UNEC Library No3 / UNEC 3 saylı Kitabxana

UNEC Library No3 / UNEC 3 saylı Kitabxana Official page of UNEC Library No3 / UNEC 3 saylı Kitabxanasının rəsmi səhifəsi.

05/04/2026

UNEC-də Elm Günlərində QARABAĞ UNİVERSİTETİ-nə kitab hədiyyə təşəbbüsümüzə MM deputatı, Elm və təhsil komitəsinin sədri professor Anar müəllim İsgəndərov, MM deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil müəllim Mustafa, MM deputatı Elnarə xanım Akimova, MM deputatı Ceyhun müəllim Məmmədov, MM deputatı Tənzilə xanım Rüstəmxanlı da qoşuldu. Hörmətli deputatların hər birinə təşəkkür edirəm.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!



https://modern.az/az/parlament/588776/deputatlardan-rektora-destek-qarabag-universitetine-gondereceklerinin-siyahisi/

05/04/2026
05/04/2026
05/04/2026

QARABAĞ UNİVERSİTETİ-nə kitab hədiyyə təşəbbüsümüzə növbəti dəstək verən MM deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri hörmətli Sadiq müəllim Qurbanov oldu və QARABAĞ UNİVERSİTETİ-nə 100 kitab hədiyyə etdi. Hörmətli Sadiq müəllim, təşəkkür edirəm.
Eləcə də, SƏRİŞTAN SƏMƏDOVa, SƏMƏD VƏKİLOVa, TALEH QAHRAMANOVa, SUCADDİN ABDULLAYEV-ə təşəbbüsümüzə qoşulduqlarına görə təşəkkürümü bildirirəm!Sağ olun!
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!



https://www.facebook.com/share/p/1CFyXxLcpX/?mibextid=WC7FNe

01/04/2026

QARABAĞ UNİVERSİTETİNƏ UNEC-dən HƏDİYYƏ

Bu gün UNEC-də Elm Günü ilə bağlı iki təşəbbüslə çıxış etdim və həmkarlarımı, ziyalıları və elm və təhsilə dəyər verən hər bir azərbaycanlını bu təşəbbüslərə qoşulmağa dəvət edirəm.
1. Prezident İlham Əliyev son 200 ildən artıq bir dövrdə Türk Dünyası tarixində ilkə imza atıb, işğal olunmuş torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edib. QARABAĞ UNIVERSITETI də Prezident İlham Əliyevin Azad Qarabağda ucaltdığı möhtəşəm abidələrdən biridir. Şəxsi kitabxanamdan 500 yeni kitabları QARABAĞ UNIVERSITETI-nə hədiyyə etdim. Arzu edirəm ki, QARABAĞ UNİVERSİTETİ ilkin mərhələdə regionun ən zəngin kitabxanası olan bir universitetə çevrilsin.
2. UNEC beş milyondan artıq resursları olan elektron kitabxanasını QARABAĞ UNİVERSİTETİ-nin tələbə və müəllimlərinin sərbəst istifadəsi üçün açdıq.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!


27/03/2026

ELM GÜNÜ - UNEC-də 3 GÜN ELMİ MÜZAKİRƏLƏR

01-03 apreldə Elm Günü ilə əlaqədar UNEC üç gün ərzində - ELM GÜNLƏRİ keçirəcək və müxtəlif elmi tədbirlərə ev sahibliyi edəcək.
#1. Rəsmi açılışdan sonra üç fərqli mövzularda plenar müzakirə aparacağıq:
1.1. "Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın əsas dayağı kimi",
1.2. "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası",
1.3. “Süni intellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar".

#2. Üç kitabın təqdimatını keçirəcəyik:
2.1. “Qərbi Azərbaycan Rəssamları",
2.2. “Bir Elin Manifesti (Qərbi Azərbaycan hekayələri)",
2.3. UNEC-in gənc aliminin ABŞ-da nəşr olunan SCOPUS
indeksli “Economic Activities during the Occupation of
Karabakh – A Case Study (1992–2020): Decades of Property Exploitation in an Occupied Economy".

#3. Üç fərqli istiqamətlərdə fikir mübadiləsi aparacağıq:
3.1. “UNEC-də Elmmetrik Təhlil:
Mövcud vəziyyət və inkişaf
perspektivləri”,
3.2. "2025-ci ilin Nobel mükafatçıları",
3.3 "UNEC Elmi Jurnalları: növbəti addımlar".
Habelə, səmərəli elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları və struktur bölmələrini müxtəlif
nominasiyalar üzrə təltif edəcək və UNEC “Scistorm” – İntellektual yarış keçirəcəyik.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!



24/03/2026
Novruz bayramınız mübarək!  Library No 3💖
20/03/2026

Novruz bayramınız mübarək! Library No 3💖

Address

194 Murtuza Muxtarov, Bakı
Baku
1

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when UNEC Library No3 / UNEC 3 saylı Kitabxana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNEC Library No3 / UNEC 3 saylı Kitabxana:

Share

Category