AzərEnerji ASC

AzərEnerji ASC Azərenerji ASC-nin rəsmi facebook səhifəsi
(+994 12) 493-65-10
Qaynar xətt: 186

26/08/2026
“𝐙ə𝐧𝐠ə𝐳𝐮𝐫” 𝐞𝐥𝐞𝐤𝐭𝐫𝐢𝐤 ö𝐭ü𝐫𝐦ə 𝐱ə𝐭𝐭𝐢𝐧𝐝ə 𝐢ş𝐥ə𝐫𝐢𝐧 𝐛𝐢𝐫𝐢𝐧𝐜𝐢 𝐦ə𝐫𝐡ə𝐥ə𝐬𝐢 𝐲𝐞𝐤𝐮𝐧𝐥𝐚şı𝐫Naxçıvan Muxtar Respublikasının ölkənin əsas ele...
21/08/2026

“𝐙ə𝐧𝐠ə𝐳𝐮𝐫” 𝐞𝐥𝐞𝐤𝐭𝐫𝐢𝐤 ö𝐭ü𝐫𝐦ə 𝐱ə𝐭𝐭𝐢𝐧𝐝ə 𝐢ş𝐥ə𝐫𝐢𝐧 𝐛𝐢𝐫𝐢𝐧𝐜𝐢 𝐦ə𝐫𝐡ə𝐥ə𝐬𝐢 𝐲𝐞𝐤𝐮𝐧𝐥𝐚şı𝐫
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Naxçıvan-Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Ölkə başçısının tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə ikidövrəli olmaqla, 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan ibarət ötürmə xəttində işlərin 97 faizi icra edilib. Bu ilin qış, yaz və yay ayları da daxil olmaqla çətin iqlim və sərt relyefdə çəkilən ötürmə xəttində işlər “AzərEnerji” tərəfindən ən qısa müddətdə, qrafikdən əvvəl icra olunub.
Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 km, Zəngəzur dəhlizini keçməklə 44 km və Naxçıvandan Türkiyəyə 230 km məsafədə ötürmə xəttinin çəkilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması, həmçinin “yaşıl enerji”nin ötürülməsi baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Yeni istismara verilən "Səngəçal" yarımstansiyası
03/08/2026

Yeni istismara verilən "Səngəçal" yarımstansiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyas...
03/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.

Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.

Address

Bakı, Akademik Ə. Əlizadə 10
Baku

Alerts

Be the first to know and let us send you an email when AzərEnerji ASC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AzərEnerji ASC:

Shortcuts

Share