Azərpoçt

Azərpoçt Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərpoçt, Public & Government Service, Azərpoçt Səbail rayonu Üzeyir Hacıbəyli küç, 72, Baku.

1993-cü ildən bəri Ümumdünya Poçt İttifaqının üzvü və Azərbaycanın yeganə milli poçt operatoru olan "Azərpoçt" MMC ölkə üzrə 100-lərlə şöbəsi ilə vətəndaşlarımıza xidmət etməyə davam edir!

Bir məktub düşünün… 💌Sizi keçmişinizə, bu gününüzə və hələ yaşamadığınız gələcəyinizə aparır.Zaman keçsə də, bəzi məktub...
01/09/2026

Bir məktub düşünün… 💌
Sizi keçmişinizə, bu gününüzə və hələ yaşamadığınız gələcəyinizə aparır.
Zaman keçsə də, bəzi məktublar heç vaxt köhnəlmir. ✨

“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edirÇinin paytaxtı Pekində “Çin–Mərkəzi Asi...
26/08/2026

“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edir

Çinin paytaxtı Pekində “Çin–Mərkəzi Asiya ölkələri arasında transsərhəd poçt göndərişlərinin daşınmasının asanlaşdırılması” mövzusunda beynəlxalq təlim proqramına start verilib.

14 gün davam edəcək proqramda Azərbaycan, Macarıstan, Qazaxıstan, Monqolustan və Özbəkistandan nəqliyyat və poçt sahəsi üzrə nümayəndələr iştirak edirlər. Azərbaycanı proqramda “Azərpoçt” MMC-nin nümayəndələri Madonna Əlixanova və Rüfət Məmmədov təmsil edir.

Pekin və Sujou şəhərlərində keçiriləcək təlimlər transsərhəd poçt daşımalarının asanlaşdırılması, logistika proseslərinin rəqəmsallaşdırılması, standartlaşdırma, yaşıl və aşağı karbonlu həllər, eləcə də pilotsuz texnologiyaların tətbiqi kimi istiqamətləri əhatə edir.

Proqram çərçivəsində iştirakçılar “China Post”, “JD.com”, “SF Express” və digər aparıcı şirkətlərin fəaliyyəti ilə yaxından tanış olacaq, Çinin ağıllı logistika və transsərhəd çatdırılma sahəsində tətbiq etdiyi həllər və qabaqcıl təcrübələri öyrənəcəklər.

Açılış mərasimində çıxış edən Madonna Əlixanova Azərbaycanın Avrasiya nəqliyyat marşrutlarının mühüm qovşağında yerləşdiyini vurğulayaraq, transsərhəd dəhlizlərin inkişafının regional bağlantıların səmərəliliyi baxımından əhəmiyyətini qeyd edib.

O, proqramın Çinin transsərhəd poçt göndərişləri və gömrük prosedurlarının asanlaşdırılması sahəsində təcrübəsinin öyrənilməsi, eləcə də iştirakçı ölkələr arasında bilik və təcrübə mübadiləsi üçün mühüm imkan yaratdığını bildirib.

26/08/2026

26 Avqust Beynəlxalq Muğam Günüdür. Əsrlərlə formalaşan və nəsildən-nəslə keçən bu zəngin irsimizi qürurla yaşatmağa və tanıtmağa davam edirik.

26 Avqust – Laçın Şəhəri Günüdür. 🇦🇿Bu gün Laçın şəhərində "Azərpoçt" MMC-nin AZ4100 indeksli Poçt Filialı fəaliyyət gös...
26/08/2026

26 Avqust – Laçın Şəhəri Günüdür. 🇦🇿
Bu gün Laçın şəhərində "Azərpoçt" MMC-nin AZ4100 indeksli Poçt Filialı fəaliyyət göstərir və sakinlərə keyfiyyətli xidmət təqdim edir.

Doğma torpaqlarımızda xidmətinizdə olmaqdan qürur duyuruq!

12/08/2026

“Azərpoçt”un “Özümüzə deyin” rubrikası bölgələrdə davam edir.

Lənkəran səfəri bizə Xəzərin sahilini, çayın ətrini, qonaqpərvər insanlarını və bu gözəl bölgənin özünəməxsus ab-havasını bir daha hiss etdirir.

Gəlin, Lənkəran buraxılışını birlikdə izləyək!

Dünyanı dəyişən gənclərin fərqli düşüncələri və cəsarətidir.Gələcək elə bu gün bir araya gələn ideyalarla yazılır.12 Avq...
12/08/2026

Dünyanı dəyişən gənclərin fərqli düşüncələri və cəsarətidir.
Gələcək elə bu gün bir araya gələn ideyalarla yazılır.
12 Avqust – Beynəlxalq Gənclər Gününüz mübarək!

“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilibAZCON Holding şirkətlərindən olan “Azərpoçt” MM...
11/08/2026

“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC müştərilərinə daha rahat və təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaq məqsədilə “AzPostMobile” tətbiqində “AZQR” funksiyasını istifadəyə verib.

“AZQR” Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir.

Daha ətraflı: bit.ly/4fRyIcs
www.azerpost.az
[email protected]
169

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlanıbAzərbaycan fotoqrafiyasının 165 illi...
05/08/2026

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlanıb

Azərbaycan fotoqrafiyasının 165 illiyi münasibətilə “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanan markanın tərtibatında ölkəmizdə çəkilmiş ilk məlum fotoşəkillərdən istifadə olunub.

Daha ətraflı: bit.ly/4hgRF9t
www.azerpost.az
[email protected]
169

05/08/2026

Ödənişləri həll etmək üçün poçt şöbəsinə gəlməyə, növbə gözləməyə ehtiyac yoxdur. "Azərpoçt" mobil tətbiqi ilə kommunal və digər gündəlik xərclərinizi smartfonunuzdan bir toxunuşla ödəyin!

“Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilibAZCON Holding şirkətlərindən olan “Azərpoçt...
04/08/2026

“Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi və sabiq parlament üzvü Şoci Namba, eləcə də Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.

Daha ətraflı: bit.ly/4wDsqD0
www.azerpost.az
[email protected]
169

Address

Azərpoçt Səbail Rayonu Üzeyir Hacıbəyli Küç, 72
Baku
AZ1000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Azərpoçt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərpoçt:

Shortcuts

Share