Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi Dövlət Turizm Agentliyinin rəsmi Facebook səhifəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-...
20/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;

2.1.2. üç ay müddətində:

2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;

2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

6. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2026-cı il"

Mənbə: president.az

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub29-30 iyul tarixlərində Azərb...
31/07/2026

Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

29-30 iyul tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub21-24 iyul tarixlərində Azərbayca...
24/07/2026

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

21-24 iyul tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

21/07/2026
Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunubİyulun 15-də Dövlət...
15/07/2026

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıbİyulun 15-də Bakıda keçirilən Az...
15/07/2026

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

İyulun 15-də Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” (Visit Slovakia) arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” Yay Düşərgəsi keçirilir“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment...
15/07/2026

“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” Yay Düşərgəsi keçirilir

“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edir.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Address

Üzeyir Hacıbəyli 134
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125058704

Alerts

Be the first to know and let us send you an email when Dövlət Turizm Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət Turizm Agentliyi:

Shortcuts

Share