International Relations Department of AUAC-AzMİU

International Relations Department of AUAC-AzMİU Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici Əlaqələr Şöbəsi

AzMİU tələbələri İstanbul Su və Kanal İdarəsində yay təcrübə proqramında iştirak edirlərAzərbaycan Memarlıq və İnşaat Un...
18/07/2026

AzMİU tələbələri İstanbul Su və Kanal İdarəsində yay təcrübə proqramında iştirak edirlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri növbəti dəfə Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı olan İstanbul Su və Kanal İdarəsində (İSKİ) təşkil olunan yay təcrübə proqramında iştirak edirlər.Proqrama AzMİU-nun bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan tələbələri cəlb olunublar. Təcrübədə İnşaat mühəndisliyi, Şəhər infrastrukturunda ağıllı texnologiyalar, Su ehtiyatlarının idarə olunması və mühafizəsi, Meliorasiya sistemləri, Tullantıların emal texnologiyaları və Ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr iştirak edirlər.Təcrübə proqramı çərçivəsində tələbələr ixtisasları üzrə nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirir, su təsərrüfatı və şəhər infrastrukturunun idarə olunması sahəsində tətbiq edilən müasir texnologiyalar və qabaqcıl təcrübə ilə yaxından tanış olurlar. Onlar İstanbulun su təchizatı sistemi, su ehtiyatlarının idarə olunması və mühafizəsi, tullantı sularının toplanması, təmizlənməsi və axıdılması, həmçinin tullantıların idarə edilməsi sahəsində həyata keçirilən innovativ həllər barədə praktiki biliklər əldə edirlər.Təcrübənin ilk günlərində tələbələr üçün İstanbulun zəngin tarixi və mədəni su irsi ilə tanışlıq proqramı təşkil olunub. Onlar şəhərin su ehtiyatlarının formalaşması və tarixi su infrastrukturu barədə məlumat əldə edib, Miniatürk və Panorama 1453 Tarix Muzeyini ziyarət ediblər. Eyni zamanda, İstanbulun mühüm tarixi su qurğularından olan Moğlova Su Kəməri və Uzunkemer kimi memarlıq abidələrinə, Tarixi Yerkos su muzeyinə ekskursiyalar təşkil olunub. Bu səfərlər tələbələrin tarixi su mühəndisliyi nümunələri ilə tanış olmalarına və su təsərrüfatının inkişaf mərhələlərini yaxından öyrənmələrinə imkan yaradıb.
25 iyul tarixinədək davam edəcək proqram çərçivəsində tələbələr İSKİ-nin müxtəlif struktur bölmələrində və istehsalat sahələrində təcrübə keçəcək, su və kanalizasiya sistemlərinin idarə olunması, ekoloji təhlükəsizlik, müasir monitorinq və ağıllı idarəetmə texnologiyalarının tətbiqi ilə yaxından tanış olacaqlar.

Daşkənd Memarlıq və İnşaat Universitetinin nümayəndələri AzMİU-da.AzMİU-da Daşkənd Memarlıq və İnşaat Universitetinin el...
10/07/2026

Daşkənd Memarlıq və İnşaat Universitetinin nümayəndələri AzMİU-da.

AzMİU-da Daşkənd Memarlıq və İnşaat Universitetinin elmi işlər üzrə prorektoru və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüş keçirilib.Görüş zamanı universitetlərimiz arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi və digər perspektiv əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində qonaqlar universitetdə imtahan prosesinin təşkili ilə yaxından tanış olub, qiymətləndirmə mexanizmi haqqında məlumat əldə ediblər.Tərəflər gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

Türkiyənin Gedik Universitetinin Magistratura Mərkəzinin direktor müavini Redvan Ghasemlounia ilə universitetlərimiz ara...
09/07/2026

Türkiyənin Gedik Universitetinin Magistratura Mərkəzinin direktor müavini Redvan Ghasemlounia ilə universitetlərimiz arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş zamanı inşaat, su təsərrüfatı, smart texnologiyalar kimi sahələrdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və akademik heyət mübadiləsi, TÜBİTAK layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri 2026–2027-ci tədris ilinin payız semestri üzrə mübadilə proqram...
01/07/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri 2026–2027-ci tədris ilinin payız semestri üzrə mübadilə proqramı çərçivəsində Bilkent Universitetinə qəbul olunublar.

•Ramilə Mirzə -MİT
•Elay Əliyev-MİT
•Nərmin Əlimərdanlı-Memarlıq
•Rəna Hüseynova-Memarlıq
•Xədicə Həsrətova-Memarlıq

Tələbələrimizi bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara yeni akademik mühitdə uğurlar və parlaq nailiyyətlər arzulayırıq!

İki tərəfli əməkdaşlıq mübadiləsi proqramı çərçivəsində Fırat universitetində bakalvr və magistr tələbələri üçün mübadil...
29/06/2026

İki tərəfli əməkdaşlıq mübadiləsi proqramı çərçivəsində Fırat universitetində bakalvr və magistr tələbələri üçün mübadilə proqramı elan olunur. Əlavə məlumat üçün Xarici Əlaqələr şöbəsinə yaxınlaşın.

“AzMİU və KazGASA ilə beynəlxalq magistratura təhsili: qlobal bilik, regional karyera və ikili diplom imkanı.”Proqramın ...
24/06/2026

“AzMİU və KazGASA ilə beynəlxalq magistratura təhsili: qlobal bilik, regional karyera və ikili diplom imkanı.”

Proqramın üstünlükləri:

✅ İki universitetin diplomu
✅ Beynəlxalq təhsil təcrübəsi
✅ Mərkəzi Asiya və Azərbaycan əmək bazarına çıxış
✅ Peşəkar və akademik şəbəkənin genişlənməsi
✅ İnşaat materialları, yeni texnologiyalar, davamlı tikinti materialları və innovativ istehsal sahələrində birgə elmi fəaliyyət imkanları
✅ Doktorantura perspektivləri
✅ Dil və ünsiyyət bacarıqlarının inkişafı

Orhun mübadilə proqramı çərçivəsində AzMİU-da qonaq olan Fırat Universitetinin akademik heyəti Fırat Universiteti, Mühən...
16/06/2026

Orhun mübadilə proqramı çərçivəsində AzMİU-da qonaq olan Fırat Universitetinin akademik heyəti Fırat Universiteti, Mühəndislik fakültəsi və əməkdaşlıq imkanları ilə bağlı təqdimat edəcəklər.

AzMİU-Ankara Universiteti arasında Daşınmaz əmlakın idarə edilməsi ixtisasında yeni ortaq proqramın verdiyi imkanlar, üs...
07/06/2026

AzMİU-Ankara Universiteti arasında Daşınmaz əmlakın idarə edilməsi ixtisasında yeni ortaq proqramın verdiyi imkanlar, üstünlükləri müzakirə olunacaq. Bakı vaxtilə saat 15.00/7 iyun 2026

ODTU 2026-2027 Payız Semestri Tələbə Mübadiləsi üçün qeydiyyat elan olundu.
04/06/2026

ODTU 2026-2027 Payız Semestri Tələbə Mübadiləsi üçün qeydiyyat elan olundu.

Address

Azərbaycan
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124341597

Alerts

Be the first to know and let us send you an email when International Relations Department of AUAC-AzMİU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to International Relations Department of AUAC-AzMİU:

Shortcuts

Share