INNOLAND Incubation & Acceleration Center

INNOLAND Incubation & Acceleration Center "INNOLAND" VXSİDA tabeliyində fəaliyyət göstərən İnkubasiya və Akselerasiya mərkəzidir

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi öz fəaliyyətinə 12 noyabr 2018-ci il tarixində başlayıb.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda və onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılıb. Mərkəz İnkubasiya, Akselerasiya, Kovörkinq və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradak

ı Kovörkinq mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “INNOLAND” həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir. Mərkəzin İnkubasiya proqramı startapçılara ilkin mərhələdə layihənin formalaşması və inkişaf etdirilməsi üçün ən yaxşı təcrübələr tətbiq edilməklə dəstək göstərir. İntensiv Akselerasiya proqramı isə startapların Azərbaycan və beynəlxalq bazarda böyüməsinə kömək edir. "INNOLAND" Incubation and Acceleration Center started its operation on November 12, 2018. "INNOLAND" Incubation and Acceleration Center was established to develop the private sector in Azerbaijan and abroad, promote innovation and expand the startup movement. The center consists of Incubation, Acceleration, Coworking and IT Training Center. The Coworking Center is a beneficial and multi-faceted workplace for startups, programmers, and those working alone or in a small team in the field of innovation. "INNOLAND" provides 7/24 access, high-speed Internet, a single information kiosk, and mentor support. The Center's Incubation Program supports startups by applying best practices to initial project formation and development. The Intensive Acceleration program helps startups grow in the Azerbaijani and international markets.

İdeya motivasiyadır.Plan strategiyadır.Nəticə isə davamlı əməyin bəhrəsidir.İNNOLAND ideyaların inkişaf edib uğurlu star...
20/08/2026

İdeya motivasiyadır.
Plan strategiyadır.
Nəticə isə davamlı əməyin bəhrəsidir.

İNNOLAND ideyaların inkişaf edib uğurlu startaplara
çevrilməsi üçün doğru ekosistemi təqdim edir.

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) “Enactus” komandaları ilə görüş keçirili...
18/08/2026

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) “Enactus” komandaları ilə görüş keçirilib.

Görüş zamanı, layihənin V “TUSİ” İnkubasiya Proqramının iştirakçıları da daxil olmaqla, startap komandalarının layihələri təqdim olunub və layihələr ətrafında fikir mübadiləsi aparılıb. 💡

Gənclərin ideyaları dinlənilib, müzakirə olunub və onların inkişafı ilə bağlı faydalı tövsiyə və məsləhətlər verilib.

İdeyaların uğurlu layihələrə çevrilməsi üçün dəstək, mentorluq və düzgün istiqamətləndirmə fəaliyyətimizi davam etdiririk. 🌱

Hər uğurlu startapın arxasında böyük bir inkişaf yolu dayanır. Bu yolun bir hissəsi isə INNOLAND-dan keçir. 🚀INNOLAND ek...
13/08/2026

Hər uğurlu startapın arxasında böyük bir inkişaf yolu dayanır. Bu yolun bir hissəsi isə INNOLAND-dan keçir. 🚀

INNOLAND ekosistemində inkişaf edən və daha sonra beynəlxalq bazarda uğurlu “EXIT” hekayəsinə imza atan startapları təqdim edirik.

Uğurun arxasındakı hekayələri birlikdə kəşf edək! ✨

“Startup Exit” nədir?Startap ekosistemində ən vacib anlayışlardan biri olan “Exit”in nə demək olduğunu və niyə bu qədər ...
10/08/2026

“Startup Exit” nədir?

Startap ekosistemində ən vacib anlayışlardan biri olan “Exit”in nə demək olduğunu və niyə bu qədər önəmli olduğunu öyrənin.

Qeydiyyatın bitməsinə 2 gün qaldı!Azərbaycan startapları üçün Central Eurasia Market Entry (CEME) beynəlxalq akselerasiy...
07/08/2026

Qeydiyyatın bitməsinə 2 gün qaldı!

Azərbaycan startapları üçün Central Eurasia Market Entry (CEME) beynəlxalq akselerasiya proqramına müraciət etmək üçün son fürsətdir.

Seçiləcək 2 startap 12 həftəlik beynəlxalq akselerasiya proqramında iştirak, Qazaxıstan bazarına çıxış, mentorluq, Demo Day-də investorlar qarşısında çıxış və digər imkanlardan yararlanacaq.

Proqram ASAN AI Hub, "İnnovasiyalar Mərkəzi", "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Astana Hub əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Son müraciət tarixi: 9 avqust

Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSeSi2VFIzBalPsnFEvt5a5Cdsq6nZDkWs9SP8nKnt-M0Tl-eA/viewform

💜 Böyük uğurlar təkcə ideyadan deyil, doğru mühitdən başlayır.INNOLAND-də startaplar yalnız iş masası əldə etmirlər. Bur...
07/08/2026

💜 Böyük uğurlar təkcə ideyadan deyil, doğru mühitdən başlayır.

INNOLAND-də startaplar yalnız iş masası əldə etmirlər. Burada əməkdaşlıq edir, mentorlarla işləyir, investorlarla görüşür və ideyalarını biznesə çevirirlər.

Çünki hər uğurlu startapın arxasında onu böyüdən bir ekosistem dayanır.

İdeyanız varsa, onun böyüməsi üçün doğru ünvandasınız.

🚀 Azərbaycan startapları üçün beynəlxalq imkan!ASAN AI Hub, "İnnovasiyalar Mərkəzi", "INNOLAND" İnkubasiya və Akselerasi...
04/08/2026

🚀 Azərbaycan startapları üçün beynəlxalq imkan!

ASAN AI Hub, "İnnovasiyalar Mərkəzi", "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Astana Hub ilə əməkdaşlıq çərçivəsində Azərbaycan startaplarını Central Eurasia Market Entry (CEME) beynəlxalq akselerasiya proqramına dəvət edir.

Seçiləcək 2 startap üçün imkanlar:
✅ 12 həftəlik beynəlxalq akselerasiya proqramında iştirak
✅ Qazaxıstan bazarına çıxış və "soft landing" dəstəyi
✅ Almaty Hub-da pulsuz iş məkanı və yaşayış (2 komanda üzvü üçün)
✅ B2B görüşlər, pilot layihələr və ekspert mentorluğu
✅ Beynəlxalq Demo Day-də investorlara pitçinq imkanı
✅ 10 000 ABŞ dollarınadək AWS Activate kreditləri

📅 Müraciətlərin son tarixi: 9 avqust.

🔗 Qeydiyyat üçün:https://docs.google.com/forms/d/e/1FAIpQLSeSi2VFIzBalPsnFEvt5a5Cdsq6nZDkWs9SP8nKnt-M0Tl-eA/viewform?usp=header

04/08/2026

30 saniyədə startapınızı necə təqdim edərdiniz? 🚀

rezidenti olan “Rekrio”nun həmtəsisçisi Əsəd Babayev öz startapını belə təqdim etdi.

📌 Siz də izləyin və ideyanızı qısa, təsirli formada təqdim etməyə hazır olun!

Bir kağız parçası...Bir fikir...Bir qərar...Bəzən bütün dəyişikliklər məhz bu üç addımla başlayır.İNNOLAND-də ideyanızın...
31/07/2026

Bir kağız parçası...
Bir fikir...
Bir qərar...

Bəzən bütün dəyişikliklər məhz bu üç addımla başlayır.

İNNOLAND-də ideyanızın yalnız yaranmasına deyil, inkişaf edib real startapa
çevrilməsinə dəstək oluruq.

Çünki gələcəyin uğurlu biznesləri bu günün cəsarətli ideyalarından doğur.

Address

79 Z. Nudiraliyev Str
Baku

Alerts

Be the first to know and let us send you an email when INNOLAND Incubation & Acceleration Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to INNOLAND Incubation & Acceleration Center:

Shortcuts

Share