Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Kitabxana mədəniyyət tariximizin parlaq səhifəsi, ayrılmaz tərkib hissəsidir.

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında şair Sürəyya Dalğının “Ürəyimdən süzülənlər” kitabının təqdimatı...
04/09/2026

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında şair Sürəyya Dalğının “Ürəyimdən süzülənlər” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova qeyd edib ki, kitab təqdimatları milli-mənəvi dəyərlərimizin qorunması, mütaliə mədəniyyətinin inkişafı və müasir Azərbaycan ədəbiyyatının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimat mərasimində şəhid ailələri, yazıçı və şairlər, poeziyasevərlər iştirak ediblər.
Sonda Sürəyya Dalğın “Ürəyimdən süzülənlər” kitabını imzalayaraq tədbir iştirakçılarına və kitabxanaya hədiyyə edib.

44 günlük Vətən müharibəsi şəhidi çavuş Elşən Müslümovun əziz xatirəsi yad olunubHərbi Memorial Məzarlıqda 44 günlük Vət...
02/09/2026

44 günlük Vətən müharibəsi şəhidi çavuş Elşən Müslümovun əziz xatirəsi yad olunub

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun doğum günündə məzarı ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elçin Mirzəbəyli, Yasamal rayon MKS-inin direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən çavuş Müslümov Elşən Habil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

01/09/2026

🎙 Layihənin bu dəfəki qonağı Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 N-li kitabxana filialının Kitabxana-bibliqorafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Salatın İbrahimovadır.

📌Mövzu: Bilgi mədəniyyəti

💬 Qeyd edək ki layihənin əsas məqsədi əməkdaşlarımızın mədəniyyət sahəsində çalışan fərqli mövzular üzrə bilik və təcrübələrini bölüşməsi, eyni zamanda bu biliklərin digər əməkdaşlarımız üçün də faydalı bir təcrübə və inkişaf mənbəyinə çevrilməsidir.

̇darəsi

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 2 nömrəli kitabxana filialında “Şəhidlər ölməz, Vətən bölünməz!” tə...
01/09/2026

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 2 nömrəli kitabxana filialında “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirləri çərçivəsində tanınmış ictimai xadim, şair-publisist Telli Sənəm Borçalının “Oğul sorağında şəhadət zirvəsi” və itkin şəhid İxtiyar Məmmədova həsr olunmuş “Torpağa qarışan səs” kitablarının təqdimat mərasimi keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova Telli Sənəm Borçalının zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə şəhid ailələri çıxış edərək öz xatirələrini bölüşüblər.
Sonda şair tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib və kitablarını kitabxanaya hədiyyə edib.

28/08/2026

Milli ruhun səsi: Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Gününə videoçarx hazırlanıb

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli kitabxana filialı 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycan xalqının çoxəsrlik mənəvi xəzinəsi olan muğam sənətinin yaranma tarixi, formalaşma mərhələləri və inkişaf yolu əks olunub.

Muğam – xalqımızın zəngin musiqi irsini, milli ruhunu və əsrlərdən süzülüb gələn mənəvi dəyərlərini yaşadan sənət incilərindən biridir.

28/08/2026

Teodor Drayzerin 155 illik yubileyinə həsr olunmuş
videoçarx hazırlanıb

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Teodor Drayzerin həyat və yaradıcılığına həsr olunmuş videoçarx hazırlanıb.

Videoçarxda yazıçının ədəbi irsi, yaradıcılıq yolu və dünya ədəbiyyatında qoyduğu iz haqqında qısa məlumat təqdim olunur. Oxucuları onun zəngin yaradıcılığı ilə tanış olmağa və əsərlərini oxumağa dəvət edirik.

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Lalə Səlimovanın 65 illik yubileyi münasibətilə tədbir ...
27/08/2026

Bakı şəhər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Lalə Səlimovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əziz Lalə xanım!
Birlikdə çalışdığımız illər ərzində göstərdiyiniz qayğı, mehribanlıq, yüksək peşəkarlığa və dostluq münasibətinə görə minnətdarıq. Yaş həddinə görə peşəkar fəaliyyətinizi yekunlaşdırıb təqaüdə getməyiniz münasibətilə Sizi təbrik edir, həyatınızın bu mərhələsində bol istirahət, möhkəm cansağlığı və sevdiklərinizlə birgə xoşbəxt günlər arzulayırıq.

25/08/2026

Teodor Drayzerə həsr olunmuş videoçarx təqdim edilib

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialı “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində amerikalı yazıçı və ictimai xadim, jurnalist Teodor Drayzerin 155 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.

Videoçarxda yazıçının həyat yolu, ədəbi fəaliyyəti və əsərlərində insan münasibətlərini necə ustalıqla təsvir etməsi haqqında qısa məlumat verilir.

Yazıçının zəngin irsini daha yaxından kəşf etmək üçün kitablarını kitabxanamızdan əldə edib oxuya bilərsiniz!

25/08/2026

Kiçikyaşlı oxucularımızı yeni kitablarla tanış edirik

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kiçikyaşlı oxucularını sevindirməkdə davam edir. Kitabxana fonduna daxil olan yeni və rəngarəng məzmunlu uşaq kitabları əsasında maraqlı videoçarx hazırlanıb.

Təqdim olunan videoçarxda uşaqların dünyagörüşünün formalaşmasında, mütaliə vərdişlərinin aşılanmasında və estetik zövqünün inkişafında müstəsna rolu olan yeni nəşrlər yer alıb.

Videoçarxın əsas məqsədi uşaqlar arasında mütaliəyə həvəsi artırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Oxucularımızı yeni kitablarla tanış olmaq üçün kitabxanaya dəvət edirik!

Kitabxanaya kitab hədiyyə edilibBakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında h...
24/08/2026

Kitabxanaya kitab hədiyyə edilib

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” tədbirlər çərçivəsində kitabxanaya kitab hədiyyə olunub.

AYB-nin üzvü, Prezident təqaüdçüsü şair Qabil Nəbi tərcümə etdiyi müasir Qazaxıstan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, bir çox nəsr əsərlərinin müəllifi araşdırmaçı alim, Filologiya elmləri doktoru, professor Beken İbırayımın “İzlərin sirri” romanını kitabxanaya hədiyyə etdi.

Yeniyetmələr üçün qələmə allnmış bu detektiv roman gənc oxuculara ünvanlanmış ən maraqlı, dinamik və eyni zamanda maarifləndirici kitablardan biridir.

Kitabla Yasamal rayon kitabxanalarında tanış olmaq olar.

Address

H. Zərdabi Küç 68
Baku

Alerts

Be the first to know and let us send you an email when Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category