xüsusi rəng qatıb.

Bayram tədbirində uşaqların yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi üçün də şərait yaradılıb. Balacalar rəsm çəkmə, ekoçantaların bəzədilməsi, gips fiqurların rənglənməsi kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Tədbirin əsas istiqamətlərindən biri də ekoloji maarifləndirmə olub. Bakı Zooloji Parkının lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri barədə maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə uşaqlar heyvanların xarici quruluşu, yaşayış mühiti və həyat şəraiti haqqında əyani məlumatlar əldə ediblər.

Təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və heyvanlara qarşı mərhəmət hissinin aşılanması məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək imkanı yaradılıb.

Tədbir çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi də fəaliyyət göstərib. Burada uşaqlara küçə heyvanlarına qayğı göstərməyin əhəmiyyəti barədə məlumat verilib, onlarda canlılara sevgi və məsuliyyət hissinin gücləndirilməsi təşviq olunub.

Bayram şənliyi uşaqların sevinc dolu anları, əyləncəli fəaliyyətləri və maarifləndirici proqramı ilə yadda qalıb.

Dostlar! 😊Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İDEA Heyvanl...
31/05/2026

Dostlar! 😊
Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə 47-ci “Himayə Guşəsi” sərgimiz saat 10:00-da təşkil olunacaq. 🐾🎉🎈

Qeyd olunan müddət ərzində qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə özlərinə vəfalı dost qazana bilərlər. 🐶🐱💛

Ev heyvanı sahiblənmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə gələrək, qısa müsahibədən keçib öhdəlik sənədi imzalamaqla istədikləri heyvanı himayəyə götürə bilərlər. 📄✨

Qeyd: 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidir. 👨‍👩‍👧‍👦

Dördayaqlı dostlarımızla birlikdə Sizi səbirsizliklə gözləyəcəyik! 🐈🐕✨

🇦🇿 Dostlar, Bakı Zooloji Parkında Dağıstan turlarının  balaları dünyaya gəlib! ✨🎉Sizcə yeni doğulan balaların adları nə ...
30/05/2026

🇦🇿 Dostlar, Bakı Zooloji Parkında Dağıstan turlarının balaları dünyaya gəlib! ✨🎉
Sizcə yeni doğulan balaların adları nə olsun?🐐
🇬🇧Friends, East Caucasian tur cubs have been born at Baku Zoological Park! ✨🎉 What do you think the newborn cubs should be named?🐐

“Uğur Kids” uşaq bağçası Bakı Zooloji Parkında✨🌱
29/05/2026

“Uğur Kids” uşaq bağçası Bakı Zooloji Parkında✨🌱

🇦🇿 Dostlar, Bakı Zooloji Parkı bayram günlərində hər gün fəaliyyət göstərir✨Biletləri kassalardan, həmçinin iTicket....
27/05/2026

🇦🇿 Dostlar, Bakı Zooloji Parkı bayram günlərində hər gün fəaliyyət göstərir✨Biletləri kassalardan, həmçinin iTicket.AZ-dan əldə edə bilərsiniz. 🗓🕒
🇬🇧 Friends, Baku Zoological Park is open every day on holidays.✨You can buy tickets from ticket offices and iTicket.AZ. 🗓🕒

🇦🇿 Bakı Zooloji Parkının bugünki qonaqları 11 saylı inteqrasiya təlimli internat məktəbinin uşaqları oldular🌿✨
25/05/2026

🇦🇿 Bakı Zooloji Parkının bugünki qonaqları 11 saylı inteqrasiya təlimli internat məktəbinin uşaqları oldular🌿✨

🇦🇿 Zooparkımızda açıq havada təşkil olunan “Kiçik Sərgi” dən görüntüləri Sizə təqdim edirik! ✨Sərgi, iştirakçılara heyva...
24/05/2026

🇦🇿 Zooparkımızda açıq havada təşkil olunan “Kiçik Sərgi” dən görüntüləri Sizə təqdim edirik! ✨
Sərgi, iştirakçılara heyvanların xarici quruluşlarını dərindən öyrənmək və onların həyat tərzləri, hərəkət qabiliyyətləri ilə bağlı geniş məlumat əldə etmək imkanı yaratdı. Ziyarətçilər müxtəlif heyvanların bədən quruluşlarına diqqətlə baxaraq, onların ətraf mühitə necə uyğunlaşdıqlarını və təbii yaşayış mühitlərində necə hərəkət etdiklərini haqqında maraqlı məlumatlar əldə etdilər. 🌿
Xüsusilə, açıq havada keçirilən sərgi uşaqlarda böyük maraq doğurdu. Onlar heyvanların təbii xüsusiyyətlərini əyani şəkildə öyrənərək, mövzuya olan maraqlarını daha da artırdılar.
Dostalar, əgər Siz də heyvanların quruluşu haqqında məlumat əldə etmək istəyirsinizsə zooparkımıza buyura bilərsiniz.✨😊
🇬🇧 We present to you the images of the “Small Exhibition” held outdoors in our zoo! ✨
The exhibition provided participants with the opportunity to study the external structures of animals in depth and obtain extensive information about their lifestyles and movement abilities. By carefully examining the body structures of various animals, visitors obtained interesting information about how they adapt to the environment and how they move in their natural habitats. 🌿
The exhibition held outdoors was especially interesting for children. They visually studied the natural characteristics of animals, further increasing their interest in the subject.
Friends, if you also want to learn about the structure of animals, you can visit our zoo.✨😊

🇦🇿 Bakı Zooloji Parkında açıq havada heyvanların xarici quruluşları haqqında keçiriləcək “Kiçik Sərgi” yə Sizi dəvət edi...
23/05/2026

🇦🇿 Bakı Zooloji Parkında açıq havada heyvanların xarici quruluşları haqqında keçiriləcək “Kiçik Sərgi” yə Sizi dəvət edirik! 🌟
Sərgi heyvanların xarici quruluşlarını daha yaxından öyrənmək istəyən hər kəs üçün maraqlı və təhsilverici bir fürsət olacaq. Tədbirdə heyvanların müxtəlif növlərinin bədən quruluşları, xüsusiyyətləri və ətraf mühitə necə uyğunlaşdıqları barədə ətraflı məlumatlar əldə edəcəksiniz.✨
24 may tarixində, saat 12:00-da zooparkımızda başlayacaq sərgidə hər yaşdan olan ziyarətçiləri maraqlı bir təcrübə gözləyir. İstər uşaqlar, istərsə də böyüklər, hamınız bu sərgidən çox şey öyrənə və əyləncəli anlar keçirə biləcəksiniz. Hər birinizi zooparkımızda gözləyirik!
🗓️Tarix: 24 may
🕒Saat: 12:00
📍Ünvan: Bakı Zooloji Parkı
🇬🇧 We invite you to the “Small Exhibition” about the external structures of animals, which will be held in the open air at the Baku Zoological Park! 🌟
The exhibition will be an interesting and educational opportunity for anyone who wants to learn more about the external structures of animals. At the event, you will get detailed information about the body structures, characteristics of various species of animals and how they adapt to the environment.✨
The exhibition, which will start at 12:00 on May 24, will provide visitors of all ages with an interesting experience. Both children and adults will be able to learn a lot from this exhibition and have fun. We are waiting for you all at our zoo!
🗓️Date: May 24
🕒Time: 12:00
📍Address: Baku Zoological Park

22 May-Beynəlxalq Biomüxtəliflik Günü 🐯🦁🐻Biomüxtəlifliyimizi qoru, gələcəyimizi qoru!🌱✨🦅🐆
22/05/2026

22 May-Beynəlxalq Biomüxtəliflik Günü 🐯🦁🐻

Biomüxtəlifliyimizi qoru, gələcəyimizi qoru!🌱✨🦅🐆

🇦🇿 Dostlar, çoxsaylı suallara əsasən məlumat postunu Sizlərlə paylaşırıq✨😊Biletləri kassalardan, həmçinin iTicket.AZ-...
21/05/2026

🇦🇿 Dostlar, çoxsaylı suallara əsasən məlumat postunu Sizlərlə paylaşırıq✨😊Biletləri kassalardan, həmçinin iTicket.AZ-dan əldə edə bilərsiniz😊✨
🇬🇧 Friends, based on numerous questions, we are sharing the information post with you✨😊You can buy tickets from the ticket office and also from iTicket.AZ😊✨

Address

Bakikhanov Street 39
Baku
AZ1007

Telephone

+994124401096

Website

Alerts

Be the first to know and let us send you an email when Baku Zoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baku Zoo:

Share