Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art http://azerbaijan360.az/what-to-see/museums/az-rbaycan-milli-inc-s-n-t-muzeyi-1/ Muzeydə mütəmadi olaraq dövlət və beynəlxalq əhəmiyyətli sərgilər keçirir. L. K.
(1)

Azərbaycan Milli İncəsənət Muzeyi qədim zamanlardan müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mühafizə edildiyi zəngin xəzinədir. Muzey hələ 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində incəsənət şöbəsi şəklində yaradılmışdır. 1936-cı ildən etibarən isə muzey müstəqil statusda fəaliyyətə başlamışdır. Təsviri incəsənətin bütün növlərini tam dolğunluğu ilə ə

ks etdirən muzeydə Azərbaycan, Qərbi Avropa, Rus incəsənəti nümayiş olunur. Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrin sonlarında inşa olunan iki tarixi binada, onları vahid kompleks halında birləşdirən və beynəlxalq standartlara cavab verən korpusda fəaliyyət göstərir. Muzeyin kolleksiyasında 18,000-dən artıq eksponat qorunur. Muzeyin ekspozisiyası ölkələr üzrə tarixi xronoloji ardıcıllıqla qurulmuşdur. Avropa incəsənəti bölməsində tamaşaçılar XVI-XVIII əsr italyan rəssam və keramistlərinin, flamand və holland rəssamlarının, o cümlədən XVI-XIX əsr alman və fransız boyakar və qravürlərinin əsərlərinə tamaşa edə bilərlər. Ekspozisiyanın Rus bölməsində XVII əsrin sonu XX əsrin əvvəli Rus boyakarlıq məktəbinin tanınmış nümayəndələrinin tabloları nümayiş etdirilir. Onların arasında V. Borovikovski, V.A.Tropinin, Makovski qardaşları, İ. Ayvazovski, A. İ.Kuinci, V. V. Vereşagin və digər tanınmış rəssamların əsərləri sərgilənir. Azərbaycan incəsənəti bölməsi tamaşaçıları öz qaynaqlarını qədim dövrlərdən almış tətbiqi və təsviri sənət inciləri ilə tanış edir. Bu sənət nümunələri e. ə VI-IV minilliklərdən başlayaraq XXI əsrə qədər olan dövrü əhatə edir. Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış dulusçuluq mənuatları, orta əsrlərə aid bədii metal nümunələri, qədim xalça və xalçaçılıq məmulatları, miniatür və əlyazma kitabları, milli geyimlər və zərgərlik nümunələri nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada XX əsr Azərbaycanın görkəmli rəssamlarının boyakarlıq və qrafik əsərləri sərgiləni. Bu əsərlər sırasına tanınmış fırça ustaları M.Q.İrəvani, M.M.Nəvvab, A.Hüseyni, B.Kəngərli, Ə. Əzimzadə, S.Bəhlulzadə, M.Abdullayev, T.Nərimanbəyov, Ö.Eldarov və digər rəssamların sənət əsərləri daxildir. Müdiriyyət
Direktor - Şirin Məlikova, Əməkdar mədəniyyət işçisi, İCOM Azərbaycan Milli Komitəsinin sədri
Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - Baş fond mühafizi - Vəfa Aslanova
Kütləvi işlər üzrə direktor müavini - Nəzrin Şirinova
Elmi-tədqiqat üzrə direktor müavini - Aytən Əhmədova
İqtisadi məsələlər üzrə direktor müavini-Baş mühasib - Marina Aslanova
Təsərrüfat işləri üzrə direktor müavini - Araz Osmanov
Elmi katib - Nuranə Səlimli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Muzeyin şöbələri
Fond şöbəsi - Nailə Axundova
Mədəniyyət və təhsil şöbəsi - Səbinə Məlikova
Elmi-tədqiqat şöbəsi - Telman Ibrahimov
Sərgi və tərtibat şöbəsi - Əsəd Quliyev
Elmi bərpa şöbəsi - Natiq Səfərov
İnsan resursları və sənədlərlə iş şöbəsi - Fatimə Qasımova
Ekspozisiya şöbəsi - Rəfiqə Quliyeva
Beynəlxalq əlaqələr şöbəsi - Rəma Zeynalova
İnformasiya texnologiyaları, ictimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi - Nailə Bənnayeva
Hüquqi təminat və daxili nəzarət şöbəsi - Dəyanət Mürsəlov


The Azerbaijani National Museum of Art is the treasury of works of arts, from the earliest ages to present days. Here are presented the works of Western European, Russian and Azerbaijani artists. The Museum was created in 1924 on the basis of the Art Department of Azerbaijani State Museum, but received the independent museum status from 1936. The museum occupies two buildings of 19th century, which are connected into a single complex, according to international standards. The museum regularly holds exhibitions of national and international importance. The Museum collection consists of over 18,000 exhibits, part of which is placed in the exposition built in historical chronology by country. In the European halls, visitors can see works of Italian artists and ceramists of 16-18 centuries, see paintings of Flemish and Dutch artists and see works of German and French painters of 16-19. The Russian section has works of famous members of Russian art school of end of 17th – beginning of 20th century, among which are L.Borovikovskiy, V.A.Tropinin, brothers Makovskiy, I.K. Ayvazovski, A.İ.Kuinji, V.V Vereshagin, etc. The Azerbaijani part familiarizes the guests with ancient art of our country starting with 4-3 centuries BC. Here are presented the beautiful samples of ancient and middle age ceramics and items of metal of high art; ancient carpets and rugs; miniatures and handwritten books, national dresses and jewelry. In the section of 20th century, there are works of arts of Azerbaijani artists who are well known in the Republic as well as outside it, there are S.Bakhlulzade, M.Abdullayev, T. Salahov, T.Narimanbekov, R.Babayev, O.Eldarov, L.Kerimov, K.Aliyev. Administration
Director – Shirin Melikova, Honored Cultural Worker, Chairman of ICOM Azerbaijan National Committee
Deputy Director on Preservation and Registration of Museum Exhibits - Chief Fund Curator - Vafa Aslanova
Deputy Director on Public Affairs - Nazrin Shirinova
Deputy Director on Scientific Affairs - Aytan Akhmedova
Deputy Director on Economic Issues-Chief Accountant - Marina Aslanova
Deputy Director on Procurement Issues - Araz Osmanov
Scientific secretary - Nurana Salimli, Ph.D. in Arts

Museum departments
The Department of Fund - Naila Akhundova
The Department of Culture and Education - Sabina Melikova
The Department of Scientific Research - Telman Ibrahimov
The Department of Exhibition - Asad Guliyev
The Department of Scientific Restoration and Conservation - Natig Safarov
The Department of Human Resources and Documentation - Fatima Gasimova
The Department of Exposition - Rafiga Guliyeva
The Department of International Relations - Rema Zeynalova
The Department of Information Technologies, Public Relations and Publishing Department - Naila Bannayeva
The Department of Legal Support and Internal Control - Dayanat Mursalov

📢29 İyul tarixində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət e...
29/07/2026

📢29 İyul tarixində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Şagirdlər “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində keçirilən Azərbaycan incəsənətinə həsr olunmuş proqramda iştirak ediblər.
✨İştirakçılar Azərbaycan incəsənətinin qədim dövrlərdən müasir dövrədək keçdiyi inkişaf yolu ilə tanış olub, Qobustan qayaüstü təsvirlərindən başlayaraq dekorativ-tətbiqi sənət, memarlıq, rəngkarlıq, qrafika, heykəltəraşlıq, musiqi və ədəbiyyatı əhatə edən zəngin milli irs haqqında ətraflı məlumat əldə ediblər.

✨Proqram zamanı uşaqlara milli mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan sənət sahələri interaktiv təqdimat vasitəsilə təqdim olunub.

✨Ustad dərsində isə iştirakçılar Qobustan qayaüstü təsvirlərinin, islam dövrünə aid həndəsi girih ornamentlərinin və şəbəkə sənətinin motivlərindən ilhamlanaraq yaradıcılıq işləri hazırlayıblar.
✨İnteraktiv proqram və yaradıcı məşğələ iştirakçılarda xoş təəssürat yaradıb, onların milli incəsənətə marağını daha da artırıb.

28/07/2026

Əziz dostlar!

İsti yay günlərində sizi Bakımızın bir-birindən maraqlı obrazını təqdim edən “Küləklər şəhərinin salnaməsi” sərgisini ziyarət etməyə dəvət edirik!

Sərginin maraqlı hissələrindən birini XX əsrin əvvəllərində paytaxtın tarixi və unikal görüntülərini əbədiləşdirən V. Langer, İ.Şeblıkin, F.Modorov, A.Şiroçenko, S.Ryangina kimi rəssamların əsərləri təşkil edir.

Xüsusilə qeyd edək ki, bu əsərlərin bir çoxu uzun illər muzey fondlarında qorunub saxlanılıb və məhz bu sərgidə ilk dəfə ictimaiyyətə təqdim edilir.

Sərgidə yer alan İ.P. Şeblıkinin əsərləri ayrıca maraq doğurur. Rəssam 1928-ci ildə ölkəmizə dəvət olunaraq Bakı və digər bölgələrdə aparılan elmi ekspedisiyalarda iştirak etmiş, Azərbaycanın tarixi-mədəni irsini sənədləşdirən dəyərli əsərlər yaratmışdır.

Əziz izləyicilər, Bakının keçmişinə rəssamların gözü ilə səyahət etmək istəyirsinizsə, sizi sərgimizdə gözləyirik.

23/07/2026

📢Əziz sənətsevərlər!
Sizə Azərbaycan Milli İncəsənət Muzeyinin "1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası" adlı daimi ekspozisiyasında nümayiş olunan Azərbaycan Xalq rəssamı, peşəkar rəssamlıq ali təhsili almış ilk azərbaycanlı qadın rəssam Maral Rəhmanzadənin əsərlərini təqdim edirik.

📢İyulun 16-da Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Beynəlxalq Yay Hüquq Məktəbinin (SELS Baku 2026) iştir...
17/07/2026

📢İyulun 16-da Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Beynəlxalq Yay Hüquq Məktəbinin (SELS Baku 2026) iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Ekskursiya çərçivəsində qonaqlar muzeyin daimi ekspozisiyaları – “Azərbaycan incəsənət xəzinəsi”, “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti”, daimi ekspozisiyaları ilə tanış olublar.
✨Ekskursiya zamanı onlara Azərbaycan təsviri sənətinin müxtəlif dövrlərini əks etdirən zəngin kolleksiya, görkəmli rəssamların əsərləri, həmçinin eksponatların tarixi və bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

✨Muzeyin zəngin kolleksiyası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

16/07/2026

📢Əziz dostlar,
Sizə “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərgimizdə yer alan Şeyxülislamın portretini təqdim edirik.
Portretdə təsvir edilmiş Əli bəyin babası – Qafqazın şeyxülislamı Axund Əhməd Salyani (1812–1884) dövrünün nüfuzlu simalarındandır. O, türk xalqlarının dili, ədəbiyyatı və tarixinə dair mühüm fikirlərin yer aldığı “Tarixi-ədəbiyyati-türk” əsərinin müəllifidir. M.F.Axundzadə Əhməd Salyani haqqında “Qafqazda elmlər və fənlər sahəsində tayı-bərabəri yoxdur” ifadəsini söyləmişdir.
✨Ə.B.Hüseynzadənin geniş dünyagörüşlü şəxsiyyət kimi yetişməsində babasının rolu əvəzsiz olmuşdur. Erkən yaşlarında valideynlərini itirən Əli bəy Şeyxülislamın himayəsində böyümüş, onun təşəbbüsü ilə Tiflis gimnaziyasında təhsil almış və gələcək böyük mütəfəkkirin təməli həmin mühitdə qoyulmuşdur.
✨Ə.B. Hüseynzadənin Peterburqda təhsil aldığı illərdə (1885–1889), tətillərdən birində Tiflisdə çəkdiyi güman edilən bu portret milli təsviri sənətdə realist dəzgah rəngkarlığının ilk ən dəyərli nümunələrindən hesab edilir. Tünd fonda, profildən təsvir edilmiş Şeyxülislamın dərin və ifadəli baxışları, müdrik çöhrəsi və arxa plandakı kitab rəfi onun elmə, maarifə və mənəvi dəyərlərə bağlı ziyalı kimliyini ön plana çıxarır.
✨Bu tablo Əli bəy üçün sadəcə babasının təsviri deyil, uşaqlığının, mənəvi köklərinin canlı xatirəsi idi. O, bəy ölkəni tərk edib İstanbula gedərkən portreti özü ilə aparmış, həyatının ən mürəkkəb anlarında ondan ayrılmamışdır. 1903-cü ildə əsəri yenidən Bakıya gətirərək qardaşı İsmayıl Hüseynzadəyə bağışlamışdır. Portret İsmayıl bəyin oğlu Bəhram Hüseynzadə və həyat yoldaşı, görkəmli tarixçi-alim Sara Aşurbəyli vasitəsilə muzeyimizin kolleksiyasına daxil olmuşdur.

📢İyulun 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərp...
16/07/2026

📢İyulun 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi “İrs Dostu” könüllülük proqramı çərçivəsində “İrsin səsi” adlı təqdimat tədbiri keçirilib.
✨Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək könüllülük fəaliyyətinin məqsədi, əsas istiqamətləri, iştirakçıların əldə edəcəyi təcrübə və inkişaf imkanları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
✨Proqram bədii hissə ilə davam edib. Tədbirin bədii hissəsində Nuray Quliyeva musiqi nömrələri ilə çıxış edib.
✨Daha sonra könüllülər Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyalarını ziyarət edərək muzeyin zəngin kolleksiyası, Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət nümunələri, eləcə də muzeyin tarixi və fəaliyyəti ilə yaxından tanış olublar.
✨Tədbir çərçivəsində könüllülərin iştirakı ilə muzey haqqında qısa video müsahibələr hazırlanıb. Görüş muzeyin qarşısında bütün iştirakçıların birlikdə “İrsimizi qoruyaq!” şüarını səsləndirməsi və xatirə çəkilişi ilə yekunlaşıb.
✨Tədbirin keçirilməsində məqsəd gənclərin Azərbaycan Milli İncəsənət Muzeyi ilə yaxından tanışlığını təmin etmək, milli-mədəni irsin qorunmasının əhəmiyyətini təşviq etmək, həmçinin “İrs Dostu” könüllülük proqramının fəaliyyəti və yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat vermək olub.

15/07/2026

📌 Bədii kaşı. Bağda məclis. Təbriz. XIX əsr. Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyası.

10/07/2026

📢Əziz izləyicilər,
Sizə muzeyimizin kolleksiyasından, İtaliya incəsənətinə aid dekorativ buludu təqdim edirik.

✨“Livia bella” adlı bu dekorativ bulud İtaliya İntibah dövrünün son mərhələsinə aiddir. Belə qablar XVI əsrdə “coppe amatorie” (“sevgi qabı”, “toy buludu”) kimi tanınır və nişan mərasiminin mühüm atributu hesab olunurdu. Ənənəyə görə, bəy bu qabı sifariş edir və onu nişan zamanı gəlin tərəfinə hədiyyə edirdi.
✨Kompozisiyanın mərkəzində profildən təsvir edilmiş qadın portreti yerləşir. Bu tip təsvirlər adətən konkret şəxs – gəlinin özü və ya idealizə olunmuş qadın obrazı kimi təqdim olunurdu.
Təqdim etdiyimiz nümunədə portret “Livia” adı ilə müşayiət olunur ki, bu da buludun konkret bir şəxs üçün hazırlanmış sifariş əsəri olduğunu göstərir.
✨Portretin yanında yerləşdirilmiş “B” hərfi italyan dilində “bella” (“gözəl”) sözünün qısaldılmış işarəsidir. Belə yazılar və işarələr sevgi, gözəllik və ailə səadəti arzularını ifadə edən simvolik məna daşıyırdı. “Livia bella” yazısı isə “gözəl Livia” kimi oxunaraq gəlinə ünvanlanan tərif xarakteri daşıyır.

📌Dekorativ bulud “Livia bella”
İtaliya, XVI əsrin sonu. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqı...
04/07/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində reallaşan sərginin açılış mərasimində AMIM-nin direktoru, s.ü.f.d Şirin Məlikova, Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelik, Köln Asiya Akademiyasının rəhbəri Orhan Aras, filologiya elmləri doktorları, professorlar Minaxanım Təkəli və Adil Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, eləcə də araşdırmaçı jurnalist Dilqəm Əhməd Türk dünyasının mədəni, elmi və ictimai əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə nişanı ilə təltif olunublar.

Address

Niyazi 9/11
Baku
1001

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 12:00 - 21:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 11:00 - 19:00
Sunday 11:00 - 19:00

Telephone

+994124920707

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art:

Shortcuts

Share