Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology

Azərbaycan İlahiyyat İnstitutu /  Azerbaijan Institute of Theology Aİİ Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini...
20/08/2026

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini, tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” qısametrajlı sənədli filmi beynəlxalq festivallarda və kino platformalarında uğurla təqdim olunur.
Belə ki, film 29-cu “Religion Today” Film Festivalının rəsmi seçiminə daxil edilib. “Harmoniya”nın Avropa premyerası 20 sentyabr 2026-cı ildə İtaliyanın Trento şəhərində keçiriləcək.
Qeyd edək ki, “Harmoniya” sənədli filmi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/harmoniya-senedli-filmi-beynelxalq-festivallarda-numayis-olunacaq

13/08/2026

"İman" proqramının növbəti buraxılışı "İslamın yayılma səbəbləri" mövzusuna həsr olunub.
Proqramın qonağı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafadır.
Buraxılışı bu gün saat 19:30-da APA TV-nin efirində və "YouTube" kanalında izləyə bilərsiniz.

📣Abituriyentlərin nəzərinə! ✅ Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı.✅ Abituriyentlər 19 avqust saat 23:59-dək...
12/08/2026

📣Abituriyentlərin nəzərinə!
✅ Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı.
✅ Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
‼️ Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
📌 Azərbaycan İlahiyyat İnstitutu 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
📗 153113 - "Dinşünaslıq"
📘 153121 - "İslamşünaslıq" (Dini-Psixoloji Komissiyadan "məqbul" qiymət alan abituriyentlər seçə bilər)


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda...
12/08/2026

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imam, imam müavini, dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrə vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/islam-dinine-aid-ibadet-yerlerinde-vakant-vezifelerin-tutulmasi-ucun-musahibe-elan-edilir-1

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində az...
07/08/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin maarifləndirilməsinə yönəlmiş növbəti aksiya keçirilib. DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi əsasında təşkil olunan aksiya penitensiar müəssisələrin kitabxana fondlarının zənginləşdirilməsinə və məhkumların mütaliə imkanlarının genişləndirilməsinə xidmət edir.
Aksiyanın əsas məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtının təşkili, mütaliəyə marağının artırılması, onların müxtəlif mövzularda ədəbiyyata çıxış imkanlarının genişləndirilməsi və maarifləndirici resurslarla təmin olunmasına töhfə verməkdir.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/cezacekme-muessiselerine-kitablar-hediyye-edilib

Avqustun 5-6-da Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiy...
06/08/2026

Avqustun 5-6-da Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə bölgə din xadimləri və dini icma sədrləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/lenkeranda-pesekar-dini-fealiyyet-muasir-cagirislar-kontekstinde-movzusunda-seminar-treninq-kecirilib




Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və...
05/08/2026

Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov Bərdə rayonunda yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər.
Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəsi üçün uyğunluğu qiymətləndirilib. Eyni zamanda zəruri infrastrukturun yaradılması, abadlıq tədbirlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/berdede-yeni-qebiristanligin-salinmasi-nezerde-tutulan-eraziye-baxis-kecirilib

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdiklər...
04/08/2026

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdikləri beynəlxalq “Yay məktəbi” proqramı davam edir.

Proqram çərçivəsində tələbələr İstanbulun zəngin tarixi, dini və mədəni irsini əks etdirən mühüm abidələri ziyarət ediblər. İştirakçılar dünya memarlığının nadir incilərindən sayılan Ayasofiya məscidi, Bizans dövrünün əhəmiyyətli dini tikililərindən olan Qariye məscidi, eləcə də şəhərin ən qədim su qurğularından biri olan Yerebatan Sarnıc kompleksi ilə yaxından tanış olublar.

Ətraflı: https://ait.edu.az/az/news/all/ai-i-v-bi-k-t-l-b-l-rinin-i-stanbulda-yay-m-kt-bi-davam-edir/




Address

Məhəmməd Naxçıvani 29
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124367766

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology:

Shortcuts

Share