26/08/2026
🎓 Peşə təhsilindən ali təhsilə – aqrar sektor üçün yeni nəsil kadrlar yetişir!
Aqrar sektorun inkişafı və müasir kənd təsərrüfatının tələblərinə uyğun yüksəkixtisaslı kadr potensialının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan peşə təhsili ilə ali təhsil arasında əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə növbəti uğur hekayəsi Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarından gəlib.
Mərkəzin yüksək texniki peşə təhsili səviyyəsi üzrə baytarlıq və heyvandarlıq işi ixtisasını bitirən Nuriyev Oruc, Həsənzadə Aygün və Nəsirli Kənan ADA University heyvandarlıq ixtisasına qəbul olunublar.
Bu nəticə peşə təhsilinin yalnız əmək bazarına birbaşa çıxış imkanı yaratmadığını, eyni zamanda məzunlar üçün ali təhsilə və davamlı peşəkar inkişafına aparan yol olduğunu göstərir.
Xüsusilə aqrar sahədə praktiki bacarıqlara malik, müasir biliklərlə silahlanmış mütəxəssislərin hazırlanması sektorun dayanıqlı inkişafı üçün mühüm resursdur.
🌱 Peşə təhsili – bacarıqlı mütəxəssis, güclü aqrar sektor və dayanıqlı gələcək deməkdir.
Məzunlarımızı təbrik edir, ali təhsil və peşəkar inkişaf yollarında uğurlar arzulayırıq!