Medianın İnkişafı Agentliyi

Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır.

Statement of the Media Development Agency of the Republic of AzerbaijanInformation based on subjective assumptions, seek...
03/09/2026

Statement of the Media Development Agency of the Republic of Azerbaijan

Information based on subjective assumptions, seeking to portray the issue in the context of interstate political relations and mislead public opinion, was disseminated on September 2, 2026, by the Poland-based Nexta channel regarding a fire incident that occurred near the village of Nizami in Azerbaijan’s Goranboy district.

Analysis shows that the incident is part of a hybrid information campaign coordinated from a single center. Western media, which constantly accuses actors outside its own information environment of waging hybrid warfare, is itself conducting an organized disinformation campaign against Azerbaijan.

This once again demonstrates that, as the normalization of relations between neighboring states and the consolidation of stability and prosperity in the region do not serve the interests of certain circles, instances of classic disinformation aimed at polluting Azerbaijan’s information space and creating artificial panic among the public have intensified.
Monitoring and analysis of the overall information environment show that a campaign to disseminate false information against Azerbaijan has recently been observed across several Western media outlets. In particular, the overtly one-sided approach and unfounded assertions in materials published by the UK-based newspapers The Independent and The Guardian, the BBC broadcaster, the US-based CNN television channel, the France-based newspaper Le Monde, the Poland-based TVP television channel, and other outlets are part of an information attack targeting Azerbaijan’s international image.

The dissemination of such speculation and allegations should be regarded as a clear manifestation of information manipulation.

The Media Development Agency of the Republic of Azerbaijan will continue to take the necessary measures to investigate such cases aimed at casting a shadow over Azerbaijan’s sovereignty, domestic and foreign policy, and international reputation, and to prevent attempts to spread disinformation.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatıMənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəf...
03/09/2026

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılmışdır.

Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşmişdir.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və “BBC” teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəkdir.

Statement of the Media Development Agency of the Republic of AzerbaijanIn recent days, articles containing untrue inform...
31/08/2026

Statement of the Media Development Agency of the Republic of Azerbaijan

In recent days, articles containing untrue information aimed at misleading public opinion regarding the Republic of Azerbaijan have been published in the UK-based newspapers The Independent and The Guardian, as well as by the Russian service of the BBC.

The Media Development Agency of the Republic of Azerbaijan states that these publications, based on an overtly biased approach and subjective claims, create the impression of being part of a targeted information campaign aimed at damaging our country's international image.

The authors of the articles took no steps to investigate the subject in a balanced and objective manner or to seek the official position of the opposing side, preferring instead to present arguments based solely on their subjective assertions. This raises serious suspicions that the materials in question may be politically motivated and stem from the interests of certain lobby groups, which is deeply regrettable.

Relevant measures will be taken to investigate such cases, which are aimed at casting a shadow over our country's sovereignty, domestic and foreign policy, as well as its international prestige, and to take the necessary steps accordingly.

We once again call on the media organizations — The Independent, The Guardian, and the BBC — to remain committed to their declared professional principles, refrain from publishing biased, prejudiced, and inaccurate materials about Azerbaijan, and restore impartial information coverage in accordance with journalistic ethics.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatıSon günlər Böyük Britaniyanın “The Independent” və “Th...
31/08/2026

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.

Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin BəyanatıAzərbaycan Respublikasında fəaliyyət göstərən bəzi inf...
29/08/2026

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanatı

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.

Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən “Ajmedia. news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir.

Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər.

26 Avqust - Laçın Şəhəri Günüdür.
26/08/2026

26 Avqust - Laçın Şəhəri Günüdür.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımov...
22/08/2026

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

18 Avqust - Azərbaycan Respublikasının Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günüdür.
18/08/2026

18 Avqust - Azərbaycan Respublikasının Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günüdür.

07/08/2026

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul...

Address

Zahid Khalilov 36
Baku
1073

Alerts

Be the first to know and let us send you an email when Medianın İnkişafı Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Medianın İnkişafı Agentliyi:

Shortcuts

Share