Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Government Organization, Üzeyir Hacıbəyli, 84, Baku.

31/08/2026

Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə “Muzeylər” rubrikasını təqdim edir.

Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin aparıcı mədəniyyət ocaqlarından biridir. “Rəngkarlıq”, “qrafika”, “heykəltəraşlıq”, “tikmə”, “metal”, “arxeoloji keramika və çini” adlı altı kolleksiyadan ibarət muzey fondunda 18 mindən çox eksponat mühafizə edilir.
Muzeydə Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə aid rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Həmçinin, bir çox Avropa və Asiya ölkələrinin incəsənəti təqdim edilir. Muzey XVI-XX əsrlərə aid Qərbi Avropa rəssamlığının maraqlı kolleksiyasına malikdir.
Muzeydə ekspozisiyalar üzrə müxtəlif növ ekskursiyalarla yanaşı, həftənin çərşənbə günləri milli və dünya musiqisini əhatə edən konsertlər, həftəsonları isə uşaqlar üçün incəsənət tarixinə dair maarifləndirici, əyləncəli proqramlar və Azərbaycan incəsənəti haqqında sənədli filmlər nümayiş etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2011-ci il tarixli Qərarına əsasən Dövlət İncəsənət Muzeyinə “Milli” statusu verilmişdir.

31/08/2026

Azərbaycan Dövlət Televiziyası tərəfindən “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji tədqiqatlar haqqında geniş reportaj hazırlanmışdır.

28/08/2026

yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə tabeliyində fəaliyyət göstərən “ –Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Qədim Şabran” arxeoloji abidəsi AZƏRTAC-ın (Azertac News Agency) “Mən turist olsaydım” rubrikasında təqdim olunub.

Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan  nümayəndələrinin iştirakı ilə “Ortaq irs, ortaq gələcək: Türk dünyası...
27/08/2026

Azərbaycan, Özbəkistan,
Qazaxıstan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

​Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların iştirakı ilə keçirilən beynəlxalq seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları, həmçinin tərəfdaş ölkələrin mütəxəssisləri Həzrət Sultan, Süleyman-Too və Səmərqəndin tarixi-mədəni irsinə həsr olunmuş elmi məruzələrlə çıxışlar etmişlər.

Beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynayıb.

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyibMərkəzi icra hakimiyyəti orqanları v...
27/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

27/08/2026

Buzeyir mağarası

26/08/2026
26/08/2026

Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə “Abidələr” rubrikasını təqdim edir.

Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi olan Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib.

Məscid iki minarə və iki mərtəbədən ibarətdir.
Əsas bina daşdan, fasadın künclərindən yüksələn minarələr isə kərpicdən tikilib.

Məscidin ibadət zalının planının əsasını dörd sütun üzərində qurulan kvadrat kompozisiya təşkil edir.

Mehrab üzərindəki kitabədə dekor tərtibatını həyata keçirən ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və hicri 1331-ci il (miladi 1913) tarixi qeyd olunub.

Məsciddə bərpa və konservasiya işlərinə 2022-ci ilin martında başlanılıb. 25 aprel 2024-cü ildə Ağdam Cümə məscidinin bərpadan sonra açılışı keçirilib.

Bu gün Laçın Şəhəri Günüdür
26/08/2026

Bu gün Laçın Şəhəri Günüdür

25/08/2026

Qobustan Milli Tarix-Bədii Qoruğu

Address

Üzeyir Hacıbəyli, 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124989367

Alerts

Be the first to know and let us send you an email when Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share