Qərbi Azərbaycan TV

Qərbi Azərbaycan TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qərbi Azərbaycan TV, Landmark & historical place, Qərbi Azərbaycan, Baku.

19/08/2026

Bütün ellilərimi və əziz həmvətənlərimi salamlayıram! 👋🙏

Əziz və dəyərli ellilərim, sizdən çox xahiş edirəm bu səhifəni bəyənin, paylaşın və xarici dostlarınızı da dəvət edin. 🙏

Bu səhifəni yaratmaqda əsas məqsədim Azərbaycanımızı dünyaya daha yaxından tanıtmaq, sevdirmək, zəngin tariximizi yaşatmaq və milli mətbəximizi beynəlxalq aləmdə təbliğ etməkdir. 🇦🇿

İstəyirəm ki, Azərbaycanımız daha çox tanınsın, sevilsin və ölkəmizə turist axını artsın. Bu yolda sizin dəstəyiniz mənim üçün çox dəyərlidir.

Xahiş edirəm, səhifəni bəyənin, paylaşın və dostlarınızı dəvət edin. Dəstəyiniz üçün hər birinizə əvvəlcədən təşəkkür edirəm! 🙏❤️🇦🇿

Vətən Müharibəsi Qəhrəmanı, 39 yaşlı El-oğlumuz Babək Ələkbərova  “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub.O,...
18/08/2026

Vətən Müharibəsi Qəhrəmanı, 39 yaşlı El-oğlumuz Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub.

O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.

Hazırda ölkənin ən gənc general-leytenantıdır.

17/08/2026

General-mayor Abbasəli Novruzov vəfat edib

Azərbaycanın dövlət və hərbi idarəçilik tarixində mühüm xidmətləri olan general-mayor, Azərbaycan SSR-in əməkdar hüquqşünası, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı (1994–2001), Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı ildə vəfat edib.

Abbasəli Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndində anadan olub. 1949-cu ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüb.

O, hərbi xidmətə Sərhəd Qoşunlarında başlayıb, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd məktəbinin hüquq bölməsini və Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. Uzun illər ərzində sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib, sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Kəşfiyyatçı, hərbi tərcüməçi və hüquqşünas kimi fəaliyyət göstərib, Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinədək irəliləyib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir kimi fəaliyyət göstərib.

1979-cu ildə Azərbaycanın “Əməkdar hüquqşünası” fəxri adına və SSRİ DTK-nın “Fəxri əməkdaşı” adına layiq görülüb.

1994-cü il aprelin 8-də Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilən Abbasəli Novruzov müstəqil Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin formalaşdırılması və Sərhəd Qoşunlarının inkişafı istiqamətində mühüm işlər həyata keçirib.

Onun rəhbərliyi dövründə İran, Rusiya və Gürcüstanla dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, yeni sərhəd dəstələrinin yaradılması, sərhəd infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların xidmətə cəlb olunması istiqamətində mühüm tədbirlər görülüb. Sərhəd Qoşunlarının dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Abbasəli Novruzov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının üzvü kimi də fəaliyyət göstərib.

Dövlət sərhədinin mühafizəsinin möhkəmləndirilməsində, Sərhəd Qoşunlarının peşəkar əsaslarla formalaşdırılmasında və dövlətçiliyin keşiyində göstərdiyi xidmətlər Abbasəli Novruzovun adını Azərbaycan tarixində xüsusi ehtiramla xatırlanan hərbçilər sırasına daxil edib.

O, xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni, “Şücaətə görə” medalı, “Sərhəddə fərqlənməyə görə” medalı və digər dövlət təltiflərinə layiq görülüb.

Abbasəli Novruzovun vəfatı Azərbaycan dövlətçiliyi və sərhəd mühafizəsi sahəsində çalışanlar, onun silahdaşları, doğmaları və yaxınları üçün ağır itkidir.

Mərhumun əziz xatirəsi onu tanıyanların və Azərbaycan dövlətinin sərhədlərinin qorunmasına xidmət edən insanların qəlbində daim yaşayacaq.

Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Milli Qurtuluş Günü — birliyimizin, həmrəyliyimizin və gələcəyə olan sarsılmaz inamımızın rəmzidir! 🇦🇿​Xalqımızı Milli Q...
15/06/2026

Milli Qurtuluş Günü — birliyimizin, həmrəyliyimizin və gələcəyə olan sarsılmaz inamımızın rəmzidir! 🇦🇿

​Xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik!

Görkəmli yazıçı-dramaturq və dövlət xadimi Hidayət Orucov vəfat edib😞🥀Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır i...
14/06/2026

Görkəmli yazıçı-dramaturq və dövlət xadimi Hidayət Orucov vəfat edib😞🥀

Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib. Görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov 13 iyun 2026-cı il tarixində, ömrünün 82-ci ilində vəfat edib.

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb. Hidayət Orucov 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsrlər ədəbiyyatımızı tədris edib.
Hidayət Orucov 1984-1986-cı illərdə Bakıda "Gənclik" nəşriyyatının baş redaktor müavini və baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ xalqları ədəbiyyatı" və digər mühüm seriyaların nəşrinə başlanılıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.
Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.
Yazıçının poeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60-dan çox kitabı nəşr olunub. Müəllifin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.
Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi" fəxri adına, “Şöhrət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə və
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.

Allah rəhmət eləsin.🙏😞🥀

10/05/2026

Bu gün Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Bu gün insanlara nur bəxş edən oftalmoloq alim, akademik El-qızımız Zərifə xanım Əliyevanın anadan olmasının 103-ci il ö...
28/04/2026

Bu gün insanlara nur bəxş edən oftalmoloq alim, akademik El-qızımız Zərifə xanım Əliyevanın anadan olmasının 103-ci il ötür.

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür gün yoldaşı və qayğıkeş ana idi.

Hörmət və ehtiramla anırıq.

28/04/2026

Zəngəzur yolu.

Dəmir yollar pas tutsa da, ümid həmişə öz yolunu tapır...

Address

Qərbi Azərbaycan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share