24/08/2026
“CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatı günlərində Milli Gimnastika Arenasında yerləşən “ABAD” etno-butiki qonaqların ziyarətinə açıqdır.
Çempionat müddətində arenaya gələn qonaqlar etno-butikdə “ABAD”çıların hazırladığı əl işləri, milli sənətkarlıq nümunələri, suvenirlər və müxtəlif yerli məhsullarla yaxından tanış ola, həmçinin həmin məhsulları əldə edə bilərlər.